AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
25 iyul 2025
1 226

Yeni SABAH proqramının 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur



AzTehsil.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” müvafiq Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Belə ki, artıq sözügedən proqramdan bütün ali təhsil müəssisələri, o cümlədən özəl ali təhsil müəssisələrinin xüsusi istedada malik tələbələri faydalanacaqlar.


Yeni SABAH proqramının ilkin olaraq 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur. Bu siyahıya artıq neçə illərdir SABAH çərçivəsində kadr hazırlığı aparan ənənəvi universitetlərlə yanaşı, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin və özəl ali təhsil müəssisələrinin də qoşulması gözlənilir.


Digər yenilik isə SABAH proqramının tətbiq edildiyi ixtisas sayının artırılmasıdır. Bildiririk ki, ali təhsil pilləsinin həm bakalavriat, həm də magistratura səviyyələrinin bütün istiqamətləri üzrə bu proqramların açılması və xüsusi istedadlı tələbələrin 2-ci tədris ili ilə yanaşı, 1-ci tədris ilindən də proqramda iştirakının mümkünlüyünün təmin edilməsi nəzərdə tutulub. 


Əlavə olaraq qeyd edək ki, proqram çərçivəsində ixtisasların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulsa da xüsusilə müasir əmək bazarının tələblərinə və dünyada baş verən yeniliklərə uyğun təbiət, texnoloji və mühəndislik istiqamətlərində ölkəmiz üçün prioritet ixtisaslara say baxımından üstünlük veriləcək. 


Növbəti mərhələdə proqrama doktorantların da qoşulması nəzərdə tutulur. Doktorantlar üçün tədrisəsaslı, yeni məzmunlu təhsil proqramlarının tətbiqi planlaşdırılır. 


 Qeyd edildiyi kimi, proqram ali təhsil müəssisələri və təhsilverənlər üçün də cəlbedici olacaq. Belə ki, proqrama qoşulan ali təhsil müəssisələrinin təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni laboratoriya və avadanlıqların alınması, tədris-metodiki və elmi bazanın gücləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Proqramda iştirak edən akademik heyət fərdi və peşəkar inkişaf məqsədi ilə müxtəlif təlimlərdən, birgə elmi tədqiqatlardan və beynəlxalq mübadilə proqramlarından yararlana biləcək.


Proqramın icrasına əmək bazarının nümayəndələrinin də cəlb edilməsi nəzərdə tutulub. Belə ki, işəgötürənlərin təşəbbüsü ilə tələbələr müxtəlif təlimlərdə, təcrübə proqramlarında iştirak edə biləcəklər ki, bu da məzunların birbaşa işə cəlb edilməsinə imkan yaradacaq.




Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Universitetlərdə YENİ QAYDALAR

Universitetlərdə YENİ QAYDALAR

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb