AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Bölgə
05 sentyabr 2025
1 142

500-dən yuxarı bal toplayanlara xüsusi GÜZƏŞT

500-dən yuxarı bal toplayanlara xüsusi güzəşt - Tələbə yataqxanalarında aylıq ödənişlər açıqlanıb.

Yeni tədris ilinin başlanması ilə əlaqədar ali məktəblərə qəbul olan tələbələri maraqlandıran vacib məsələ yaşayışla bağlıdır. Minlərlə tələbə xüsusilə bölgələrdən Bakıya oxumağa gələnlər tədris ili ərzində harada qalacaqları ilə bağlı seçim qarşısında qalırlar: ya tələbə yataqxanaları, ya kirayə evlər.

Tələbə yataqxanalarının vəziyyəti, onların say və yerləşmə imkanları, eləcə də şəraiti necədir? Qiymətlər hansı aralıqda dəyişir?

AzTehsil.com xəbər verir ki , mövzunun aktuallığını nəzərə alaraq teleqraf ölkəmizdəki yataqxanaları araşdırıb.

Bakı Ali Neft Məktəbinin (BANM) yataqxanası ödənişsizdir. Təhsil ocağından bildirilib ki, BANM-ın kampusu əsas tədris korpusları, kitabxana kompleksi, kütləvi tədbirlər üçün konqres binası, senat zalı, idarəetmə heyəti binası, kafeteriya, ən müasir tələblərə cavab verən qapalı idman zalları, qapalı üzgüçülük hovuzu, açıq tennis, voleybol, basketbol meydançaları, fitnes mərkəzi, 1000 yerlik stadion və 500 nəfərlik Tələbə evindən ibarət nəhəng kompleksdir.

Yeni yataqxana tikilə bilər

Bakı Dövlət Universitetindən (BDU) yataqxananın aylıq ödənişinin 75 manat olduğu bildirilib.

“BDU-nun Tələbə Evi 220 nəfərlikdir. Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir.

Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir”.

500-dən yuxarı bal toplayanlara xüsusi güzəşt

Sumqayıt Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmlilər universitetin tələbə evində 124 oğlan və 124 qız olmaqla ümumilikdə 248 nəfərlik yerin olduğunu deyib:

“Hazırda aylıq ödəniş hər bir tələbə üçün 50 AZN-dir. 17 çarpayı olmaqla 7 qonaq otağı da tələbələrin istifadəsindədir. Yataqxana tam təmir olunub və tələbələrin rahatlığı üçün müasir şərait yaradılıb. Hər mərtəbədə mətbəx və məişət otaqları fəaliyyət göstərir. Bundan əlavə, tələbələrin istifadəsinə geniş yeməkxana, oxu zalı və çamaşırxana verilib.

Qeyd edək ki, 500-dən yuxarı bal toplayan tələbələrimiz həm 200 AZN xüsusi təqaüd alır, həm də yataqxanada pulsuz qalmaq imkanı əldə edirlər”.

Mövcud yataqxanalar təmir olunacaq

Bakı Slavyan Universitetindən (BSU) bildirilib ki, təhsil ocağının nəzdində ümumilikdə 4 yataqxana mövcuddur.

"Hazırda həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıb və onlardan yalnız bir yataqxana qismən ( 2-ci və 4-cü mərtəbələri) BSU tələbələrinin istifadəsindədir. Tələbələr üçün nəzərdə tutulan yataqxananın aylıq ödənişi 50 manat təşkil edir.

Qeyd edək ki, 2026-cı ilə qədər mövcud yataqxanaların əsaslı təmir olunması nəzərdə tutulub”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bakı şəhərində 5 tələbə yataqxanası mövcuddur. Ancaq bu yataqxanaların 4-də məcburi köçkün ailəsi məskunlaşıb. 1 yataqxana isə universitetdə təhsil alan 200-ə qədər qız tələbəyə xidmət göstərir. Yataqxananın aylıq ödənişi bir tələbə üçün 85 manatdır.

Azərbaycan Texniki Universitetindən verilən məlumatda yataqxanada qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qeyd olunub:

“Son illər binalarda 124 ailə yaşayırdı, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək”.

Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, oğlan və qızlar üçün 342 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir.

Qiymət 100 manatdır. Yataqxanaları müasir tələblərə cavab verir. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb. Yataqxanalarda əsasən yerli tələbələr yerləşib. Əcnəbi tələbələr arasında da yataqxananın imkanlarından istifadə edənlər var.

Azərbaycan Dillər Universitetinin nəzdində Yasamal rayonunda yerləşən 2 saylı Qızlar yataqxanasında 100-ə yaxın tələbə yaşayır. Aylıq ödəniş 30 manatdır.

Xəzər Universitetindən bildirilib ki, universitetin yataqxanası 100 yerlikdir. 3 mərtəbədən ibarət yataqxanada yeməkxana da daxil olmaqla hər cür şərait var. Qiymət 120-140 manat arasında müəyyən edilib.

Universitetin yataqxanası həm yerli, həm əcnəbi tələbələr üçün nəzərdə tutulub.

Yataqxanada təhlükəsizlik tədbirləri də gücləndirilib. Bina 24/7 video nəzarət altındadır və təhlükəsizlik əməkdaşları xidmət göstərir. Aylıq ödəniş 120–140 manat aralığında müəyyən edilib.

Tələbələrin istifadəsinə soyuducu və digər avadanlıqlarla təchiz olunmuş ümumi mətbəx, çamaşırxana (paltaryuyan, quruducu, ütü), Wi-Fi internet, kompüter və televizorla təchiz edilmiş istirahət otağı da təqdim olunur. Sakit mühitdə dərs otaqları və saxlama yerləri də mövcuddur.

Bakıda yerləşən Qərbi Kaspi Universiteti və AzərbaycanKooperasiya Universitetinin yataqxanaları yoxdur.

Yataqxana haqqı onun tutumundan asılı olaraq dəyişir

Azərbaycan Tibb Universitetindən isə verilən məlumata görə, hazırda universitetdə 4 yataqxana fəaliyyət göstərir.

"Bir yataqxana isə əsaslı təmirə dayanıb. Yataqxanalarda ümumilikdə 965 nəfərin qalması mümkündür. Bir və iki saylı yataqxanalarda yerli, yəni Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanada oğlan tələbələr, 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayır.

Tələbələr yerləşdirmə zamanı aylıq ödənişi köçürürlər. Bu sistem 2013-cü ildə adambaşına maliyyələşmə ilə bağlı böyük elmi şuranın qərarı əsasında tətbiq olunub. Yataqxana haqqı onun tutumundan asılı olaraq dəyişir. Şəhid ailələrinin övladları isə yataqxana haqqı ödəmirlər.

Həmçinin oxuyun:
Tələbələr nə edəcək yataqxana yox evlər baha !

Tələbələr nə edəcək yataqxana yox evlər baha !

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Azərbaycandakı universitetlərin yataqxanaları: Qiymət və şərait necədir?

Azərbaycandakı universitetlərin yataqxanaları: Qiymət və şərait necədir?

Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Tələbələrin Bakıya axını başlayır: Universitet yataqxanalarında vəziyyət necədir? - ARAŞDIRMA

Tələbələrin Bakıya axını başlayır: Universitet yataqxanalarında vəziyyət necədir? - ARAŞDIRMA

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Növbəti tədris ilində tələbə yataqxanalarında qiymət artımı olacaq?

Növbəti tədris ilində tələbə yataqxanalarında qiymət artımı olacaq?

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası