347 gənc Böyük Britaniyada dövlət hesabına təhsil alacaq
Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 347 azərbaycanlı gənc Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alacaq.
Onların bəziləri dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.
AzTehsil.com- n əldə etdiyi məlumata görə, Proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:
London Universitet Kolleci (University College London – UCL) – 71 nəfər
Edinburq Universiteti (University of Edinburgh) – 53 nəfər
Mançester Universiteti (University of Manchester) – 26 nəfər
London İmperial Kolleci (Imperial College London) – 24 nəfər
Uorvik Universiteti (University of Warwick) – 21 nəfər
Qlazqo Universiteti (University of Glasgow) – 21 nəfər
Şeffild Universiteti (University of Sheffield) – 32 nəfər
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (London School of Economics and Political Science – LSE) – 12 nəfər
London Kral Kolleci (King’s College London) – 13 nəfər
Birmingem Universiteti (University of Birmingham) – 18 nəfər
Kembric Universiteti (University of Cambridge) – 9 nəfər
London Kraliça Meri Universiteti (Queen Mary University of London) – 8 nəfər
Bristol Universiteti (University of Bristol) – 6 nəfər
Ümumilikdə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində 500 gənc dünyanın nüfuzlu universitetlərində bakalavr və magistr təhsili alacaq.