AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Karyera / Bakalavr / Dünya / Manşet / Bölgə
26 iyun 2025
802

Dizayn təhsilində təzə mərhələ - YENİLİK



UNEC-də yenilik: Dizayn təhsilində təzə mərhələ...Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (Project-Based Learning – PBL) metodunun tətbiqinə həsr olunmuş hesabat sərgisi təşkil olunub.


AzTehsil.com xəbər verir ki, “Öyrən, yarat, uğur qazan: Gələcək səninlə başlayır” adlı hesabat sərgisində tələbələrin semestr ərzindəki əl işləri, qrafik dizayn proqramları və süni intellekt vasitəsilə hazırladıqları 64 layihə iştirakçıların diqqətinə təqdim edilib. Sərginin əsas məqsədi PBL yanaşmasının tələbələrin yaradıcı potensialının və dizayn bacarıqlarının inkişafına verdiyi töhfəni nümayiş etdirmək olub.


Sərgi ilə tanış olan UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin layihələrini yüksək qiymətləndirərək, bu tip innovativ ideyaların əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.


Layihələrini təqdim olunan tələbələr PBL yanaşmasının onlara praktiki bilik və bacarıqlar qazandırmaqla yanaşı, yaradıcı düşüncələrini reallaşdırmaq üçün geniş imkanlar yaratdığını qeyd ediblər.  


Layihə Əsaslı Öyrənmə (PBL) metodunun hesabat-sərgisində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, təhsildə yeni yanaşmalar olmadan keyfiyyətli təhsil və yüksək nəticə əldə etmək mümkün deyil. O, təhsildə köklü islahatlara ehtiyac olduğunu xüsusi vurğulayıb: “Əsas hədəf fundamental dəyişikliklər edərək tələbəmərkəzli təhsilə keçiddir. Sürətlə dəyişən dünyada nəzəri biliklər ildən-ilə dəyişir, dəyişməyən isə bacarıqlardır. Müəllim-tələbə münasibətləri də bu dəyişikliklər fonunda yeni müstəviyə keçir.”


Rektor qeyd edib ki, Layihə Əsaslı Öyrənmə modeli bu dəyişikliklərə cavab olaraq UNEC-də uğurla tətbiq olunur və ənənəvi sistemlə təhsil alan tələbələrlə müqayisədə daha yüksək nəticələr verir. Bu metod çərçivəsində tələbələr layihə üzərində işləyərək, öz ideyalarını reallaşdırmaq imkanı qazanırlar. Ədalət Muradov bildirib ki, PBL yanaşması öyrənməyi öyrənmək, yaradıcı düşünmək və komanda şəklində işləmək kimi mühüm kompetensiyaların formalaşmasında önəmli rol oynayır.


Rektor bu metodun tətbiqinin xüsusilə süni intellektin tədrisə inteqrasiyası baxımından da çox faydalı olduğunu qeyd edib: “Bu imkanlar sayəsində tələbələr müasir texnologiyalarla işləmə bacarıqlarını artırır, innovativ həllər üzərində düşünür və daha çevik düşüncə tərzi formalaşdırırlar. Bu cür layihələrin gələcəkdə real müəssisələrlə əməkdaşlıq şəklində genişləndirilməsi mümkündür. Belə əməkdaşlıqlar tələbələrin həm ixtisasları üzrə praktiki təcrübə qazanması, həm də iş dünyasına daha hazırlıqlı olması baxımından olduqca faydalıdır”.


Sonda Ədalət Muradov tələbəmərkəzli, bacarıq yönümlü təhsilin gələcəyin əsas istiqaməti olduğunu bir daha vurğulayıb.


UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova çıxışında bildirib ki, bu ilin fevral ayından Layihə Əsaslı (PjBL) və Problem Əsaslı (PBL) model çərçivəsində Dizayn Məktəbində 6 fənn üzrə 11 qrupda dərslər PBL metodologiyası ilə təşkil olunub. O qeyd edib ki, tələbələr real problemlər üzərində işləyərək öz ideyalarını təqdim ediblər, prototiplər hazırlayıblar və təqdimat bacarıqlarını gücləndiriblər. Lalə Məmmədova bu metodun tətbiqinin imtahan nəticələrinə də müsbət təsir etdiyini vurğulayıb.


“Dizayn” kafedrasının müəllimi və PBL metodiki işlərinə rəhbərlik edən Sənubər Şəfiyeva layihənin tətbiqi nəticəsində əldə olunan yeniliklərdən söz açıb. O, Layihə Əsaslı Öyrənmənın dizayn təhsilində yaradıcılığın praktiki bacarıqlarla vəhdətindəki rolundan söz açıb. Bu metodun tələbəyə ideya formalaşdırmaqla yanaşı, onu vizual və funksional şəkildə təqdim etməyi öyrətdiyini qeyd edib.


Çıxışlardan sonra PBL qruplarında tədris olunan Moda və stil fənni üzrə “Transformer geyim” adlı moda kolleksiyası nümayiş olunub. “Dizayn” kafedrasının müəllimi Aytən Yusifkənanın rəhbərliyi ilə tələbələrin eskizləri əsasında hazırlanan geyim modellərini iştirakçılar böyük maraqla qarşılayıblar.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Süni intellektin təhsildəki rolu

Süni intellektin təhsildəki rolu

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

İntellektin neçə növü var ?

İntellektin neçə növü var ?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

Bütün universitetlərdə süni intellekt sahəsinə uyğun bölmələr açılıb

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

UNEC rektoru: “Sizin verdiyiniz tapşırığı UNEC yerinə yetirib , cənab Prezident!”

UNEC rektoru: “Sizin verdiyiniz tapşırığı UNEC yerinə yetirib , cənab Prezident!”

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb