AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Manşet / Bölgə
22 may 2025
1 228

500-dən çox müəllim attestasiyadan kəsilib - NAZİRLİK....



Bu ilin əvvəlindən Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilir.

AzTehsil.com xəbər verir ki, mayın 22-də attestasiya prosesi ilə yaxından tanışlıq məqsədilə Bakı Xoreoqrafiya Akademiyasına növbəti infotur təşkil olunub.


Əvvəlcə mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri Cəsarət Valehov, Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Elnarə Akimova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Xalq artisti Yeganə Axundova, Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev, Azərbaycan Milli Konservatoriyasının dosenti Əməkdar artist Vüqar Camalzadə və digər şəxslərin iştirakı ilə toplantı keçirilib.


Səadət Yusifova bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası onların ixtisasına, peşəsinə müvafiq olaraq tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə həyata keçirilir. Attestasiya prosesinə cari ilin fevral ayından başlanılıb və ilkin olaraq fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlər attestasiyaya cəlb edilib. Növbəti mərhələdə isə digər ixtisaslar üzrə təhsilverənlərin attestasiyası nəzərdə tutulur.


Cəsarət Valehov attestasiya prosesi haqqında məlumat verib. Qeyd edib ki, ilk mərhələ Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Fevral-mart aylarında keçirilən bu mərhələdə 1675 nəfər iştirak edib. Bu, attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimdən 650 nəfər, yəni 55 faiz bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib.


Xatırladaq ki, mayın 12-də attestasiyanın növbəti mərhələsinə start verilib. İlk gün Bakı və Abşeron-Xızı regionları üzrə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlərin attestasiyası keçirilib.


23 may tarixinədək davam edəcək attestasiyaya Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə ümumilikdə 568 müəllimi cəlb olunub.


Bakı və Abşeron-Xızı regionlarının musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiyanın nəticələrinə əsasən, 100-dən çox müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub. Onlar müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.


Daha sonra qonaqlar və media nümayəndələri attestasiya prosesini izləyiblər.


Qeyd edək ki, mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır.


Bununla bağlı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Nazirliyin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlər üçün maarifləndirici görüşlər keçirilir. Görüşlərdə peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin elementar musiqi nəzəriyyəsi üzrə biliklər, musiqi ədəbiyyatı və digər materiallara dair diqqət edilməli əsas məqamlar müzakirə edilir.  Bu cür görüşlər davamlı olaraq təşkil ediləcək.



Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Attestasiyadan keçməyənlərin taleyi necə olacaq?

Attestasiyadan keçməyənlərin taleyi necə olacaq?

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

Bu adlar müəllim-valideyn münasibətlərində yaranan soyuqluğu aradan qaldırar, müəllimin nüfuzunu artırar.

Bu adlar müəllim-valideyn münasibətlərində yaranan soyuqluğu aradan qaldırar, müəllimin nüfuzunu artırar.

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI