AzTehsil.com

Xəbərlər / Yazarlar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Manşet / Bölgə
03 avqust 2025
857

Plan yeri az, abituriyent çox...- ƏTRAFLI



-"Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib ki, 60 489 plan yeri üzrə 126 918 abituriyent qeydiyyatdan keçib.Bəs qalan abituriyentlərin aqibəti necə olacaq? AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı  danışan təhsil eksperti Elçin Süleymanov qeyd etdi ki, hər il Dövlət İmtahan Mərkəzinin kontingentindən müraciət edən abituriyentlərin təxminən yarısı tələbə adını qazanır:"Digər yarısı üçün isə müxtəlif alternativlər mövcuddur. Bu alternativlərin bir hissəsi kolleclərdə yəni, subbakalavr təhsili almaq imkanı şəklində təklif olunur. Bu təxminən 15-20 min abituriyent deməkdir. Təxminən 10 min nəfər isə peşə məktəblərinə yönləndirilir. Yəni dolayısı ilə hər il məzun olan təxminən 100 minə yaxın şagirdin və nəzərə alsaq ki, bir hissəsi əvvəlki illərin məzunlarıdır. — ümumilikdə 70-80 min nəfəri müəyyən bir təhsil pilləsində öz inkişaf prosesini davam etdirir. Bu zaman təxminən 25-30 min şagird isə prosesdən kənarda qalır. Bu gənclərin təhsildən kənarda qalmasının obyektiv və subyektiv səbəbləri var. Bunlara təhsil almaq istəməməsi, zəif təhsil bacarıqları və potensialı, ailə vəziyyəti, xüsusilə də ucqar bölgələrdə qızların oxumasına qoyulan məhdudiyyətlər, erkən ailə həyatı və s. aid edilə bilər. Bu cür hallar yalnız Azərbaycana deyil, bənzər inkişaf səviyyəsində olan bir çox ölkələrə də xasdır. Belə gənclərin məşğulluğuna dəstək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi mümkündür. Məsələn, özünüməşğulluq proqramları, kənd təsərrüfatı və digər sahələrin inkişafına yönəlmiş layihələr bu istiqamətdə faydalı ola bilər. Çünki əmək qabiliyyətli gənclər nə qədər çox iqtisadi fəaliyyətlə məşğul olsalar, bu, həm onların özlərinə, həm ailələrinə, həm də ölkə iqtisadiyyatına ciddi töhfə verəcək".Ekspertin sözlərinə görə, bu sahədə əsas rol peşə təhsili müəssisələrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumlarına düşür. E.Süleymanov qeyd etdi ki, xüsusilə Dövlət Məşğulluq Agentliyi bu istiqamətdə bir sıra önəmli addımlar atmaqdadır."Peşə kursları, müxtəlif sahələr üzrə təlimlər təşkil olunur və bu təlimlər nəticəsində gənclərə iş qurmaqda dəstək mexanizmləri təklif edilir. Qeyd olunmalıdır ki, Dünya Bankının Azərbaycanda uğurla icra etdiyi məşğulluğa dəstək layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi indiyə qədər 20-30 minə yaxın şəxsə məşğulluq imkanı qazandırıb. Yəni, qeyd etdiyim kimi, əslində kifayət qədər imkanlar mövcuddur. Sadəcə olaraq universitetə və ya kollecə qəbul olmayan gənclər bu alternativ imkanlardan yararlanmalı, peşə kurslarına qoşulmalı, fərqli sahələr üzrə bacarıqlar qazanmalı və bu kvalifikasiya ilə əmək fəaliyyətlərini davam etdirməlidirlər", - deyə o vurğulayıb.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"