1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək - Yeni tədris ilində
Yeni tədris ilində ölkədə 1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək.
Aztəhsil.com xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov qeyd edib ki, yeni yataqxana ADNSU-nun əvvəlki yataqxanasının yerində olacaq.
Qeyd edək ki, yataqxana Heydər Əliyev Fondu və Təhsil Nazirliyinin birgə layihəsidir.
Yaxın bir neçə il ərzində digər tələbə yataqxanalarının da tikilməsi nəzərdə tutulur.