AzTehsil.com


Xəbərlər / Kitabxanaçı
06 noyabr 2021
2 572


Hər kəsin oxumalı olduğu dünyaca məşhur kitablar - SİYAHI 25 kitab




25. “Ben-Hur” (50 milyon nüsxə)

Qızmar Qüds səhraları, yüzlərlə hərbi gəminin çarpışdığı Aralıq dənizi və Romada davam edən müharibə. Yəhudi şahzadəsi Ben-Hur heç layiq olmadığı halda uşaqlıq dostu romalı general Messelanın qəzəbinə tuş gələrək azadlığını, sevdiyi qadını, ailəsini itirir, özünü qayığa zəncirlənmiş halda görür. Avarlara hər güc vurduqca, ciyərlərinə xəyanətin intiqamını almağa and içməyə bəs edəcək qədər atəşli nəfəs çəkir…

 24. “Zəncəfil adam” (50 milyon nüsxə)

Ceyms Patrik Donlivi tərəfindən 1955-ci ildə qələmə alınıb. İkinci Dünya müharibəsindən sonra, hadisələrin 1947-ci il İrlandiyasında cərəyan etdiyi roman ilk dəfə Parisdə nəşr edilib. Kitab işıq üzü görəndən sonra əxlaqsızlıq yaydığı ittihamı ilə İrlandiya və ABŞ-da qadağan edilib.

 23. “Şarlottanın sevgi toru” (50 milyon nüsxə)


Elvin Bruks Vayt tərəfindən 1952- ci ildə yazılan uşaq romanıdır. Hörümçəklə donuzun adət etmədiyimiz dostluğundan bəhs edir.

 

22. “Voterşip təpəsi” (50 milyon nüsxə)


Riçard Adamsın qələmə aldığı populyar fantastik roman. Bir qrup gənc dovşanın, qəbilələrini tərk edib yaşamaq üçün yeni ərazilər axtarmağa qərar verməsiylə başlayan səfərlərindən danışılır.

 

21. “Qartal qondu” (50 milyon nüsxə)


İkinci Dünya müharibəsindən bəhs edən kitab ilk dəfə 1975-ci ildə nəşr edilib. 1976-cı ildə isə Maykl Keyn, Donald Satrlend, Cenni Eqattr və Robert Davel kimi aktyorların rol aldığı filmi çəkilib.

 

20. “Qızılgülün adı” (50 milyon nüsxə)


Orta əsrlərdə İtaliyada baş verənlərdən bəhs edən romanda Papa ilə imperator arasında olan ixtilaf, xristian təriqətləri arasındakı fikir ayrılıqları, cinayətlər, bir monastr və ətrafında cərəyan edən hadisələr, yaxşı qurulmuş detektiv təhkiyə ilə birinci şəxsin dilindən danışılır. Yeddi günlük mərhələlərə bölünərək yazılıb.

19. “Qara mirvari” (50 milyon nüsxə)


İngilis yazıçı Anna Sevel tərəfindən 1877-ci ildə yazılıb. Bu kitabı həyatının son illərində, xəstə yatdığı evində qələmə alıb. Roman Sevelin yeganə romanı olub, qısa müddətdə ən çox satılan kitablardan birinə çevrilib. Müəllif kitabın çapından 5 ay sonra vəfat edib. Əlli milyon nüsxəyə yaxın satılan “Qara mirvari” bütün dövrlərdə haqqında ən çox danışılan kitablardandır. Əsərdə birbaşa heyvanların qorunmasından bəhs edilərkən, eyni zamanda, şəfqət, sevgi və hörmətin insan müalicəsindəki önəmi vurğulanmaqdadır.

18. “Yaşılın qızı Anna” (50 milyon nüsxə)


1908-ci ildə kanadalı yazıçı Lusi Moud Montqomeri tərəfindən qələmə alınıb. Əsər hər yaşda oxucu tərəfindən oxuna biləcək qurğu romanıdır, XX əsrin ortalarından bəri klassik uşaq ədəbiyyatı olaraq qəbul edilir.

 

17. “Körpəyə qulluq və uşaq tərbiyəsi” (50 milyon nüsxə)


Bencamin Spok tərəfindən yazılan, ilk dəfə 1946- cı ildə çap edilən, körpə və uşaq baxımı sahəsində yol göstərən kitabdır. Əsər ilk altı ayda 500.000 nüsxə satılaraq çox qısa zamanda şöhrət qazanıb. Spokun ölümünə qədər (1998) dünyada 50 milyon nüsxədən çox satılıb.

16. “Heidi” (50 milyon nüsxə)


Xalası Detenin yanında böyüyən Heidi kiçik yaşlarında ata-anasını itirir. Beş yaşı olanda xalası onu İsveçrənin dağ kəndlərindən birində yaşayan babası Almöhinin yanına qoyur. İnzivaya çəkilmiş qoca və dəymədüşər kimi tanınan Almöhi dülgərliklə, saxladığı keçilərdən əldə etdiyi məhsullarla dolanır. Əvvəlcə Heidini istəməyən babası, xalası gedəndən sonra ona baxmağa məcbur olur. Qəhrəmanımız şirinliyi, yaşama sevinci, tükənməyən coşğusuyla qısa zamanda özünü babasına sevdirir. Kənddən çoban Peterlə tanış olan Heidi dağlara alışır, əsl dağ qızı olur.

15. “Yüz ilin tənhalığı “ (50 milyon nüsxə)

1982-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı, kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin 1967-ci ildə Meksikaya ilk gedişində yazdığı kitab. Müəllif uşaqlığının keçdiyi Arakatakanı Makondo adı ilə tanıdaraq fantastik qurğu ilə təqdim edib, məqsədini “istədim ki, məndən sonra uşaqlıq xatirələrim sənət olaraq qalsın” şəklində açıqlayıb.

14. “Lolita” (50 milyon nüsxə)


“Lolita” və ya daha az tanınan adıyla “Ağ irqdən olan dul kişinin etirafları”, Vladimir Nabokovun ingiliscə romanıdır. İlk dəfə 1955-ci ildə, Parisdə nəşr edilib. Sonralar müəllifi tərəfindən rus dilinə tərcümə edilən roman 1962-ci ildə Stenli Kubrik tərəfindən “Lolita” adı ilə ekranlaşdırılıb.

13. “Kimyagər” (65 milyon nüsxə)


İspaniyadan Misir priamidalarının ətəklərində xəzinə axtarmağa gedən əndəlüslü çoban Santyaqonun nağılvari həyatının fəlsəfi hekayətidir. Kimyagəri tapmaq, özünü tapmaq deməkdir… Paulo Koelonun müəllifi olduğu əsərin dünya miqyasında bu qədər satılmağının səbəbi bəlkə də yolgöstərən tərəflərinin ön planda olmasıdır.

12. “Çovdarlıqda uçurumdan qoruyan” (65 milyon nüsxə)

Devid Cerom Selincerin qələmə aldığı əsər cəmiyyətə qarşı üsyankar yeniyetmə qəhrəmanın Yeni il gecəsi başına gələnlərdən bəhs edir. Bu dövrün psixiatr klinikasında nöqtələnməsi… Holden Kolifieldin məsumiyyət axtarışının ürək sızladan romanı…

 

11. “Düşün və varlan” (70 milyon nüsxə)


Napoleon Hill tərəfindən 1937-ci ildə yazılan fərdi inkişaf kitabıdır. Kitabın adının “necə varlı olunacağını” ehtiva etməsinə rəğmən, müəllif kitabda öyrədilən fəlsəfənin, insanların bütün iş sahələrində uğurlu olmaları, istədikləri hər şey üçün kömək olacağını iddia edir. Kitabın ilk nəşri Böyük Depressiya İllərinə təsadüf edir. Hillin 1970-ci ildəki vəfatına qədər 20 milyondan çox satılan kitabın satış rəqəmləri 2011-ci ilin göstəricilərinə görə, dünya miqyasında 70 milyona çatıb.

 

10. “Da Vinçi şifrəsi” (80 milyon nüsxə)


Den Braunun “Da Vinçi şifrəsi” romanı satışa çıxdığı ilk həftənin sonunda böyük uğur qazanıb. “New York Times”ın “Ən çox satılanlar” siyahısına 1-ci yerdə daxil olub. Eyni zamanda, “Uoll-Strit” jurnalı, “Publishers Veekly” və “San-Fransisko Chronicle”ın “Ən çox satılanlar” siyahısında ilk sıradakı yerini qoruyub. “Colombia Pictures” kitabın film haqlarını alıb.

 

9. “Narniya gündəlikləri: Aslan, cadugər və dolab” (85 milyon nüsxə)


Piter, Suzanna və Lusi tilsimli bir dolabın içindəki keçiddən keçib, özlərini Narniyada görürlər. Ancaq Narniya əvvəlki Narniya deyil. Çünki pislik saçan cadugər tərəfindən dondurulub, bütün fəsillərdə qış hökm sürür.

Kitablarda türk mifologiyasına aid izlər var. Bu kitabda Aslanın əsl adı elə Aslandır. Yəni Kliv Stepls Levis aslana ad verərkən ingiliscə “Lion” əvəzinə, türkcə qarşılığı olan “Aslan” adını istifadə edib. Ayrıca Edmund Narniyada Ağ Cadugər ilə qarşılaşdıqda, cadugər onu sehrli türk lokumu ilə aldadır.

 

8. “Aişə” (100 milyon nüsxə)


Roman Kembricli macərapərəst Horeyk Hollinin mənəvi oğlu Leo Vinseylə birlikdə Afrikanın dərinliklərinə etdikləri səfəri nəql edir. Səfər əsnasında ibtidai qəbilə və Şe adlandırdıqları, itaət etməli olduqlarını düşündükləri Aişə adında müəmmalı, bəyaz kraliça ilə rastlaşırlar. Henri Rayd Haqqard bu romanında əvvəlki romanı olan “Süleyman şahın xəzinələri”ndə yaratdığı, sonralar başqa yazıçıların da təsirləndiyi üslub halına gələn “İtmiş dünya” roman janrının ən məşhur örnəklərindən birini verib.

 

7. “Qızıl qəsrin röyası” (100 milyon nüsxə) 

Əsər yarıbioqrafik janrda yazılıb. Cao Xueqinin ailəsinin, eyni zamanda, Qinq xanədanının yüksəlişi və süqutundan danışır. Müəllifin ilk hissədə anlatdığına görə, gəncliyində tanış olduğu qadınlara, qohumlarına, qulluqçularına ithaf edilmiş xatirədir. Kitab çoxlu obrazları, buna bağlı psixoloji ölçüsü ilə birgə, XVIII əsr Çin zadəganlarının sosial vəziyyətinin detallı analizi baxımından da dəyərlidir.

 

6. “On zənci balası” (100 milyon nüsxə) 


Aqata Kristinin bu əsərində keçmişdə yol verdikləri qərarları, səhvləri, laqeydlikləri ilə insanların ölümünə səbəb olan on nəfər bunları sirr olaraq saxlamaqdadırlar. Bu insanlar bir gün Una Nansi Oven adlı birindən məktub alırlar və istirahət məqsədilə Zənci adasında dəbdəbəli malikanəyə dəvət edilirlər. Qonaqlar Oven adlı adamla harda tanış olduqlarını xatırlaya bilməsələr də edilən dəvəti müftə istirahət fürsəti olaraq görür, təklifi qəbul edirlər. Ancaq adada onları sürpriz gözləyir: Ev sahibi ortalıqda görünmür. Adada onları yalnız ər-arvad olan qulluqçu var. Məsələnin başqa qəribə tərəfi bu cütlüyün də adanın sahibini heç görməmiş olmaqlarıdır.

 

5. “Harri Potter və fəlsəfə daşı” (107 milyon nüsxə)


Siyahını təkrarçı formaya salmamaq üçün seriyanın ən çox satılan kitabını bura saldıq. Digər kitablarının satış rəqəmləri belədir:

 

“Mələz şahzadə” – 65 milyon nüsxə

 

“Sirrlər otağı” – 60 milyon nüsxə

 

“Azkaban məhkumu” – 55 milyon nüsxə

 

“Zümrüd Anka yoldaşlığı” – 55 milyon nüsxə

 

“Ölüm yadigarları” – 50 milyon nüsxə

 

4. “Balaca Şahzadə” ( 140 milyon nüsxə)


Əsərdə böyüklərin dünyası uşağın dili ilə anladılır. Böyük Səhrada qəzaya düşən pilotun Balaca Şahzadə ilə qarşılaşmasıyla başlayan kitab iyirmi yeddi hissədən ibarətdir. Xüsusən, Balaca Şahzadənin yurdundan ayrılıb, altı ayrı planetə etdiyi səfərdən bəhs edən hissələrdə bəzi tipik yeniyetmələr tənqid edilir.

 

3. “Hobbit” ( 140.6 milyon nüsxə)


Con Ronald Reuel Tolkinin müəllifi olduğu kitab Bilbo Baqqinsin başına gələn macəralardan bəhs edir. Baqqinsin sehrbaz Qandalf və gözlənilmədən evinə gələn 13 cırtdanla dəyişən həyatı, Orta Dünyanın taleyini dəyişdirəcək olan Tək Üzüyün tapılması, ulu əjdaha Smauqun öldürülməsi, qədim cırtdanlar şəhəri Ereborun qurtuluşundan danışılır.

 

2. “Üzüklərin hökmdarı” (150 milyon nüsxə)


Tolkinin yazdığı epik fentezi janrındakı digər romandır. Hekayə Tolkinin uşaqlar üçün yazdığı 1937-ci il tarixli “Hobbit”in davamı olaraq başlasa da, axırda daha müstəqil əsər halına gəldi. Əksəriyyəti İkinci Dünya müharibəsi illərində olmaq üzrə 1937-1949-cu illər arasında mərhələlər şəklində yazılıb. 150 milyondan çox satışıyla bütün dövrlərin ən çox satılan ikinci kitabıdır.

 

1. “İki şəhərin hekayəti” (200 milyon nüsxə)


Çarlz Dikkensin yazdığı romanda günahsız yerə Parisdəki bir həbsxanada 18 il qaldıqdan sonra köhnə dostunun köməyi ilə qurtulan doktor Menitin, Londona qayıdarkən təsadüfən tanış olduğu fransız Çarlz Dernilə qızının quracağı ailə və sonra meydana çıxan Fransa inqilabının həyatlarına təsirindən danışılır. Qəhrəmanların psixoloji dəyişikliklərini ələ alan kitabda bir çox tarixi izlərə də rast gəlinir.






Загрузка...
Həmçinin oxuyun:
Həbsxanada yazılan əsərlər - “Sadomun 120 günü”

Həbsxanada yazılan əsərlər - “Sadomun 120 günü”

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Ölümündən sonra milyonlar qazanan məşhurlar - SİYAHI

Ölümündən sonra milyonlar qazanan məşhurlar - SİYAHI

Yeni dərs ilinə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib

Yeni dərs ilinə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib

İkinci Dünya Müharibəsindən Daha Əvvəl Heç Yerdə Görmədiyiniz 11 Fotoşəkil

İkinci Dünya Müharibəsindən Daha Əvvəl Heç Yerdə Görmədiyiniz 11 Fotoşəkil

Növbəti tədris ilinə I və V siniflər üçün bəzi fənlər üzrə ilk dəfə dərslik tərtib edilib

Növbəti tədris ilinə I və V siniflər üçün bəzi fənlər üzrə ilk dəfə dərslik tərtib edilib

Azərbaycanda  kitabxanaların sayı kütləvi azalıb

Azərbaycanda kitabxanaların sayı kütləvi azalıb

Bu sənədləri təqdim etməmək təhsildən imtina kimi qiymətləndiriləcək

Bu sənədləri təqdim etməmək təhsildən imtina kimi qiymətləndiriləcək

Leyla Əliyevanın “Açıq pəncərə” kitabı fin dilində nəşr olunub - FOTO

Leyla Əliyevanın “Açıq pəncərə” kitabı fin dilində nəşr olunub - FOTO

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Facebook 250 milyon istifadəçini ləğv edəcək

Facebook 250 milyon istifadəçini ləğv edəcək

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Eynşteynin xoşbəxtlik düsturu Satıldı

Eynşteynin xoşbəxtlik düsturu Satıldı

Dünyanı dəyişdirən 10 kitab

Dünyanı dəyişdirən 10 kitab

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü - FOTO

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü - FOTO

Kitab Oxumayan Qalmasın!

Kitab Oxumayan Qalmasın!

BİTMƏYƏN TIXACLARIN ŞƏHƏRİ BAKIDA NƏ QƏDƏR AVTOMOBİL VAR?

BİTMƏYƏN TIXACLARIN ŞƏHƏRİ BAKIDA NƏ QƏDƏR AVTOMOBİL VAR?

Erməni naşir Bakıxanovu necə aldatdı?-  GİZLİ TARİX

Erməni naşir Bakıxanovu necə aldatdı?- GİZLİ TARİX

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

Müdrikliyə gedən yol- Kitabxanadan keçir...

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil