AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Manşet / Bölgə
20 iyun 2025
1 221

Qəbul imtahanında maksimum bal toplayanlar




Fidan Əliyeva və Ləman Əliyeva da iyunun 1-də keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə - 400 bal toplayan abituriyentlərdəndir. 

AzTehsil.com xəbər verir ki, “Azərbaycan müəllimi” uğurlu məzunlarla həmsöhbət olub, onların təəssüratlarını öyrənib.


Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyin məzunu Fidan Əliyeva bildirir ki, uşaqlıqdan texniki və təbiət fənlərinə marağı böyük olub, xüsusilə riyaziyyata daha çox həvəs göstərib: “Anamın riyaziyyat və informatika müəllimi olması və aşağı siniflərdən o fənni mənə sevdirməsi uğurlarımın əsas səbəblərindəndir. 10 və 11-ci siniflərə qədər riyaziyyat fənnindən bir sıra olimpiada və müsabiqələrdə iştirak etmişəm. SDU-nun keçirdiyi bilik yarışmalarında ardıcıl olaraq 3 dəfə 3-cü yeri tutmuşam. 10 və 11-ci siniflərdə bütün diqqətimi ancaq dərslərimə yönəltmişəm”. Uğurlu abituriyent qəbul imtahanında yüksək nəticə əldə etməyinin başlıca səbəbini bu yolda ona dəstək olan müəllim və valideynlərinin dəstəyi ilə əlaqələndirir: “Digər amil isə planlı və məqsədli çalışmaqdır. Nəticəmi eşidəndə ona görə sevindim ki, valideynlərimin və müəllimlərimin etimadını doğrulda bildim. Bu hiss ifadə edilə bilməyəcək qədər gözəldir, hər kəsə bu sevinci yaşamağı arzu edirəm!”.


Fidanın sözlərinə görə, bugünkü sevinc hissi onu daha böyük uğur qazanmağa ruhlandırır: “Gələcəkdə Vətənimə, millətimə faydalı, xeyirli kadrlardan olmaq istəyirəm. Mən Azərbaycan Tibb Universitetində təhsilimi davam etdirmək istəyirəm”.

Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunu Ləman Əliyeva qeyd edir ki, 8-ci sinifdən bașlayaraq müxtəlif fənlər üzrə olimpiadalarda iştirak edib, ancaq finala qədər gəlib çata bilməyib: “Ən sevimli fənnim kimya olub, kimyanın məntiqini müəyyən qədər tutduğumdan ișləmək əyləncəli olurdu. 10-cu sinifdən bașlayaraq ciddi șəkildə blok fənlərinə hazırlașmağa başladım. Biologiyanı çox təkrarlayırdım, kimya və fizikadan çoxlu sınaq testləri ișləyirdim. Kimyadan daha yuxarı səviyyəli tapşırıqlar ișləmişəm, özümü ən çətin imtahanlara hazırlamağa çalıșmışam. Qəbul imtahanında da cavabları tez yazdım, onları 2 dəfə yoxladım, çünkü əsas məsələ diqqət idi”.


Müəllimlərinin əməyini xüsusi dəyərləndirən istedadlı məzun onların və valideynlərinin inamını doğrultduğu üçün qürur duyduğunu, bundan sonra da təhsilinə böyük önəm verəcəyini dilə gətirir: “Çox sevincliyəm və qürur hiss edirəm. Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisasına qəbul olub, həkim olmaq istəyirəm. Bu nəticə özümü inkişaf etdirməyə olan marağı daha da artırır”.


 




Həmçinin oxuyun:
Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Birincilərin birincisi

Birincilərin birincisi

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Azərbaycanlı alimdən Nizamini fars çıxaran ingilis şərqşünasa tutarlı cavab: "Gəmi səni də suya qərq edər" - ARAŞDIRMA

Azərbaycanlı alimdən Nizamini fars çıxaran ingilis şərqşünasa tutarlı cavab: "Gəmi səni də suya qərq edər" - ARAŞDIRMA

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Rusiyanın ən yaxşı riyaziyyat müəllimi iş təcrübəsini bölüşür

Rusiyanın ən yaxşı riyaziyyat müəllimi iş təcrübəsini bölüşür

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

SDU-da imtahanların gedişini izləmək üçün mediatur təşkil olundu

SDU-da imtahanların gedişini izləmək üçün mediatur təşkil olundu

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi – SƏRƏNCAM

2021-ci il “Nizami Gəncəvi İli” elan edildi – SƏRƏNCAM

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarında balların hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarında balların hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı