AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Ekspert / Bölgə
08 sentyabr 2025
925

"Təhsil yalnız bilik əldə etmə vasitəsi deyil..." - EKSPERT



Təhsilin pullu olması məsələsi cəmiyyətdə daim müzakirə mövzusu olub və əsasən bərabər imkan prinsipinə nə dərəcədə uyğun gəlib-gəlməməsi ilə bağlı suallar doğurur. Əslində, bərabər imkan prinsipi ondan ibarətdir ki, hər bir fərd, sosial mənşəindən, ailəsinin maliyyə vəziyyətindən və ya yaşadığı regiondan asılı olmayaraq keyfiyyətli təhsilə çıxış imkanı əldə etməlidir". AzTehsil.com- n əldə etdiyi məlumata görə bu sözləri  açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.


Onun sözlərinə görə, təhsilin tamamilə pullu olması müəyyən mənada həmin prinsipə zidd hesab oluna bilər. Çünki ödənişli təhsil sistemi imkanlı ailələrin övladlarına üstünlük verir, imkanları məhdud olan ailələrdən çıxan gənclərin isə keyfiyyətli təhsilə çatım imkanlarını məhdudlaşdırır: "Lakin burada vacib nüanslardan biri ondan ibarətdir ki, bir çox ölkələrdə təhsil tamamilə pullu deyil, həm dövlətin maliyyələşdirdiyi pulsuz və ya qismən subsidiyalı təhsil formaları, həm də paralel olaraq pullu təhsil formaları mövcuddur. Bu, müxtəlif sosial təbəqələrə uyğun seçim imkanı yaradır. Əgər dövlət təhsil sistemində balanslı mexanizmlər tətbiq olunursa - yəni imkansız tələbələr üçün təqaüdlər, güzəştli kreditlər, sosial dəstək proqramları mövcuddursa o zaman pullu təhsil bərabər imkan prinsipinə tam zidd olmur. Əksinə, bu zaman həm dövlətin yükü azalmış olur, həm də təhsildə keyfiyyət rəqabəti formalaşır.


Bununla yanaşı, nəzərə almaq lazımdır ki, təhsil yalnız bilik əldə etmə vasitəsi deyil, həm də sosial mobilizasiya alətidir. Yəni təhsil fərdlərə daha yaxşı həyat şansı qazandırır. Əgər bu imkandan yalnız varlı ailələrin övladları istifadə edə bilirsə, o zaman cəmiyyətdə sosial təbəqələşmə daha da dərinləşir. Bu isə uzunmüddətli dövrdə həm sosial ədalət, həm də iqtisadi inkişaf üçün risklər yaradır. Beləliklə, təhsilin tamamilə pullu olması bərabər imkan prinsipinə ziddir. Amma əgər dövlət təhsil sistemində balansı qoruyur, imkanlı və imkansız ailələrin övladları üçün alternativlər yaradırsa, təhsil sahəsində həm rəqabət, həm də ədalət təmin oluna bilər. Əsas məsələ, təhsil sistemində hər kəs üçün keyfiyyətli və əlçatan imkanların qorunmasıdır".




Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri