AzTehsil.com


Xəbərlər / Valideyn
01 yanvar 2023
796


Hansı hallarda valideynin valideynlik hüququ ƏLİNDƏN ALINA BİLƏR?




Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan ailələrində valideynlərin uşaqlara fərqli münasibəti mövcuddur. Belə ki, kimi öz övladının yaxşı təhsili və tərbiyəsi barədə düşünür, kimi uşağına qazanc mənbəyi kimi baxır, kimi də uşaq mənimdir, özüm bilərəm deməklə onu vaxtaşırı fiziki təzyiqlərə məruz qoyur.


Bəs görəsən, uşağının hüququnu mütəmadi olaraq tapdalayan valideynlərin valideyn olmağa hüququ çatırmı? Ümumiyyətlə, hansı hallarda valideynin valideynlik hüququ əlindən alına bilər?


Milli.Az gencaile.az-a istinadən bildirir ki, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyevin sözlərinə görə, uşaq hüquqlarının pozulmasının başlıca səbəbi valideyn məsuliyyətsizliyidir. Belə ki, uşaqların zorakılığa məruz qalmasında, onların əməyə cəlb olunmasında valideynlərin "böyük rolu" var: "Bu gün valideynlərin böyük əksəriyyəti uşaq hüquqlarına hörmətlə yanaşmır. Belə ki, valideynlər mütəmadi uşaqların hüququnu pozur, çox zaman uşaqlara gəlir mənbəyi kimi baxır. Bəzi valideynlər belə düşünür ki, uşaq işləməli, evə gəlir gətirməlidir. Təbii ki, sosial ehtiyacı olan ailələr var ki, belə ailələrdə uşaqların çalışması az da olsa başa düşüləndir. Amma bir çox ailələr var ki, valideynlər evdədir, çalışmır, amma uşaqları ya dilənçiliyə, ya da əməyə məcbur edirlər".


Qanunvericilikdə müəyyən müddəalar olsa da...


Nazir Quliyevin sözlərinə görə, belə hallar İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalarla tənzimlənsə də, qanunvericiliyin özündə valideyn məsuliyyətini sərtləşdirə biləcək normalar mövcud deyil. O hesab edir ki, Ailə Məcəlləsində valideynlik hüquqlarından məhrumetmə maddəsinin müddəalarını daha da genişləndirmək və sərtləşdirmək lazımdır. Qızların erkən ərə verilməsi, onların nəyəsə məcbur edilməsi hallarını valideynlik hüququndan məhrumetmə müddəalarına salınmasının vacib olduğunu bildirən ekspert deyir ki, Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetmənin əsaslarında "Uşaqla amansız davrandıqda" yazılır: "Amansız termini bir qədər ağırlaşdırılmış formadı. Amansız kiminsə gözünü çıxarmaq, kiminsə xəsarət yetirmək kimi qəbul edilir. Bir çox ölkələrdə uşaq hüquqlarının pozulması, uşağa qarşı etinasızlıq valideynlik hüququndan məhrum etmənin əsasları sayılır".


Onun dediyinə görə, ölkədə uşaq müraciət sistemində böyük problemlər mövcuddu:. "Riskli ailələrin müəyyən edilməsi prosesi çətin olduğu üçün ailələrdə uşaqlar bir çox problemlərlə üzləşir, amma hara müraciət edəcəklərini bilmirlər. Bunun da nəticəsində uşaq intiharlarının sayı artır. Təklif edirəm ki, problemli ailələrdə valideyn məsuliyyətini yaratmaq üçün uşaq reabilitasiya mərkəzləri fəaliyyət göstərməlidir. "Belə olarsa, valideynlər uşaqları ilə başqalarının da ünsiyyətdə olduğunu bilib, onların hüquqlarını pozmaqdan ehtiyat edərlər".


Sağlam olmayan ailələr qeyri-sağlam münasibət

 Psixoloq Elman Cahangirli isə bildirir ki, əksər hallarda sağlam təməllər üzərində qurulmamış ailələrdə uşaqlara qarşı məsuliyyətsizlik nəzərə çarpır: "Məsələn, sıxıntı içində yaşayan ailələrin övladlarının əməyə cəlb edilməsi hardasa normal sayıla bilər. Amma bəzi valideynlər var ki, onların öz qazancı olduğu halda, uşağa da qazanc mənbəyi kimi baxır. Axşam evə gələndə onun qazancını hesablayır, buna görə hətta uşağı döyür, təhqir edir".


Bu kimi davranışlar zamanı ata-ananın valideynlik hüququndan məhrum edilməsinə gəlincə, psixoloq hesab edir ki, məsələyə belə bir formada yanaşma digər valideynləri analoji hərəkətlərdən çəkindirmək üçün yaxşı president ola bilər: "Valideynlik hüququndan məhrumetmə ata-anaya təyin edilən cəzadır. Belə zorakılıq əməlləri cəzasız qaldıqca, qarşı tərəf özünü məsuliyyətdən kənar hiss edir, düşünür ki, öz uşağımdı, istəyərəm döyərəm, istəyərəm söyərəm. Amma insanlar anlamalıdır ki, hər bir fərd bu ölkənin vətəndaşıdır və hamının hüququ dövlət tərəfindən qorunur. Uşaqdısa, bu o demək deyil ki, ata-ana ona qarşı zorakılıq etməli, işgəncə verməlidir. Buna heç kimin haqqı yoxdur, o cümlədən, valideynlərin də. Əgər məhkəmə həmin ata-ananı valideynlik hüququndan məhrum edəcəksə, həmin qız toxunulmaz olacaq. Bundan sonra ata-ananın onunla zorakı davranışı mümkün olmayacaq. İkinci tərəfdən, həmin övlad əmlak məsələsində də valideynlərə şərik olacaq. Məncə, valideynlik hüququndan məhrumetmə böyükləri zorakılıqdan, işgəncələrdən çəkindirmək üçün tutarlı vasitə ola bilər".


"Azərbaycan Hüquq İslahatları Mərkəzi" ictimai birliyinin hüquqşünası Fərhad Nəcəfov isə bildirir ki, valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə yolu ilə mümkündür: "Əslində qanunvericiliyimiz "valideynlik hüquqlarından məhrumetmə" anlayışı altında həm ananın, həm də atanın bu hüquqlardan məhrum edilməsi şərtlərini bərabər əsaslar üzrə müəyyən edib. Çünki əvvəlki praktikadan fərqli olaraq 2000-ci ildən qüvvəyə minmiş Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetməyə əsas olan halların siyahısı genişləndirilib. Məcəlləyə əsasən, məhkəmə belə işlərə baxarkən valideynlər tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi, alimentin qəsdən ödənilməməsi, valideynlik hüququndan sui-istifadə edilməsi, uşaqlara qarşı məişət zorakılığının törədilməsi, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayətin törədilməsi və s. halları nəzərə almalıdır".


Fərhad Nəcəfovun sözlərinə görə, məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən, onların iştirakı ilə baxır. Məhkəmə belə işlərə baxarkən valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən uşağa aliment tutulması məsələsini də həll edir.


Hüquqşünas qeyd edir ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən, uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin valideynlik hüququndan məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər: "Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən, vərəsəlik hüququna malikdir. Konstitusiyamıza görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Yəni burada uşaqlara qayğı göstərilməsi ilə bağlı valideynlərə münasibətdə ayrı-seçkiliyə yol verilməyib".


Hüquqşünas həmçinin deyir ki, qanunverici valideynlərin hər ikisinə də bərabər yanaşma nümayiş etdirsə də, təcrübədə ananın valideynlik hüququndan məhrum edilməsi məsələsində məhkəmələr təbii hüququn prinsipləri baxımından adətən ananın mövqeyinə həssaslıqla yanaşırlar. Əslində, məhkəmlərimiz tərəfindən anaya qarşı bu cür yumşaq yanaşma ölkəmizdə 2007-ci ilədək qüvvədə olmuş Ali Məhkəmənin Plenumunun "Valideynlik hüquqlarından məhrum etmə və uşaqların tərbiyə edilməsi hüquqları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında" 1976-cı il 29 dekabr tarixli nümunəvi qərarının gətirdiyi məhkəmə praktikası ilə bağlıdır: "Həmin qərarda qeyd olunurdu ki, məhkəmələr belə işlərə baxarkən valideynlərin bərabər şəraitə malik olduqları hallar zamanı azyaşlı uşaqların, xüsusilə məktəb yaşına çatmamış uşaqların ana qayğısı və nəvazişinə ehtiyacları olduğu nəzərə almalıdırlar".




Загрузка...
Həmçinin oxuyun:
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb