AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Manşet / Bölgə
23 iyun 2025
720

Bu universitetlərin məzunları sertifikat alıb - RƏSMİ



“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası üzrə Fəaliyyət Planı çərçivəsində qarşıya qoyulmuş əsas hədəflərdən biri dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq edilməsidir.


AzTehsil.com xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqaləsində yer alıb.


M.Abbaszadənin sözlərinə görə, tətbiq ediləcək model dövlət qulluğu vəzifələri üzrə yalnız formal tələbləri deyil, bu vəzifələrin tutulması üçün zəruri səriştələri, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmlərini də müəyyən edir.


“Bu modelin ancaq dövlət qulluğuna qəbul prosesində deyil, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı da əsas meyar kimi tətbiq edilməsi nəzərdə tutulur”.


M.Abbaszadə bildirib ki, Azərbaycan əmək bazarındakı sürətli dəyişikliklərə uyğunlaşmaq üçün səriştə əsaslı insan resurslarının idarəedilməsi modelinə keçməklə dövlət qulluğuna qəbulda yeni yanaşmaya keçidi hədəfləyib. Ümumi zehni qabiliyyətlərin qiymətləndirilməsini, strukturlaşdırılmış müsahibələri və qiymətləndirmə mərkəzini özündə birləşdirən bu yeni yanaşma namizədlərin daha dəqiq qiymətləndirilməsini təmin etməyə və vakant vəzifə üzrə ən uyğun namizədi seçməyə imkan verəcək.


Dövlət qulluqçularının təliminin cari və perspektiv tələbata uyğun olması zərurəti daha məqsədyönlü, planlı və sistemli təşkili bu sahədə əsas strateji istiqamətləri müəyyən edən sənədin – “Azərbaycan Respublikasında 2025–2030-cu illər üzrə dövlət qulluqçuları üçün Təlim Strategiyası”nın qəbul edilməsini labüd edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Strategiyada dövlət qulluqçularının təliminin dövlət orqanlarının tələbatına və dövlət qulluqçularının maraqlarına uyğun həyata keçirilən, dövlət qulluğunda çalışmaq üçün zəruri bilik, bacarıq, təcrübə və səriştələrin mənimsənilməsindən və təkmilləşdirilməsindən ibarət məqsədyönlü və sistemli prosesə çevrilməsi nəzərdə tutulub.


DİM tərəfindən 2024-cü il ərzində dövlət qulluğuna qəbul üçün 6 dəfə A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (AB və AC vəzifə qruplarına uyğun), 6 dəfə B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) olmaqla, 12 test imtahanı keçirilib. Qeydiyyatdan keçmiş 16695 namizəddən böyük əksəriyyəti – 16330 nəfər imtahanda iştirak edib. İmtahan vermiş namizədlərdən 4688 nəfəri (28.1 faiz) müvəffəqiyyət qazanaraq sertifikat əldə etmək hüququ qazanıb.


Sertifikat alan namizədlərin sayına görə Bakı Dövlət Universiteti (1041) və Azərbaycan Dövlət İqtisad Universitetinin (553) məzunları ilk sıralardadır. Bakı Dövlət Universitetinin məzunları həm B növü - inzibati icraçı vəzifələr üzrə (996), həm də A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (45) ən yüksək nəticə göstərib.


2024-cü ildə Mərkəz tərəfindən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün 4 test imtahanı keçirilib. Qeydiyyatdan keçmiş 990 dövlət qulluqçusundan 980-i imtahanda iştirak edib. Test imtahanında iştirak etmiş namizədlərdən 579 nəfəri (58.5 faiz) tutduğu vəzifənin daxil olduğu altqrupa uyğun, 119 nəfəri tutduğu vəzifənin daxil olduğu altqrupdan aşağı altqrup üzrə sertifikat əldə etmək hüququ qazanıb. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanlarında Qida Təhlükəsizliyi Agentliyində çalışan dövlət qulluqçuları həm qeydiyyat, həm iştirak, həm də müvafiq sertifikat əldə edənlər siyahısında ilk sıralardadır.


Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət orqanının rəhbəri dövlət orqanında vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Mərkəzə məlumat verir. Mərkəz tərəfindən müvafiq qərarlara uyğun olaraq müsahibə elanları hazırlanır.


Ötən il ərzində müsahibələrdə uğur əldə edən namizədlər 57 məhkəmə orqanı,78 yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 183 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin ediliblər. Dövlət orqanları tərəfindən ən çox təyinat inzibati vəzifələrin 5-ci (366/24.61 faiz) və 7-ci (650/43.71 faiz) təsnifatına uyğun vəzifələr üzrə aparılıb. Qeyd edilən dövr ərzində ən çox təyinatı Qida Təhlükəsizliyi Agentliyi (103/6.93 faiz), Maliyyə Nazirliyi (96/6.46 faiz) və İqtisadiyyat Nazirliyi (92/6.19 faiz) aparıb.


Müsabiqə üzrə (67/4.51%) və ümumi müsahibə üzrə Qida Təhlükəsizliyi Agentliyi (19/1.28%), daxili müsahibə üzrə isə Maliyyə Nazirliyi (74/4.98%) daha çox vəzifəyə təyinat aparıb.


Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı 4-cü təsnifat inzibati vəzifələrə Hesablama Palatası (3/75 faiz), 5-ci təsnifat inzibati vəzifələrə Sumqayıt Apellyasiya Məhkəməsi (10/11.76 faiz), 6-cı təsnifat inzibati vəzifələrə Bakı Ağır Cinayətlər Məhkəməsi (19/16.38 faiz), 7-ci təsnifat inzibati vəzifələrə Qida Təhlükəsizliyi Agentliyi (60/18.13 faiz) aparıb.


Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici 2024-cü il ərzində qeydə alınıb. Belə ki, 505 ehtiyat kadr 14-ü məhkəmə orqanı, 10-u yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 60 dövlət orqanında 506 vakant vəzifəyə təyin edilib. Ehtiyat kadrlar siyahısından vakant vəzifələrə təyinat aparan dövlət orqanları arasında Maliyyə Nazirliyi (72 /14.22 faiz), İqtisadiyyat Nazirliyi (56 /11.06 faiz), Elm və Təhsil Nazirliyi (55 /10.86 faiz) ilk yerləri tutur.



Həmçinin oxuyun:
Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Metodbirləşmələr

Metodbirləşmələr

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri