AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Manşet / Bölgə / Şagird
21 iyun 2025
830

Təhsildə etimad böhranı - DİM - TƏDQİQATÇI



Təhsildə etimad böhranı: Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi .İradlar on minlərlə abituriyenti əhatə edir ki, bu da problemin sistemli xarakter daşıdığını göstərir


AzTehsil.com - n əldə etdiyi məlumata görə 2025-ci ildə keçirilmiş qəbul imtahanları ilə bağlı abituriyentlər və onların valideynləri tərəfindən geniş narazılıq müşahidə olunur. Əsas narazılıq test tapşırıqlarının əvvəlki illərlə müqayisədə daha mürəkkəb və çətin olması ilə əlaqədardır. Bir çox abituriyent imtahan suallarının yalnız bilik deyil, eyni zamanda fərqli məntiqi yanaşma və yüksək səviyyəli analiz qabiliyyəti tələb etdiyini bildirir. Bu isə xüsusilə orta səviyyəli hazırlığa malik şagirdlər üçün ciddi çətinliklər yaradıb. Valideynlər və müəllimlər də sualların çətinlik dərəcəsinin həddindən artıq olduğunu qeyd edərək, nəticələrin abituriyentlərin real bilik və bacarıqlarını tam əks etdirmədiyini vurğulayırlar. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu məsələ ilə bağlı çoxsaylı iradlar səsləndirilib. Bəzi ekspertlər testlərin məzmun və təqdimat formasının yenidən qiymətləndirilməsinin vacibliyini qeyd edirlər. Ümumilikdə, builki imtahanların abituriyentlər üçün əvvəlki illərlə müqayisədə daha stresli və qeyri-müəyyən şəraitdə keçdiyi bildirilir.


Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki,  bu il keçirilmiş blok imtahanlarının birinci cəhdinə dair abituriyentlərin iradlarını tam əsaslı və haqlı hesab edir:“Belə ki, təqdim olunan test tapşırıqları həddindən artıq mürəkkəb və qeyri-adi məntiqi yanaşmalar tələb edən suallardan ibarət idi. Testologiya üzrə mövcud prinsiplərə əsasən, testlərdə sualların çətinlik dərəcəsinə görə balans (sadə, orta və çətin) qorunmalıdır. Lakin bəzi hallarda sualların təqdimat forması bu balansı pozur və nəticədə abituriyentlərdə anlaşılmazlıqlar yaranır. Tək-tük fərdi narazılıqlardan fərqli olaraq, bu dəfə iradlar on minlərlə abituriyenti əhatə edir ki, bu da problemin sistemli xarakter daşıdığını göstərir. Mən Dövlət İmtahan Mərkəzinin indiyə qədər fəaliyyətini hər zaman şəffaf və peşəkar hesab etmişəm. Lakin builki imtahan suallarının çətinliyi əvvəlki illərlə müqayisədə daha yüksək olub ki, bu da obyektiv narahatlıqlara səbəb yaradıb. Bəzi ekspertlər bu vəziyyəti müəyyən məqsədli yanaşmalarla əlaqələndirməyə çalışsalar da, mən bu cür iddialardan uzağam. Bununla belə, sualların çətinlik dərəcəsi ilə bağlı əsas sual açıq qalır. Necə ola bilər ki, buraxılış imtahanlarında yüksək nəticə göstərmiş (məsələn, 200–250 bal toplamış) eyni abituriyentlər cəmi iki ay sonra keçirilən blok imtahanında 150 balı belə çətinliklə keçə bilirlər? Bütün bunların fonunda, valideynlərə çağırış etmək istəyirəm ki, zəif nəticələr göstərən abituriyentləri təzyiq altında saxlamaq, psixoloji təzyiq göstərmək yolverilməzdir. Bu nəticələr təkcə abituriyentin hazırlıq səviyyəsi ilə deyil, həm də sualların qeyri-adi çətinliyi ilə izah olunur. Valideynlərin bu vəziyyəti anlayışla qarşılaması və övladlarına dəstək göstərməsi mühüm əhəmiyyət kəsb edir. Böyük ehtimalla deyirəm ki, ikinci cəhd imtahanlarında təqdim olunacaq test tapşırıqları birinci mərhələyə nisbətən daha balanslaşdırılmış və nisbətən daha əlçatan olacaq. Əks halda, təhsil sistemində daha geniş miqyaslı narazılıq və etimad böhranı yaranması ehtimalı realdır. Bu isə imtahan nəticələri əsasında aparılacaq ixtisas seçiminə, keçid ballarına və plan yerlərinin bölgüsünə birbaşa təsir göstərə bilər”.




Həmçinin oxuyun:
Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

DİM testləri niyə “tələyə” çevrilib?

DİM testləri niyə “tələyə” çevrilib?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma

Məntiq: şagirdlərimizi necə iflic edir? - TƏHLİL

Məntiq: şagirdlərimizi necə iflic edir? - TƏHLİL

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Xüsusi qabiliyyəti  olan uşaqlarla işin reallaşdırılması mexanizmi

Xüsusi qabiliyyəti olan uşaqlarla işin reallaşdırılması mexanizmi

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI