AzTehsil.com

Xəbərlər / Yazarlar / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Karyera / Dünya / Manşet / Bölgə / Şagird
02 avqust 2025
886

Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır- TƏKLİF

Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - Şahlar Əsgərovdan TƏKLİF

"İndiki dövrdə qəbul imtahanına ehtiyac yoxdur. Uşaqlar özləri çox asanlıqla universitetə girməlidirlər".

Bu fikirləri  Milli Məclisin Elm və təhsil komissiyasının keçmiş sədri, təhsil eksperti, professor Şahlar Əsgərov ali təhsil müəssisələrinə qəbulun qruplar üzrə yox, ixtisaslar üzrə aparılması təklifinə münasibət bildirərkən söylədi.

AzTehsil.com - "Ümumiyyətlə qəbul imtahanı yığışdırılmalıdır. Bu lap ideal olar. Yox, əgər istəyirsən keçmişdən də bir şey qalsın, onda həddindən artıq çox asan da olmalıdır. Mənim məşhur bir kəlamım var, bütün rektorlar bilir: "institutlar giriş qapılarını geniş açmalıdır, çıxış qapılarını daraltmalıdır". Buna görə sovet dövlətində qəbul imtahanı vacib idi. Ona görə ki, sovet dövlətində hər 100 uşağın 33-nə ali məktəbdə yer var idi. 100 uşaqdan yaxşını seçmək üçün qəbul imtahanı aparmalı idin. Bir halda ki, ali məktəbi qurtarıb işlə təminat yoxdursa, bu əlaqə qırılıbsa, ona ehtiyac yoxdursa, onda heç qəbula da ehtiyac yoxdur", - deyə o, qeyd etdi.

Professor vurğuladı ki, Hollandiyada 100 uşaqdan 15-16-sı ali məktəbə qəbul olur:

"Yerdə qalanı hamısı peşələrə gedir, texnikumlara gedir. Bizdə isə cəmiyyətdə təbliğat pis aparılıb. Guya ali məktəbi qurtarmasan, sənə çörək yoxdur. Ona görə bu kütləvi ali məktəbə daxil olmağın özü belə cəmiyyət üçün qüsurlu bir haldır. Əgər bir uşaq gələcəkdə bağban olacaqdırsa, aqronom olacaqdırsa, mal həkimi olacaqdırsa, ayrı peşə sahibi olacaqdırsa, nəyə lazımdır onun ali məktəb oxuması? Ali məktəbin statusu cəmiyyətdə müəmmalıdır. Sovet dövlətində ali məktəbə getməsəydin, çörək mümkün deyildi. İndi axı buna ehtiyac yoxdur. Əgər mən gül mağazası açıb, gül əkəcəmsə, gül satacamsa, niyə mən universitet qurtarmalıyam?".

Şahlar Əsgərovun fikrincə, ali məktəbin giriş qapıları geniş açılmalıdır.

"Yəni demək olar ki, imtahansız və yaxud da çox cüzi, yüngül imtahanlarla ali məktəbə daxil olmalıdırlar. Amma hər adama diplom vermək olmaz. Əgər sənə həkim diplomu verirsənsə, bu bütün təbabəti yaxşı bilməlidir. Əlbəttə, imtahanı ixtisasla vermək qruplara baxanda daha mütərəqqidir. Amma ona da ehtiyac yoxdur. Bu haqda mənim onlarla məqaləm var. Nəyə lazımdır bu cür mürəkkəb bir sistem qurmaq? Bax, sovet dövləti dağılıb. Hamıya təqaüd vermirsən, yataqxana vermirsən, elədirmi? İşlə təmin eləmirsən. Elə attestat imtahanları ilə ali məktəblərə qəbul getməlidir.  Bu, sovet dövlətində çox vacib idi, amma indi vacib deyil. Heç ehtiyac yoxdur. 100 nəfərin 100-ü ali təhsil alır. Orta məktəbi qurtaran adamların hamısının ali təhsil almasına ehtiyac yoxdur. Ali məktəbə bu qədər çətinliklə imtahan götürüb qəbul aparmağa ehtiyac yoxdur. Əlbəttə ki, qruplara baxanda ixtisaslar üzrə gedəndə bir az yüngüllük olar, bir az tərəqqi olar. Heç ona da ehtiyac yoxdur", - deyə professor vurğulayıb.

Həmçinin oxuyun:
Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Şahlar Əsgərov: “Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”

Şahlar Əsgərov: “Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Vahid imtahan modelinə doğru?

Vahid imtahan modelinə doğru?

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.