AzTehsil.com

Xəbərlər / Valideyn / Vakansiya / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Karyera / Manşet / Bölgə
08 avqust 2025
770

Esse yazmaq jurnalistika deyil



Xəbər veridiyimiz kimi, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilmiş qabiliyyət imtahanının nəticələri elan edildi. İmtahana 1071 abituriyent qeydiyyatdan keçmişdi. Onlardan 253 nəfəri imtahana gəlməyib. Geridə qalan 818 nəfərdən isə 745 abituriyent "məqbul" cavabı alıb.


Bu zaman düşündürücü sual ortayaq çıxır: cəmiyyətin "dördüncü hakimiyyət" adlandırdığı jurnalistləri sadəcə bir esse ilə seçmək bu qədər asan olmalıdırmı? AzTehsil.com xəbər verir ki, azedu.az mövzu ilə bağlı jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli ilə həmsöhbət olub. 


O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) boş yerə vəsait, kağız və zaman xərcləyib, gərəksiz imtahanla məşğul olmamalıdır


"Bu məsələdə polemika yaratmağa, müzakirə predmetinə çevirməyə ehtiyac yoxdur. Yeganə bir çıxış yolu var ki, o da jurnalistikaya qəbulda həm bakalavrda, həm də magistraturada “qabiliyyət imtahanı” deyilən gərəksiz və faydasız proseduru aradan qaldırmaqdır ki, abituriyentlər üçün daha rahat və geniş imkanlar yaransın. Dövlət İmtahan Mərkəzi boş yerə vəsait, kağız və zaman xərcləyib, gərəksiz imtahanla məşğul olmamalıdr. Buna görə də təklifim ondan ibarətdir ki, jurnalistikaya qəbulda qabiliyyət imtahanı ləğv olunsun". 


Esse, felyeton yazmaq müəyyən subyektiv hissləri ifadə etmək ədəbi yaradıcılıq məsələsidir. Bu, jurnalistika deyil


"Əgər özümüzü qonşu Türkiyə Respublikası ilə müqayisə etsək, görərik ki, orada jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı tələb olunmur. Bəs bizdə niyə var? Bu təklifi irəli sürənlərin niyyəti, yəqin ki, xoş olub. Ancaq bu yanaşmanın arxasında ideoloji düşüncə, daha doğrusu, Sovet dövründən qalma bir ənənə dayanır. Guya jurnalist yaxşı oçerk, esse və ya inşa yazmağı bacarmalıdır. Halbuki bu, jurnalistikanın mahiyyəti deyil.


Esse və felyeton yazmaq - yəni subyektiv hiss və düşüncələri ifadə etmək bədii yaradıcılığa aiddir, jurnalistikaya yox. Yaxşı jurnalist yetişdirmək üçün intellektual səviyyəsi yüksək, yaxşı hazırlıqlı tələbələr seçilməli, tədrisin keyfiyyəti artırılmalı və praktikaya əsaslanmalıdır. Dərsləri bu sahədə təcrübəsi olan, peşəkar jurnalistlər tədris etməli və tələbələr də jurnalistikanı real praktik mühitdə öyrənməlidirlər. Əks halda, bəsit mövzularda yazılmış esse və oçerklərlə jurnalist yetişdirmək mümkün deyil. Bu cür yanaşma jurnalist olmaq üçün heç bir zəmanət vermir





Həmçinin oxuyun:
"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

1071 abituriyent qabiliyyət imtahanı verəcək

1071 abituriyent qabiliyyət imtahanı verəcək

“Xəyallarımın ardınca gedirəm” - Jurnalistika fakültəsinin tələbəsi

“Xəyallarımın ardınca gedirəm” - Jurnalistika fakültəsinin tələbəsi

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

1071 abituriyent qabiliyyət imtahanında iştirak edəcək

1071 abituriyent qabiliyyət imtahanında iştirak edəcək

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

DİM tərəfindən həftə ərzində həyata keçirilən imtahan və tədbirlərlə bağlı məlumat

DİM tərəfindən həftə ərzində həyata keçirilən imtahan və tədbirlərlə bağlı məlumat

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb