AzTehsil.com

Xəbərlər / Yazarlar / Ziyalılar / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
09 sentyabr 2025
922

Hər bir uşağın sülh şəraitində təhsil almaq və inkişaf etmək hüququ var



Hər il sentyabrın 9-u dünyada Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. 2020-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün qeyd olunmasında məqsəd silahlı münaqişələr zamanı təhsil müəssisələrinin dağıdılmasına, müəllim və şagirdlərin həyatına təhlükə yaranmasına diqqət cəlb etmək, beynəlxalq ictimaiyyəti təhsil hüququnun müdafiəsinə səfərbər etməkdir.


BMT-nin müvafiq qətnaməsinə əsasən, dövlətlər təhsil müəssisələrinin hərbi məqsədlər üçün istifadə olunmaması, uşaq və gənclərin müharibə qurbanına çevrilməməsi üçün öhdəlik götürürlər. UNESCO və UNICEF bu çərçivədə hər il təhsilə qarşı hücumlarla bağlı hesabatlar dərc edərək dünya ictimaiyyətinə çağırışlar edir.


AzTehsil.com xəbər verir ki, bu fikirləri azərtac-a açıqlamasında Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov bildirib. O, təhsilin hücumlardan qorunmasının vacibliyini vurğulayıb: “Təhsil hər bir uşağın toxunulmaz hüququdur, uşaqların təhsildən məhrum edilməsi isə onların gələcəyinin əlindən alınması deməkdir. Təhsil müəssisələrinə yönəlmiş hücumlar öz təsirini uzun müddət göstərir, insan kapitalının inkişafına mənfi təsir göstərir, təhsildən kənarda qalan uşaqlar isə sosial inteqrasiya və cəmiyyətdə dayanıqlı mövqe formalaşdırmaq imkanlarından məhrum olurlar. Deməli, təhsilin müdafiəsi yalnız hüquqi məsələ deyil, həm də dayanıqlı sülhün, sosial-siyasi sabitliyin və davamlı inkişafın təminatıdır”.


Murad Ağalarov qeyd edib ki, Azərbaycan xalqı təhsilin hücumlardan müdafiəsinin əhəmiyyətini öz tarixi təcrübəsində dərin şəkildə yaşayıb. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü nəticəsində yalnız torpaqlar deyil, həm də milli-mənəvi dəyərlərin və sosial institutların təməl sütunlarından biri olan təhsil sistemi ciddi zərər görüb. Rəsmi statistikaya görə, ölkəmizdə yüzlərlə məktəb və uşaq bağçası dağıdılıb, bir çox təhsil ocaqları hərbi məqsədlər üçün istifadə edilib və nəticədə on minlərlə uşaq və yeniyetmə doğma məktəblərindən məhrum olub. Təhsildən uzaq düşən bu uşaqların bilik qazanmaq, sosiallaşmaq və inkişaf imkanlarının kəskin şəkildə məhdudlaşması bütövlükdə cəmiyyətin intellektual potensialına ağır zərbə vurub.


Azərbaycan dövləti münaqişənin bitməsindən dərhal sonra işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verdi. Bu prosesin prioritet istiqamətlərindən biri məhz təhsil müəssisələrinin yenidən inşa edilməsi oldu. Yeni məktəblərin tikilməsi, müasir tədris infrastrukturlarının qurulması, müəllimlərin bölgəyə cəlb edilərək kadr potensialının təmin edilməsi və şagirdlərin təhlükəsiz şəraitdə təhsil hüququnun bərpası dövlətin strateji hədəfləri sırasında dayanan mühüm məsələlərdəndir. Beləliklə, həyata keçirilən bərpa-quruculuq işləri yalnız tikinti prosesi deyil, həm də vaxtilə dağıdılmış ümidlərin, yarımçıq qalmış arzuların, pozulmuş təhsil imkanlarının dirçəldilməsi deməkdir.


Uğurla atılan bu addımlar, eyni zamanda, bütün dünyaya təhsilin hücumların hədəfi deyil, inkişafın və sabitliyin əsas təminatı olması mesajını verir.


Təhsil müəssisələrinin dağıdılması insanlığa qarşı cinayət, onların yenidən qurulması isə bəşəriyyətin gələcəyinə verilən ümid işığıdır. Azərbaycan nümunəsi göstərir ki, təhsilin bərpası yalnız milli səviyyədə deyil, beynəlxalq müstəvidə də dayanıqlı sülh və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən təhsilin müdafiəsi yalnız milli məsələ deyil, beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.


Buna görə də Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi olaraq biz təhsil müəssisələrinin hərbi hücumların hədəfinə çevrilməməsi, gələcəyin qorunması naminə beynəlxalq ictimaiyyətin öhdəliklərini daha ciddi icra edəcəklərinə inanırıq. Çünki təhsilin hücumlardan qorunması, cəmiyyətin sosial-mədəni davamlılığının və intellektual potensialının təmin edilməsinə xidmət edir və bu, bəşəriyyətin gələcəyə daha inamlı və perspektivli addımlamasının əsas şərtlərindən biridir.


Bütün bunlar bizə təkcə Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günündə deyil, sağlam və xoşbəxt gələcəyin yetişməsi üçün daim mübarizə aparmaq lazım olduğunu xatırladır. Axı hər bir uşağın sülh şəraitində təhsil almaq və inkişaf etmək hüququ var.





Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi