AzTehsil.com

Xəbərlər / test / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Dünya / Manşet / Bölgə
08 avqust 2025
778

Yeni tədris ilində bu universitetdə ....- ƏTRAFLI



Yeni tədris ilində Naxçıvan Dövlət Universitetində 31 xarici professor çalışacaq.Naxçıvan Dövlət Universitetinin (NDU) strateji inkişaf planına uyğun olaraq tədris və tədqiqat fəaliyyətində əcnəbi professorların cəlbi prosesi yeni tədris ilində də davam edir. AzTehsil.com- n məlumatına görə, NDU-nun beynəlmilləşmə siyasətinin tələbləri və imzalanan anlaşma memorandumlarının müvafiq bəndlərinin icrası məqsədilə 7 fakültə üzrə 31 xarici professor 2025-2026-cı tədris ilində ali təhsil ocağında mühazirələr oxuyacaq, tədqiqat aparacaqlar.


Bu göstərici NDU tarixində əcnəbi akademiklərin tədrisə cəlbində say olaraq ən yüksək göstəricidir. Nüfuzlu universitetlərdən olan alimlər iqtisadiyyat, hüquq, mühəndislik, tibb və digər sahələr üzrə dərslər deyəcəklər. Əcnəbi professorların təkcə tədris sahəsində deyil, həm də beynəlxalq qrant layihələrinin hazırlanması və birgə elmi araşdırmaların aparılmasında da fəal iştirakı planlaşdırılır. Bu uğurlu təşəbbüs qlobal bilik və təcrübə mübadiləsi imkanları yaradacaq.


Bildirək ki, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində əcnəbi professorların tədrisə və elmi fəaliyyətlərə cəlbi davamlı olaraq diqqət mərkəzində saxlanılır. 2025-ci ilin aprel ayında Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz NDU-da genişmiqyaslı “Beynəlxalq Təlim Aylığı” proqramı həyata keçirilib.


Proqram çərçivəsində 6 fərqli ölkədən 21 təlimçi universitetdə müxtəlif sahələri əhatə edən təlimlər aparıb. Bu təlimlər 3 dildə – Azərbaycan, türk və ingilis dillərində olmaqla ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Hollandiya və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutub.Xüsusilə qeyd etmək lazımdır ki, 2024-cü ildə də 10 əcnəbi professor təlim və tədqiqat proseslərinə cəlb olunub. Həmin il Nobel mükafatçısı, dünyaca məşhur alim Əziz Səncər də Naxçıvan Dövlət Universitetinin qonağı olub.


Ümumilikdə isə əcnəbi mütəxəssislərin NDU-ya cəlbi universitetin beynəlxalq elmə inteqrasiyasını gücləndirməklə yanaşı, təhsil və tədqiqat mühitinin daha da zənginləşməsinə xidmət edir.



Həmçinin oxuyun:
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır