AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Sinif rəhbəri / Yazarlar / İKT / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
27 iyun 2025
707

Müəllimin mühüm peşə keyfiyyətləri - ƏTRAFLI

AzTehsil.com təqdim edir.

....Müəllim mühüm peşə keyfiyyətlərinə aşağıdakılar daxildir: əməksevərlik, intizamlılıq, məsuliyyətlilik, qarşıya məqsəd qoymaq və ona nail olmaq yolunu seçməyi bacarmaq, mütəşəkkillik, qətiyyətlilik, əzmkarlıq, öz peşə səviyyəsini, əməyinin keyfiyyətini sistematik və planauyğun yüksəltmək və s.Müəllim üçün ən vacib keyfiyyətlər humanizimdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu münasibət konkret işlərdə və hərəkətlərdə öz ifadəsini tapır. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, tələbkarıqdan, şəxsiyyətinin inkişafına qayğı göstərməkdən və s ibarətdir.

Müəllim həmişə fəal, yaradıcı şəxsiyyətdir.Sinif və uşaq kollektivi kimi mürəkkəb orqanizmə pedaqoji rəhbərliyi həyata keçirmək üçün müəllim inadlı,qətiyyətli olmaklı, hər hansı bir situasiyanı müstəqil həll etməyə hazır olmalıdır. Dözümlülük, özünü ələ ala bilmək müəllim peşəsi üçün zəruri olan keyfiyyətlərdəndir. Peşəsində öz aparıcı mövqeyini saxlamağı bacarmalıdır.

Ədalətlilik müəllimin peşə keyfiyyətlərinin ayrılmaz hissəsidir. Müəllim sistematik olaraq şagirdlərin bilik,bacarıq və hərəkətlərini qiymətləndirməlidir. Ona görə də onun qiymətləndirmə ilə bağlı mühakimələri, fikirləri məktəblilərin inkişaf səviyyəsinə uyğun gəlməlidir. Şagirdlər müəllimin obyektivliyi haqqında bunlara görə fikir yürüdürlər. Heç bir şey obyektiv olmaq bacarığı qədər müəllimin əxlaqı nüfuzunu möhkəmləndirə bilmir. Müəllimin qərəzçiliyi, subyektivliyi təhsil-tərbiyə işinə çox zərər vurur.

Müəllim tələbkar olmalıdır. Bu, onun müvəffəqiyyətli işinin mühüm şərtidir. Müəllim ilk növbədə özünə yüksək tələblər verməlidir, çünki özündə olmayan şeyi başqasından tələb etmək olmaz. Pedaqoji tələbkarlıq ağlabatan olmalı, inkişaf edən şəxsiyyətin imkanlarını nəzərə almalıdır.

Müəllimin yumor hissi pedaqoji prosesdə mövcud ola bilən güclü gərginliyi neytrallaşdırır. Deyirlər ki, şən müəllim qaraqabaq müəlliməyə nisbətən daha yaxşı öyrədir. Bu, sinifdə nisbətən emosional fon yaratmağa kömək edir.Pedaqoji takt haqqında xüsusi danışmaq lazımdır. Pedaqoji takt xüsusi bacarıq növü olub, şagirdlərlə ünsiyyətdə müəyyən hədlərə riayət etmək deməkdir. Takt tərbiyəçinin, müəllimin ağlını, hisslərinin və ümumi mədəniyyətinin ümumiləşmiş ifadəsidir. Şagird şəxsiyyətinə hörmət etmək pedaqoji taktdın özəlliyidir. Şagirdləri başa düşmək müəllimə qeyri – taktiki hərəkətlərə yol verməyə imkan vermir, konkret situasiyada optimal təsir vasitələri seşməyə kömək edir. Müəllim təkcə biliklərdə öz əksini tapan ideyalarla tərbiyə tmir, o, həm də ideyaları sinfə ncə çatdırması ilə tərbiyə edir.Təlimdə təkcə ağıllılar bir- birinə təsir etmir, həm də, müəllimin qəlbi şagirdin qəlbi ilə təmasda olur.

Şagirdin tədris fənni ilə görüşünün taleyi xeyli dərəcədə müəllim-şagird sistemində münasibətlərin quruımasından asılıdır. Bu bir faktırki, riyaziyyat müəlliminə böyük rəğbət, məhəbbət olmasa , riyaziyyatı sevmək olmaz. Ədəbiyyat müəllimini başa düşmədən incəsənəti sevmək mümkün deyil.

Müəllimlikdə şəxsi keyfiyyətlərlə peşə keyfiyyətləri vəhdət təşkil edir. Peşə keyfiyyətlərinə tədris etdityi fənni, onun tədrisi metodikasını bilmək, psixoloji hazırlıq. Ümumi erudisiya, geniş mədəni səviyyə, pedaqoji ustalıq, pedaqoji əmək və ünsiyyət texnologiyasına yiyələnmək, təşkilatçılıq bacarıq və vərdişləri, pedaqoji takt, pedaqoji texnika, natiqlik məharəti və başqa keyfiyyətlər daxildir.Elmə aludə olmaq müəllimin mühüm keyfiyyətidir. Elmə marq müəllimə öz fənninə hörmət hissini formalaşdırmağa, elmi mədəniyyətini qoruyub saxlamağa, öz elinin bəşər inkişafının ümumi prosesləri ilə əlaqəsini şagirdlərə göstərməyə və görməyi öyrətməyə kömək edir.

Öz peşakar əməyinə məhəbbət elə keyfiyyətdir ki, onsuz olmaq mümkün deyil. Müasir müəllimin şəxsiyyəti bir çox halda onu erudisiyasını, yüksək mədəni səviyyəsi ilə müəyyən olunur. Müasir dünyadan sərbəst baş çıxarmaq istəyən şəxs çox şeyi bilməlidir. Erusisiyalı pedaqoq yüksək şəxsi mədəniyyətin daşıyıcısı olmalıdır.

Müəllimin ilk professioqramı XX əsrin 20-30-cu, yenisi isə 80-cl illərində qəbul olunmuşdur.Həmin professioqramları müqaisə edəndə məlim olurki. Meəllimə verilən bəzi tələblər yox olmuş, yeniləri meydana gəlmişdir. Yox olan keyfiyyətlər içərisində "möhkəm sağlamlıq”da vardır. Soruşula bilər: məgər müasir müəllimə sağlamlıq lazım deyil ?

Hər il min nəfər birinci kurs tələbəsi ilə aparılan sorğu göstərirki, onları 85 faizə qədəri birinci yeri müəllimin ədalətlilik keyfiyyətinə, ikinci yeri tələbkarlıq keyfiyyətinə, üçüncu yeri isə öz fənnini bilməyə verirlər. 20 keyfiyyət içəisində birinci 10 yeri aşağıdakı keyfiyyətlər tutmuşdur : ədalətlilik, tələbkarlıq, öz fənnini bilmək, xeyirxahlıq, şagirdlərə etibar etmək, nəzarətlilik, təvəzökarlıq, diqqətlilik, mütəşəkkillik, əxlaqı saflıq.

Səciyyəvi  haldırki, şagirdlərin  qəlbində  yaranan  müəllim obrazı  daimi  qalmır, şagirdlər  sinfə  keçdikcə  o dəyişir. İbtidai  məktəbdə  müəllim idealdır, onun tələbləri  qanundur. 

Həmçinin oxuyun:
PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik  haqqında-

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ Müəllimlik haqqında-

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Müəllimlər oxuyun  !

Müəllimlər oxuyun !

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

TƏHSIL   MÜƏSSƏSƏLƏRİNDƏ     TƏLİM-TƏRBİYƏ    İŞLƏRİNİN   İDARƏ EDİLMƏSİNİN  MAHİYYƏTİ  VƏ  TƏŞKİLİ

TƏHSIL MÜƏSSƏSƏLƏRİNDƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN İDARƏ EDİLMƏSİNİN MAHİYYƏTİ VƏ TƏŞKİLİ

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Metodbirləşmələr

Metodbirləşmələr

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

İdeal pedaqoq  təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

İdeal pedaqoq təqlid üçün nümunədir,müqayisə üçün etalondur..

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu