AzTehsil.com


Xəbərlər / Abituriyent
18 noyabr 2018
20 663


Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA



Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

 

 
AzTehsil.com AzEdu.az-a istinadən abituriyentlərin narahatlığını nəzərə alaraq təhsil üzrə mütəxəssis Elxan Nəcəfovun ətraflı izahı ilə buraxılış imtahanlarının nəticələrinin hesablanma qaydalarını təqdim edir:

 IX sinif buraxılış imtahanı üzrə

Məlumdur ki, IX sinif buraxılış imtahanı ana dili, riyaziyyat və xarici dil fənlərini əhatə etməklə iki mərhələdən ibarətdir. I mərhələ üçün 90, II mərhələ üçün 210 bal olmaqla toplam ən yüksək nəticə 300 baldır.

I mərhələ:

Fənlər üzrə tapşırıqların sayı açıq və qapalı olmaqla aşağıdakı kimidir:

Ana dili – 20 tapşırıq (2 mətn olmaqla hər mətnə aid 5 qapalı, 5 yazıla bilən açıq)
Riyaziyyat – 10 açıq tipli tapşırıq
Xarici dil – 15 tapşırıq (9 qapalı, 6 açıq)
Açıq tapşırıqlar 2, qapalı tapşırıqlar isə 1 balla hesablanılır. Abituriyentin yazdığı səhv cavablar düzgün cavablara təsir etmir.

Abituriyent bütün tapşırıqlara düzgün cavab verməklə ən yüksək 90 bal toplaya bilər:

ana dili – 30 bal, riyaziyyat – 30 bal, xarici dil – 30 bal.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanmasına baxaq:

Ana dili fənni:

Fərz edək ki, abituriyent ana dili fənnindən 20 tapşırığın 10-na düzgün cavab yazıb. Həmin 10 düzgün cavabın 5-i açıq, 5-i isə qapalı tapşırığa aiddir. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 5-i 1-ə (5˟1=5), 5-i 2-yə vurmalıyıq: 5˟2=10. Beləliklə Ana dili fənnindən abituriyentin toplam nəticəsi 15 bal olacaq: 5+10=15 

Riyaziyyat fənni:

Riyaziyyat fənnində bütün tapşırıqlar açıq tipli olduğu üçün düzgün cavablar 2 balla hesablanılır. Əgər abituriyent riyaziyyat fənnindən 10 tapşırığın 7-ni düz, 3-nü səhv yazarsa, bu halda düzgün cavabların sayı olan 7-ni 2-yə vurmaq lazımdır (7˟2=14 bal). 

Xarici dil fənni:

Fərz edək ki, abituriyent 6 qapalı, 3 açıq tapşırığa düzgün cavab yazıb.  Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 6-nı 1-ə (6˟1=6), 3-ü isə 2-yə vurmalıyıq: 3˟2 =6. Beləliklə xarici dil fənnindən abituriyentin toplam nəticəsi 12 bal olacaq: 6+6=12 

Yuxarıda şərti şəkildə verilmiş göstəricilər əsasında abituriyentin IX sinif buraxılış imtahanının I mərhələsindən toplayacağı bal 41 olur: 15+14+12=41

II mərhələ:

Bu mərhələ yalnız qapalı tapşırıqlardan ibarətdir.

Fənlər üzrə tapşırıq sayı aşağıdakı kimidir:

Ana dili – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)
Riyaziyyat – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)
Xarici dil – 30 qapalı test tapşırığı (maksimum nəticə 70 bal)
Toplam ən yüksək nəticə 210 baldır.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanmasına baxaq:

Ana dili fənni: 22 düzgün cavab olarsa, 22˟70:30=51,33... bal

Riyaziyyat fənni: 23 düzgün cavab olarsa, 23˟70:30=53,66...bal

Xarici dil fənni: 18 düzgün cavab olarsa, 18˟70:30=42 bal

Göründüyü kimi, bütün fənlər üzrə düzgün cavablar 70-ə vurulub 30-a bölünür. Burada 70 həmin fənn üzrə maksimum nəticə, 30 isə tapşırıqların ümumi sayını göstərir.

Yuxarıda şərti şəkildə verilmiş göstəricilər əsasında abituriyentin IX sinif buraxılış imtahanının II mərhələsindən toplayacağı bal 146,99 olur: 51,33+53,66+42=146,99

XI sinif buraxılış imtahanı üzrə:

XI sinif buraxılış imtahanı 30 ana dili, 25 riyaziyyat, 30 xarici dil tapşırığı olmaqla, ümumilikdə 75 tapşırıqdan ibarətdir. Bu imtahan üçün ən yüksək nəticə 300 baldır.

Fənlər üzrə tapşırıqların sayı açıq və qapalı olmaqla aşağıdakı kimidir:

Ana dili – 30 tapşırıq (20 qapalı,10 açıq)
Riyaziyyat – 25 tapşırıq (18 qapalı, 7 açıq)
Xarici dil – 30 tapşırıq (23 qapalı, 7 açıq)
Açıq tapşırıqlar 2, qapalı tapşırıqlar isə 1 balla hesablanılır. Abituriyentin yazdığı səhv cavablar düzgün cavablara təsir etmir.

Şərti göstəricilər əsasında fənlər üzrə nəticənin hesablanması:

Ana dili fənni:

Fərz edək ki, abituriyent ana dili fənnindən 30 tapşırıqdan 20-nə düzgün cavab yazıb. Düzgün cavabların 15-i qapalı, 5-i isə açıq tapşırıqlara aiddir. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 15-i 1-ə (15˟1=15), 5-i isə 2-yə vurmalıyıq: 5˟2=10. Beləliklə Ana dili fənnindən abituriyentin toplam nisbi balı 25 bal olacaq: 15+10=25.  Nisbi bal əsasında abituriyentin ana dili fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 40-a bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin ana dilindən topladığı bal belə hesablanacaq: 25˟100:40=62,5 bal.  Burada 100 fənnə görə ən yüksək nəticəni, 40 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (20˟1)+(10˟2)=40.

Riyaziyyat fənni:

Fərz edək ki, abituriyent riyaziyyat fənnindən 15 qapalı, 4  açıq tapşırığa düzgün cavab yazıb. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 15-i 1-ə (15˟1=15), 4-ü isə 2-yə vurmalıyıq: 4˟2=8. Beləliklə, riyaziyyat fənnindən abituriyentin toplam nisbi balı 23 olacaq: 15+8=23. Nisbi bal əsasında abituriyentin riyaziyyat fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 32-ə bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin riyaziyyat fənnindən topladığı bal belə hesablanacaq: 23˟100:32=71,875 bal.  Burada 100 fənnə görə ən yüksək nəticəni, 32 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (18˟1)+(7˟2)=32.

Xarici dil fənni:

Fərz edək ki, şagird xarici dil fənnindən 17 qapalı, 3 açıq tapşırığa düzgün cavab yazıb. Qapalı tapşırıqların 1, açıq tapşırıqların 2 balla hesablandığını nəzərə alsaq, müvafiq olaraq 17-ni 1-ə (17˟1=17), 3-ü isə 2-yə vurmalıyıq: 3˟2=6. Beləliklə, xarici dil fənnindən abituriyentin toplam nisbi balı 23 olacaq: 17+6=23. Nisbi bal əsasında abituriyentin xarici dil fənnindən ümumi balını hesablamaq üçün alınan nəticəni 100-ə vurub 37-yə bölməliyik. Bu göstəricilərə əsasən abituriyentin xarici dil fənnindən topladığı bal belə hesablanacaq: 23˟100:37=62,162.  Burada 100 fənnə görə ən yüksək nəticəni, 37 isə tapşırıqların nisbi bala görə ümumi rəqəmini bildirir: (23˟1)+(7˟2)=37.

Yekun olaraq şərti şəkildə verilmiş nəticələrdən fənlər üzrə toplanılan balları ümumiləşdirsək, abituriyent XI sinif buraxılış imtahanından 196,537 bal toplamış olar: 62,5+71,185+62,162=196,537
 
 
 

 





Загрузка...
Həmçinin oxuyun:
Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Qəbul imtahanlarında balların hesablanma qaydası

Qəbul imtahanlarında balların hesablanma qaydası

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

XI sinif şagirdlərinə bəd xəbər

XI sinif şagirdlərinə bəd xəbər

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

Buraxılış imtahanlarında xarici dilin seçimi ilə bağlı qaranlıq məqamlar

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

Sabah   ilk sınaq imtahanı keçiriləcək

Sabah ilk sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək