AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
04 sentyabr 2025
884

Valideynlər nələrə diqqət etməlidirlər?



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.


AzTehsil.com xəbər verir ki, komitədən verilən məlumatda bildirilir ki, son günlər kütləvi informasiya vasitələrində, daha çox isə ictimai fəal vətəndaşların sosial şəbəkə hesablarında uşaqlarla bağlı faciəvi faktları əks etdirən xəbərlərin tirajlanması acı bir həqiqətə – valideyn məsuliyyətsizliyi ilə bağlı bəzi hallara bir daha diqqət yetirməyə vadar edir.


 


“Çünki valideynlik vəzifələrinin düzgün yerinə yetirilməməsi, bəzi valideynlərin övladları qarşısındakı öhdəliklərinə biganə yanaşması, öz hüquqlarından sui-istifadə etməsi,eləcə də etinasızlıq, laqeydlik və diqqətsizlik kimi hallara yol verməsi uşaqlarla bağlı bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır.


 


Bəs bu hadisələrin qarşısını necə almaq olar, valideynlər nələrə diqqət etməlidirlər?


 


Bunun üçün onlar uşaqların yaş xüsusiyyətləri, maraq və ehtiyacları barədə ən azı ümumi bigilərə malik olmalıdırlar ki, öz davranış və münasibətlərini ona uyğun tənzimləyə bilsinlər.


 


Valideynlər hər bir uşağın digər yaşıdlarından fərqli düşüncəyə və xüsusiyyətlərə malik olduğunu dərk etməli, onu qəbul etməli, bütün hərəkət və davranışlarında bunu nəzərə almalıdırlar”, - Komitədən bildirilib.


 


Qeyd edilib ki, ilk növbədə övladlarına kifayət qadər vaxt ayırmalı, ailə üzvləri arasında qarşılıqlı hörmət və sevgiyə əsaslanan ünsiyyəti möhkəmləndirməlidirlər: “İlk gündən ailədə bu qaydalar çərçivəsində öz davranışlarını formalaşdıran uşaqlar həm şəxsi azadlığını dəyərləndirə bilir, doğmaları və onu əhatə edən cəmiyyət üzvləri qarşısında öhdəliklərini yaxşı dərk edir, həm də qaydalara uyğun yaşamağı öyrənirlər. Çünki valideynlər övladlarının ilk həyat müəllimləridir.


 


Bu səbəbdən də hər bir valideyn övladının şəxsi bacarıq və qabiliyyətlərinin inkişafı ücün səylə çalışmalı, həmçinin onun qarşısında əldə edə bildiyi bilik səviyyəsinə uyğun gözləntilər qoymalıdır.


 


Valideynlər övladlarının gündəlik həyatından xəbərdar olmaqla yanaşı, onun şəxsi həyatının da olmasını qəbul etməlidirlər.


 


İdeal və qeyri-ideal valideyn yoxdur, amma övladlarına diqqət və sevgini düzgün ifadə edən və ya bunu yaxşı bacarmayan valideynlər var. Odur ki, valideyn və ya bu vəzifəni yerinə yetirməli olan şəxslər uşaq və yeniyetmələrin nəyə ehtiyacı olduğunu düzgün müəyyən edərək, onu təmin etməyə çalışmalı onların ən ümdə maraqlarının qoruyucusu olmalıdır”.


 


“Dövlət Komitəsi ailələrə və cəmiyyət üzvlərinə müraciət edərək, ilk növbədə öz övladlarına, həmçinin bizim hamımızın və Azərbaycanın gələcəyi olan uşaqlara diqqətlə yanaşmağa, onların mənəviyyatca zəngin, fiziki cəhətdən sağlam böyümələri, təhlükəsiz və azad bir cəmiyyətdə yaşamalarını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırır”, - müraciətin sonunda qeyd edilib.



Həmçinin oxuyun:
Hansı hallarda valideynin valideynlik hüququ ƏLİNDƏN ALINA BİLƏR?

Hansı hallarda valideynin valideynlik hüququ ƏLİNDƏN ALINA BİLƏR?

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri