AzTehsil.com

Xəbərlər / Vakansiya / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
09 avqust 2025
1 166

"ADNSU-100” lövhəsinin açılışı olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fərqlənmə ilə oxuyan bir qrup tələbəsi strateji məsələlər üzrə prorektor Vazeh Əskərovla birgə “Balakhani Operating Company LTD”nin ərazisində 102 yaşlı neft quyusunun qarşısında qurulan “ADNSU-100” lövhəsinin açılışını ediblər. 

AzTehsil.com xəbər verir ki, açılış mərasimindən sonra keçirilən hasilat şirkətinin rəhbərliyi ilə görüş zamanı ADNSU tələbələri təhsilləri və karyera arzuları barədə səmimi söhbətdə iştirak ediblər. Bildiriblər ki, sinif otağı ilə sənaye arasında sıx bağların yaradılmasına imkan verən bu kimi əməkdaşlıqlar onlara seçdikləri peşədə daha uğurlu olmağa kömək edəcək. ADNSU prorektoru Vazeh Əskərov ölkəmizin tarixən ikinci universitetinin müasir tələblərə uyğun multi-disiplinar tədris proqramı barədə geniş məlumat verib və tarixən Nobellərin çalışdığı binada bu gün də hasilatla, elm və innovasiyaların bağlantısının qorunub saxlanıldığından məmnunluğunu bildirib. “Hər bir Universitet uğurlu məzunları ilə tanınır. Bu mənada neft tarixində öz sözünü demiş Balaxanıda tələbələrimizlə bərabər belə bir tarixi gündə iştirak etmək və ADNSU məzunlarının əhatəsində olmaq çox qürurvericidir”, deyən prorektor Əskərov universitet-sənaye arasında münasibətlərin gələcəkdə də davam edəcəyinə ümidini bildirib.

“Balakhani Operating Company LTD”nin müşaviri, prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Orucov tələbələrlə söhbətində ADNSU-da tədris illəri barədə xatirələrini bölüşüb. “Mən, çox xoşbəxtəm ki, mənim elə müəllimlərim olub. Onlar bizə tək dərs otağında deyil, ondan kənar da dəstək olurdular, təcrübələrini bölüşürdülər. Ümid edirəm, mənim məzun olduğum geologiya ixtisası günü-gündən daha da təkmil tədris edilərək Azərbaycanın gələcək hasilat uğurları üçün məzunlar yetişdirəcək.”

Tədbirin sonunda daha bir ADNSU məzunu, “Balakhani Operating Company LTD”-nin hasilat üzrə vitse-prezidenti Əhməd Kələşova "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təqdim edilib. Preizdent İlham Əliyevin qərarı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranması tarixinin Balaxanı hasilat ərazisində əbədiləşdirməsi qərarı bu ilin fevral ayında ADNSU və “Balakhani Operating Company LTD” arasında Anlaşma Memorandumunun imzalanması zamanı qəbul edilmişdir- “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev ADNSU ilə həmyaşıd və bu günə qədər işlək quyunun “ADNSU-100” adlandırılması barədə sertifikatı rektor Rüfət Əzizova təqdim etmişdir.

Həmçinin oxuyun:
Azərbaycanda Tanınan Gürcüstan Universitetlərinin Siyahısı

Azərbaycanda Tanınan Gürcüstan Universitetlərinin Siyahısı

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə