AzTehsil.com


Xəbərlər / Valideyn
27 oktyabr 2019
1 687


Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?



 

Valideyn sevgisi həyatın sonrakı mərhələlərində inkişafa necə təsir edir? Valideynlik təcrübələri uşaqların həyatlarına dərindən təsir edir. Son bir neçə ildə Harvard Universitetinin İnsan İnkişafı Proqramı valideynlik təcrübələri və bu təcrübələrin böyüyən və yetkinlik yaşına qədəm qoyan uşaqların inkişafına təsiri ilə bağlı tədqiqat həyata keçirib.

Valideynlik tərzlərinin ümumi bölgüsü onları iki ox ətrafında birləşdirir: bir tərəfdə valideyn qayğısı, digər tərəfdə isə valideyn intizamı.

Aztehsil.az məlumat verir ki, bu iki ölçünün hər birində valideynlik yanaşmasının yüksək, yaxud aşağı olmasına əsaslanaraq valideynlik tərzləri sonradan daha 4 hissəyə bölünür.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, yüksək qayğı və yüksək intizam ehtiva edən valideynlik yanaşması bəzən etibarlı tərz adlanır. Bunun əksinə, az qayğı və yüksək intizamı ehtiva edən yanaşma avtoritar tərz adlanır. Yüksək qayğı və az intizamı ehtiva edən yanaşmaya liberal tərz deyə istinad olunur. Son olaraq, az qayğı və az intizamı ehtiva edən yanaşma isə laqeyd tərz hesab olunur.

Tədqiqat açıq-aşkar göstərir ki, yüksək qayğı və yüksək intizam ehtiva edən yanaşma (etibarlı tərz) uşaqlığın ən gözəl nəticələri ilə assosiasiya olunur. Bununla belə, valideynlik tərzləri ilə bağlı tədqiqatın böyük hissəsi müxtəlif zamanlarda, ayrı-ayrı nəticələri araşdırıb. Bu cür tədqiqat fərqli nümunələr və mühitlərdə həyata keçirildikdə, müxtəlif yanaşmaların müqayisəli üstün və zəif cəhətləri ilə bağlı geniş təsəvvür formalaşdırmaq çətin olur.

Bundan əlavə, mövcud tədqiqatın böyük hissəsi təbiətcə kəsişəndir, yəni toplanmış məlumatın çoxu müəyyən dövr ərzində mütəmadi olaraq deyil, bir dəfəyə toplanıb. Bu da səbəb-nəticə əlaqəsini müəyyənləşdirməyi çətinləşdirir. Məsələn, əgər valideyn qayğısı uşaqlığın daha yaxşı nəticələri ilə assosiasiya olunursa, bilmək çətindir ki, məhz valideyn qayğısı bu nəticələrə səbəb olur, yoxsa, misal üçün, yaxşı nəticələr əldə edəcək uşaqlar istənilən halda daha asan sevilir. Bu sualların aradan qaldırılması üçün, ideal vasitə kimi, uşaqların yaxşı nəticələr əldə etdiyi çoxsaylı durumları müəyyən vaxt ərzində tədqiq edərək məlumat toplanmasına ehtiyac var.

Bu il biz iki empirik tədqiqat nəşr etmişik: yanvar ayında "Sosial elmlər və tibb" mövzusunda, ötən ay isə "İnsan davranışının təbiəti" mövzusunda. Hər iki tədqiqatda uzun illər toplanmış məlumatlardan istifadə edilib. Biz müxtəlif valideynlik tərzlərinin çoxsaylı sağlamlıq və rifah nəticələrinə təsirinə diqqət yetirdik və aydın oldu ki, daha detallı metodologiya əsasında əldə olunmuş nəticələr əvvəlki nəticələrlə uyğundur. Etibarlı tərzə aid valideynləri olan uşaqlar (yüksək qayğı və yüksək intizam) sonrakı həyatda daha çox müsbət nəticələr əldə edirlər.

Hər iki tədqiqatımızın maraqlı nəticələrindən biri valideyn qayğısı, yaxud sevgisinin dominant faktor kimi görünməsidir. Yüksək qayğı və yüksək intizama (etibarlı tərz) malik olanlar daha uğurlu nəticələr əldə etdiyi halda, növbəti uğurlu kateqoriya yüksək qayğı, az intizamı (liberal) ehtiva edən tərzdir. Həmin tərz az qayğı və yüksək intizam (avtoritar) qrupu ilə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksək nəticələr əldə edib. Təəccüblü deyil ki, az qayğı, az intizam (laqeyd) qrupuna aid uşaqlar daha zəif nəticələr əldə edirlər. Lakin valideyn qayğısı, yaxud sevgisi daha vacib görünür. Valideyn qayğısını ayrıca götürsək, bu, bizim valideynlikdə müəyyən edə bildiyimiz ən vacib aspektdir.

Bu nəticə xüsusi olaraq "İnsan davranışının təbiəti" tədqiqatımızda vurğulanıb, burada biz pozitiv valideynliyin çoxsaylı aspektlərini tədqiq etmişik. Bu tədqiqatda uşaqlıqda valideyn qayğısı (ümumilikdə sevgi və bağlılığı nəzərdə tutan valideyn-uşaq münasibətlərindəki məmnunluq ilə ölçülür) bir neçə il sonra depressiyada 46% azalma, narahatlıqda 39% azalma, qida pozuntularında 68% azalma, eyni zamanda emosional proses və özünüifadənin yüksək səviyyəsi, siqaret və marixuana çəkilməsinin aşağı səviyyəsi ilə əlaqələndirilir.

Ailə naharı kimi digər valideynlik təcrübələri də vacib görünür, lakin valideyn sevgisi və bağlılığı qədər deyil. Eyni zamanda, "Sosial Elmlər və Tibb" tədqiqatımızda valideyn qayğısı həyatın sonrakı mərhələlərində çoxlu sayda uğurlu nəticələr ilə assosiasiya olunur. Valideyn qayğısının bəzi uğurlu nəticələrlə (xoşbəxtlik/emosional rifah, həyatın sonrakı mərhələlərində pozitiv münasibətlər, özü ilə barışmaq və s.) əlaqələri digərlərinə nisbətən (sosial əlaqə və s.) daha geniş idi, lakin bu əlaqələr, demək olar, bütün nəticələr üzrə pozitivdir.

Tədqiqat insanın inkişafında sevginin vacib rolunu qeyd edir. "Sevgi" anlayışının müxtəlif adamlar üçün fərqli məna kəsb etməsinə baxmayaraq, teoloji yazıların çoxunda, o, başqasının yaxşılığı naminə arzu və/və ya öhdəlik kimi başa düşülür. Digərinin yaxşılığının uşaq yaşlarında (bəlkə də bütün ömür boyu) düşünülməsinin çox güclü təsiri var. Sevdiyin insanın yaxşılığını təşviq edən hərəkətlərə əlavə olaraq, bu cür sevgi təcrübəsi insanın daxili dəyər və əhəmiyyətini təsdiq edir. Bu, insanlar arasında bir bağ yaradır. Bu, insanın başqaları ilə birləşməsinə yönəlmiş ən dərin istəyini yerinə yetirir. O zaman, sevgi təcrübəsinin sağlamlığa və rifaha, nəticə olaraq, bu qədər təsir etməsi təəccüblü deyil. Sevgi adətən tibbi və ictimai səhiyyə ilə bağlı müzakirələrdə sağlamlığı formalaşdıran amil kimi nəzərdən keçirilmir. Lakin bir çox tədqiqat sevginin böyük əhəmiyyətini təsbit etdiyinə görə, artıq bu yanaşma dəyişməlidir.

Bizim tədqiqatın da öz məhdudiyyətləri var. Valideynlərin qayğı, yaxud sevgi təcrübəsi mərkəzi əhəmiyyətli amil kimi üzə çıxsa da, sevgi, yaxud nizam-intizam kimi komponentlərin ölçülməsi çətindir. Ölçülər həmişə qeyri-dəqiq olacaq. Bizim valideyn intizamı ölçümüz həmin intizamın hansı formada olduğunu nəzərə almır. Tədqiq edə bildiyimiz nəticələr barədə məlumatlar da məhduddur. Onlar xarakterin qiymətləndirilməsini nəzərə almır. Həqiqətən, xarakterin ölçülməsi hələ də ilkin mərhələdədir və onu tədqiq etmək çətindir. Lakin biz ümid edə bilərik ki, intizama yönəlmiş valideynlik təcrübələri uşaqların xarakterinə və onların daha sonra yetkinlik yaşında başqalarının həyatına verəcəkləri töhfələrə əhəmiyyətli dərəcədə təsir edir. Bununla belə, bu məhdudiyyətlərə baxmayaraq, tədqiqatın aşkar gəldiyi nəticə budur ki, uşaq üçün sevgi vacib amildir.

Sevgi müxtəlif vasitələrlə təcrübə oluna bilər. Bizim son nəşrimiz bağışlamanın əhəmiyyətini göstərir. Bağışlama - təqsirkara qarşı pis məramın xoş məramla əvəzlənməsi - özü-özlüyündə sevginin bir formasıdır. Bəlkə də, həqiqi insan inkişafına aparan amil kimi sevgiyə empirik elmlərdə, həyatda, bizim gündəlik ünsiyyətdə daha çox diqqət ayrılmalıdır. (Milli.Az)



Загрузка...
Həmçinin oxuyun: