Regional təhsil sektorlarında ÖZBAŞINALIQ ?
Regionlarda təhsil sektorlarının Özbaşınalığı
AzTehsil.com - n əldə etdiyi məlumata görə regional təhsil idarəsinin tabeliyində olan təhsil sektorlarının Özbaşınalığı bütün xəbərdarlıqlara baxmayaraq müəllimlər arasında dərs bölgüsündə və ya imtahandan kənar əvəzedici direktor , müavin və ya təsarüfat işləri üzrə direktor müavinlərini təyin edirlər. Mövzu ilə bağlı Whatsapp qruplarında , Facebook sosial şəbəkəsində bir çox məktəblərdən şikayət paylaşımları edilir. Müəllimlər bildirillər ki, onlar şikayət etdiklərində sektor müdirləri direktorlara direktorlarda müəllimlərə təziq göstərir. Bir çox məktəblərdə bu göstəricilər var. Ümumiyyətlə bir müəllimi direktor və ya müavin təyin edərəkən ilk olaraq, onun və nailiyyətlərini nəzərə almaq vacibdir. Xatırladaq ki bütün sahələrdə işəqəbul imtahan nəticələrinə görə aparılır və neçə ildir ki , bu proses davam edir. Şikayətlərdən çoxluq təşkil edən mövzulardanda biri də məhz məktəblərə sektor müdirləri istədikləri adamları işə qəbul edirlər. Öz təhsil müəssisələri bilib. Bu da bir çox müəllimlər arasında narazılıqlara səbəb olur. Müəllimlərin vətəndaş olaraq, qanunlara inamı və etibarını yox edir... Bu da gələcək nəsillərə , cəmiyyətə bir mənalı olaraq, qanunlara arxalanmasına güvənini itirir.. .Xatırladaq ki, qanunlara riayət etmək hər bir vətəndaşın borcudur. Regional təhsil idarələrində , əsasda sektorlarda qanunsuzluqlar çoxdur. Sektor müdirləri Veteran və şəhid ailələrinə xüsusi diqqət yetirməlidir. Vəzifə öhdəliklərini layiqncə yerinə yetirməlidir. Prezident İlham Əliyev: Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir.Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir.Dövlətimiz başçısı vurğulayıb ki, hər bir dövlət məmuru Prezident başda olmaq şərtilə xalqın xidmətçisidir. “Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir”, - deyə Prezident qeyd edib.
Bunun təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aid olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız”.
Cənab prezidentin əmrinə əsasən İlk olaraq onlara qayğı göstərmək lazımdır.
841 - Veteranlar haqqında https://share.google/bwDPfo1I7PU1NM4mL