Şagirdlərin yerdəyişməsinə nə zaman imtina verilir?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi şagirdlərin yerdəyişmə sorğusuna hansı hallarda imtina veriləcəyini açıqlayıb.
AzTehsil.com xəbər verir ki, bu barədə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədris olunan xarici dillər uyğun olmadığı halda məktəb tərəfindən sorğuya imtina verilə bilər. Əgər şagird ailəsi ilə birlikdə yaşayış yerini dəyişirsə və yeni köçdükləri ərazidə onun əvvəl oxuduğu məktəbdə tədris olunan xarici dil tədris olunan məktəb yoxdursa, bu halda istisna hal kimi şagirdin yerdəyişməsinə razılıq verilə bilər.
Şagird məktəbin bir və ya bir neçə sinfinə eyni anda növbəyə yazıla bilər.
Məktəb tərəfindən sorğu təsdiq edildikdən sonra valideyn şəxsi kabinetin “Sorğularım” bölməsində aktivləşən elektron ərizəni 2 nüsxədə (bir nüsxə şagirdin çıxdığı məktəbə, digər nüsxə şagirdin yerdəyişmə etmək istədiyi məktəbə təqdim olunur) çap edərək imzalayıb şagirdin təhsil aldığı məktəbə yaxınlaşır. Məktəb direktoru tərəfindən elektron ərizə əsasında şagirdin məktəbdən çıxması əmrləşdirilir və elektron portalda qeyd olunur. Valideyn elektron ərizə və şəxsi işlə birlikdə 5 iş günü ərzində şagirdin yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşmalı və yerdəyişmə prosesini yekunlaşdırmalıdır.