AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə
21 avqust 2025
1 050

"İxtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah elan olunacaq"

"İxtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah elan olunacaq" - Ekspertdən AÇIQLAMA

"Əvvəlki illərin təcrübəsinə dayanaraq deyə bilərəm ki, ixtisas seçiminin nəticələri bu gün axşam, ən gec sabah üçün Dövlət İmtahan Mərkəzi nəticələri elan edər. Ümumiyyətlə, əvvəlki illərdə də həmişə iki və yaxud da üç günə nəticələr elan olunurdu".

AzTehsil.com xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ixtisas seçiminin nəticələrinin açıqlanacağı vaxtdan danışarkən bildirdi.

"Ümumi vəziyyətə gəldikdə, hesab edirəm ki, bu il müsabiqədən keçən abituriyentlərin hardasa bir qismi ixtisas seçimində xəta, səhv etdiyinə görə kəsiləcək. Xüsusilə də bu üçüncü qrupda böyük bir rəqəm əhatə edəcək. Üçüncü ixtisas qrupunda müsabiqə şərtlərini ödəyən, lakin ixtisas seçimində düzgün kodlaşdırmayan abituriyentlərdə ciddi problemlər meydana gələcək və ixtisas seçimin düzgün aparılmaması onların qəbul olmasına problem yaradacaq. Abituriyentlər əvvəlki illərin keçid balları ilə ixtisas seçimi ediblərsə, bu da böyük bir xətadır. Bu il 50-60 bal ətrafında qalxacaq. Bu, xüsusilə də üçüncü qrupda orta ballarda həm Azərbaycan bölməsi, həm də rus bölməsinə aiddir. Səhv eləmirəmsə, 84 min abituriyent ixtisas seçimi edib. Plan yeri isə 46 min ətrafındadır".

Ekspertin fikrincə, yarıdan çox abituriyent müsabiqə şərtini ödəyə və qəbul ola bilməyəcək. 

"Birinci ixtisas qrupunda vəziyyət nisbətən yaxşıdır. İxtisas seçimi edən abituriyentlərin böyük əksəriyyəti qəbul olacaq. Sadəcə blok imtahanında 100 baldan aşağı nəticə göstərənlərdə müsabiqə gərgin olacaq, qalanlarda problem yoxdur. İxtisaslara görə ballar 30-70 bal arasında dəyişəcək, bəzi yerlərdə isə 70-80 bal ətrafında qalxacaq. İkinci ixtisas qrupunda ballar 5-20 bal arası artacaq. Xüsusilə dövlət sifarişli yerlərdə balların 30-40 bal ətrafında yüksəlməsi müşahidə olunacaq. Bu artım dövlət sifarişli ixtisaslarda azalmalarla əlaqədardır. Üçüncü ixtisas qrupunda ballar 50-60 bal ətrafında qalxacaq. Hüquq ixtisaslarında artım minimal olacaq, orta ixtisaslarda isə balların yüksəlməsi qaçılmazdır. Xüsusilə pedaqoji və ödənişli ixtisaslarda balların artımı gözlənilir".

Müsahibimiz əlavə etdi ki, balı aşağı olan ixtisaslarda gərgin mübarizə davam edəcək.

"Dördüncü ixtisas qrupunda ballar 70-80 bal ətrafında qalxacağı proqnozlaşdırılır. Ümumilikdə müsabiqə ikinci, üçüncü və dördüncü qruplarda gərgin keçəcək. Birinci qrupda ixtisas seçimi nisbətən rahat olacaq. Düzgün seçim edən və statistik göstəricilərə uyğun addım atan abituriyentlərdə problem yaranmayacaq, lakin səhv seçim edənlərdə narahatlıq müşahidə olunacaq. Bu abituriyentlər istədiyi yerə deyil, yanlış seçim səbəbindən başqa ixtisasa qəbul ola bilərlər. Beşinci ixtisas qrupunda da vəziyyət gərgin olacaq, xüsusilə qabiliyyət tələb etməyən ixtisaslarda. Xəzər və Qərb Universitetlərində dizayn ixtisasları açılsa da, ballarda müəyyən dəyişiklik ola bilər. Ümumilikdə beşinci qrupda gərgin mübarizə davam edəcək. Xüsusilə İqtisad Universiteti və Bakı Mühəndislik Universitetində qabiliyyət tələb etməyən ixtisaslar, eləcə də ADA və İtaliya-Azərbaycan Universitetlərində dizayn ixtisaslarında müsabiqə şərtləri gərgin olacaq", -  deyə Ramin Nurəliyev bildirdi.

Həmçinin oxuyun:
Bu ixtisas qrupunda vəziyyət çox GƏRGİNDİR

Bu ixtisas qrupunda vəziyyət çox GƏRGİNDİR

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ali məktəblərə ixtisas seçimi - hansı dəyişikliklərə ehtiyac var?

Ali məktəblərə ixtisas seçimi - hansı dəyişikliklərə ehtiyac var?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Namizədlər və plan yerləri - Ətraflı

Namizədlər və plan yerləri - Ətraflı

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - AÇIQLAMA

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - AÇIQLAMA

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

5000 abituriyent yanlış ixtisas seçiminə görə kəsilə bilər

5000 abituriyent yanlış ixtisas seçiminə görə kəsilə bilər

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

“Bu il dövlət sifarişli yerlərin sayı 50 faiz daha çoxdur” - AÇIQLAMA

“Bu il dövlət sifarişli yerlərin sayı 50 faiz daha çoxdur” - AÇIQLAMA

Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcəyi, yeni qərarların açıqlanacağı gözlənilir

“Qiymətləndirmə və  ev tapşırıqları aradan qalxmalıdır” – Ekspertdən sərt etiraz

“Qiymətləndirmə və ev tapşırıqları aradan qalxmalıdır” – Ekspertdən sərt etiraz

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Təhsil eksperti: Klassik qiymətləndirmədə “2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik...

Təhsil eksperti: Klassik qiymətləndirmədə “2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik...

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..