AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Cəmiyyət / Bakalavr / Bölgə
23 sentyabr 2025
953

Birinci kurs tələbələri ilə görüşlər KEÇİRİLİB

Qarabağ Universitetində 2025/2026-cı tədris ili üzrə bu ali təhsil müəssisəsinə yeni qəbul olunmuş birinci kurs tələbələri ilə görüşlər keçirilib.

AzTehsil.com xəbər verir ki, universitetin Tibb və sağlamlıq elmləri, İncəsənət, Mühəndislik, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrinin tələbələri ilə təşkil olunan görüşlərdə rektor Şahin Bayramov, fakültə dekanları, eləcə də akademik və inzibati heyət üzvləri iştirak ediblər. Qarabağ Universitetinin tələbəsi adını qazanmaları münasibətilə təbriklərini çatdıran rektor Ş.Bayramov tarixi Zəfərin qazanıldığı məkanda - doğma Qarabağda ali təhsil almağa üstünlük verən gənclərə və bu seçimlərində onlara dəstək göstərən valideynlərə, müəllimlərə təşəkkürünü bildirib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradıldığını vurğulayan Ş.Bayramov universitetdə tələbələr və əməkdaşlar üçün təqdim edilən bütün imkanlara görə dövlət başçısına minnətdarlığını ifadə edib. Qarabağ Universitetinin əsas missiyası və strateji hədəflərindən, təqdim olunan yeni akademik məzmun və müasir universitet idarəetmə modelindən söhbət açan rektor bu ali təhsil müəssisəsində təhsil almağın qürurlu olması ilə yanaşı, məsuliyyəti barədə də fikirlər səsləndirib. O, universitetdə tələbələrin çoxşaxəli fəaliyyətləri üçün müvafiq şəraitin təmin olunduğunu qeyd edərək, gənclərə bu imkanlardan maksimum faydalanmağı tövsiyə edib. Universitetin yüksəkkeyfiyyətli tələbə və əməkdaş heyəti hesabına böyüməsindən məmnunluğunu ifadə edən rektor bunun müasir universitet quruculuğundakı müsbət təsirlərindən bəhs edib. Ötən tədris ilində əldə olunan tələbə nailiyyətləri haqqında məlumat verən Ş.Bayramov yeni tədris ili üçün gözləntiləri görüş iştirakçılarının diqqətinə çatdırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşlərdə, həmçinin fakültə dekanları və əməkdaşları çıxış edərək tələbələrə öz tövsiyələrini və arzularını çatdırıblar. Sonra qəbul imtahanlarında yüksək nailiyyətləri ilə fərqlənmiş tələbələr çıxış edərək göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Həmçinin oxuyun:
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Universitetlərdə YENİ QAYDALAR

Universitetlərdə YENİ QAYDALAR

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir

Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"