Xəbərlər
07 oktyabr 2018
4 000

Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Azərbaycanda yeni tədris ili başlayandan tələbələrin yataqxanalarda yerləşməsi məsələsi də gündəmə gəlir. Bəzi universitet yataqxanalarına müraciətlərin iyun ayından başlamasına baxmayaraq, qeydiyyat bu gün də davam edir.

Trend Azərbaycandakı ali təhsil müəssisələrinin yataqxanalarının vəziyyəti və bu yerləşdirmə obyektlərinə tələbatla maraqlanıb.

Azərbaycan Dillər Universitetinin (ADU) tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov Trend-ə bildirib ki, ali məktəbin fəaliyyətdə olan yataqxanalarında hazırda 190 nəfərdən artıq tələbə qalır:

"Universitetin iki yataqxanası var. 1 saylı yataqxana Ceyhun Hacıbəyli küçəsində yerləşir, uzun zamandır burada məcburi köçkünlər məskunlaşıb. Abbas Mirzə Şərifzadə, 4 ünvanında yerləşən 2 saylı yataqxana isə ancaq qızlar üçün nəzərdə tutulub. Həmin yataqxanada 205 tələbə üçün yer var”.

S.Hüseynov qeyd edib ki, ADU-nun 2 saylı yataqxanasında başqa universitetlərdə olan 15 nəfərə yaxın tələbə də qalır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mənsur İbrahimov Trend-ə deyib ki, ali məktəbdə daha çox qızlar oxuduğu üçün yataqxanalarda da qalan tələbələrin çoxu qızdır:

"ADPU-nun Dərnəgül qəsəbəsində 4 yataqxanası var. Sovet dövründən inşa edilmiş binalarda məcburi köçkünlər məskunlaşıb. Əlavə olaraq universitetin 2 nömrəli tədris binasında yataqxana var. Bu yataqxanada təqribən 200-ə yaxın tələbə yerləşir”.

M.İbrahimov bildirib ki, tədris binasının yataqxanasında yer az olduğundan hər kəsi bura qəbul etmək mümkün olmur: "Üstünlük daha çox az təminatlı ailələrə, şəhid ailələrinə, məcburi köçkünlərin övladlarına verilir”.

Azərbaycan Tibb Universitetinin (ATU) isə ümumi tutumu 1256 nəfər olan 5 yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxanalar son 4 ildir ödənişli fəaliyyət göstərirlər.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın Trend-ə verdiyi məlumata görə, yataqxanalar təmirdən təzə çıxdığından şərait yaxşıdır və aylıq ödəniş haqqı 50 manatdır: "Oğlan və qızların qaldıqları binalar ayrıdır. Hər iki cinsdən olan əcnəbi tələbələr isə mərtəbələri ayrı olmaqla eyni yataqxanada qalırlar. Yataqxana üçün qəbul iyulun 10-dan başlayıb. Otaqlar 1 və 4 nəfərlik olmaqla ayrılır".

G.Aslanova onu da qeyd edib ki, hazırda 3 saylı qızlar yataqxanası əsaslı təmirə dayandırılıb: "Tədris ili başlayandan 512 nəfər artıq qeydiyyatdan keçib. Onlardan 200 nəfəri əcnəbi tələbədir. Digər illərə nisbətən bu il müraciət azdır. Buna səbəb 9 mərtəbəli qızlar yataqxanasının təmirə dayanmasıdır”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, ali məktəbin tərkibində hazırda bir yataqxana binası fəaliyyət göstərir və burada yerli tələbələrlə yanaşı, xaricilər də qalır:

"Sovet dövründə ADNSU-da 1500-ə yaxın əcnəbi tələbə oxuduğundan ali məktəb üçün 7 yataqxana tikilmişdi. Lakin hazırda həmin 7 binadan 6-sı sökülüb, əvəzində 1000 nəfərədək tutumu olan, müasir standartlara uyğun yataqxana kompleksi inşa edilir. Yerdə qalan 320 nəfərlik bir yataxana binası isə əsaslı təmir olunaraq tələbələrin istifadəsinə verilib. Həmin yataqxanada yerli tələbələrlə yanaşı, əcnəbilər də var, hətta xarici tələbələr üstünlük təşkil edir”.

B.Nəzərov əlavə edib ki, 320 nəfərlik yataqxanada Türkmənistan, Pakistan, Çin, İran və digər ölkələrdən olan tələbələr var. Əcnəbi tələbələr həmin yataqxanada ödənişli əsasda qalırlar.

Bakı Dövlət Universitetindən isə bildiriblər ki, yaxın gələcəkdə yeni yataqxanaların tikilməsi nəzərdə tutulur.
 
Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Bu universitetin 2000 nəfərlik yataqxana kompleksi salınacaq

Bu universitetin 2000 nəfərlik yataqxana kompleksi salınacaq

1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək - Yeni tədris ilində

1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək - Yeni tədris ilində

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Bakıda tələbələr üçün yeni yataqxana tikiləcək - VİDEO

Bakıda tələbələr üçün yeni yataqxana tikiləcək - VİDEO

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib

Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib

ADU-nun qızlar yataqxanasında: “Bizə həsəd aparırlar” - REPORTAJ + FOTOLAR

ADU-nun qızlar yataqxanasında: “Bizə həsəd aparırlar” - REPORTAJ + FOTOLAR

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Abel Məhərrəmov: “Yeddi min tələbə üçün böyük yataqxana kompleksi inşa olunacaq”

Təhsil Nazirliyindən QƏRAR - Növbəti dərs ilinə...

Təhsil Nazirliyindən QƏRAR - Növbəti dərs ilinə...

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Bakıda tələbələr üçün yataqxana kompleksi tikilir

Bakıda tələbələr üçün yataqxana kompleksi tikilir

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

BDU-nun yataqxanası nə vaxt tikiləcək? - Rektor açıqladı

BDU-nun yataqxanası nə vaxt tikiləcək? - Rektor açıqladı

Türkiyədə təhsil alan əcnəbi tələbələrin çoxu azərbaycanlıdır - SİYAHI

Türkiyədə təhsil alan əcnəbi tələbələrin çoxu azərbaycanlıdır - SİYAHI

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü