AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Bölgə
23 iyul 2025
1 790

Attestasiyadan kəsilən müəllimlərə ŞAD XƏBƏR



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan pedaqoji kadrların peşə səriştə və bacarıqlarının ölçülməsi, onların ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2025-ci ilin fevral ayından etibarən regionlar və ixtisaslar üzrə mərhələlərlə müəllimlərin attestasiyasının keçirilməsinə başlanılıb. 


Cari ilin fevral-iyul aylarında keçirilmiş attestasiya prosesi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələrinin tabeliyindəki məktəblərdə, habelə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində çalışan 3900-a yaxın müəllimi əhatə edib. 


AzTehsil.com- n əldə etdiyi məlumata görə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib. Həmin müəllimlərin dərs saatları məktəbin digər müəllimləri arasında bölünüb və ya əvəzçilik üzrə tədris olunub. 


Eyni zamanda, attestasiyadan kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Xüsusi müsabiqə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə uyğun olaraq keçiriləcək və müəllim müsabiqədə uğur qazandığı halda əvvəlki iş yerinə qəbul ediləcək.


Qeyd etmək lazımdır ki, 2015/2016-cı tədris ilindən etibarən Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir.


2022-ci ildən başlayaraq müsabiqə 2 mərhələdən – Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən test və müsahibə mərhələsindən ibarət olaraq təşkil edilir, Hər iki mərhələ üzrə tələb olunan keçid balını toplamış namizəd uğur qazanmış hesab edilir və onun təyinatı ilə bağlı qərar verilir. 



Həmçinin oxuyun:
Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

500-dən çox müəllim attestasiyadan kəsilib - NAZİRLİK....

500-dən çox müəllim attestasiyadan kəsilib - NAZİRLİK....

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Attestasiyadan keçməyənlərin taleyi necə olacaq?

Attestasiyadan keçməyənlərin taleyi necə olacaq?

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri