AzTehsil.com


Xəbərlər
11 oktyabr 2017
2 911


Azərbaycanlı alimdən Nizamini fars çıxaran ingilis şərqşünasa tutarlı cavab: "Gəmi səni də suya qərq edər" - ARAŞDIRMA



 

 

Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğunu hələ də ciddi-cəhdlə inkar edənlər var. Bunların sırasına son zamanlarda qoşulanlardan biri də Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Edmund Herziqdir. Onun bu yaxınlarda keçirilən elmi konfransda söylədiklərinə görə, Nizami Gəncəvi fars şairidir.

 

Guya, "Azərbaycandan başqa SSRİ-yə daxil olan bütün respublikaların özlərinin milli şairləri varmış. Bu boşluğu doldurmaq üçün SSRİ rəhbərliyi düşünüb- daşınmış və fars şairi  Nizami Gəncəvinin Azərbaycan şairi olması barədə qərar vermişdir”.


Dərhal qeyd edək ki, Edmund Herziqin bu iddiası heç  bir sağlam məntiqə uyğun deyil. Ən əvvəl ona görə ki, Azərbaycanın Nizamiyə qədər də böyük və nüfuz sahibi olan onlarca şairi  mövcud olub. Məsələn, Dəvdək, Musa Şəhavat, Mücirəddin Beyləqani, Əbülüla Gəncəvi, Əbu Əli Bərdəi, Məhəsti Gəncəvi, Əfzələddin Xaqani və başqaları. ALLAHA şükürlər ki, Azərbaycan hər bir sahədə, xüsusən bədii söz ustadlarının sayı baxımından əksər ölkələrdən çox irəlidədir və onun başqa yerdən şair idxal etməyə ehtiyacı yoxdur.


Nizami Gəncəvi haqqında İ. V. Stalinin müsbət fikirlər söyləməsi və bu fikirlərin 1936-cı ilin 3 aprelində "Pravda” qəzetində dərc edilməsi nizamişünaslığın inkişafına ciddi təkan verməsi, 1941-ci ildə blokada şəraitində olan Leninqradda, 1947-ci ildə isə bütün SSRİ miqyasında Nizami Gəncəvinin yubileyinin təntənəli qeyd olunması Azərbaycanı sevməyən bədxahları çox qıcıqlandırmış, fürsət düşdükcə orda-burda öz məkrli fikirlərini müxtəlif mətbu orqanlarda yayınlamış, bəzi oxucuların beyninə şübhə və tərəddüd toxumu səpməyə çalışmışlar. Bu baxımdan cənab Edmunq Herziqin mövqeyi təəccüblü görünmür.


Nizaminin fars olmasının sübutu kimi, mister Edmund Herziq onun əsərlərinin fars dilində olmasını əsas tutur. Ədibin öz fikrini ifadə etdiyi dilə görə milli mənsubiyyətini müəyyənləşdirmək cəhdi cəfəng ideyadır. Hər ingilis dilində yazan ingilisdirmi? Müxtəlif millətlərdən olan minlərlə insan bu gün yazı dili kimi ingilis dilindən istifadə edir. Keçmiş SSRİ-də 1970-ci illərə qədər bütün dissertasiyalar Moskvaya rus dilində göndərilirdi.

 

Azərbaycanlı alimdən Nizamini fars çıxaran ingilis şərqşünasa tutarlı cavab: "Gəmi səni də suya qərq edər" - ARAŞDIRMA

 

Azərbaycandan kənarda Nizami Gəncəvinin Azərbaycan şairi olmaması fikrini zaman-zaman dilə gətirirlər. Bu yazıda Nizami Gəncəvi haqqında yazmış, onun Azərbaycan şairi olmasını tutarlı dəlillərlə əsaslandırmış Məmməd Əmin  Rəsulzadə, Həmid Araslı, Mirzə İbrahimov, Azadə Rüstəmova, Nüşabə Araslı və başqalarının  adlarını minnətdarlıqla xatırladaraq, Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bir daha isbatlamaq üçün məqbul bildiyimiz dəlilləri qeyd etməyi özümüzə borc bilirik.


N. Gəncəvinin fars olduğunu sübut etmək istəyənlər, hər şeydən öncə, onun "Leyli və Məcnun” poemasında 4-cü yarımbaşlıqdakı – "Kitabın yazılma səbəbi haqqında” olan hissədəki – 34-cü beyti istinad göstərirlər:


ترکی صفت وفای مانیست


ترکانه سخن سزای ما نیست


( Torki sefət vəfaye ma nist


Torkane soxən səzaye ma nist)


Yeri gəlmişkən, bu beyti bizim dilimizə  tamamilə yanlış çevirmişlər:


Türk dili yaraşmır şah nəslimizə,


Türk dili əskiklik gətirir bizə…


Ən birincisi, bu misralar, Nizami Gəncəvinin təqdimatına görə, öz sözləri deyil, Şirvanşah Axsitanın dilindən qələmə alınmışdır. İkincisi, beytdəki "torki sefət” və "torkane soxən” ifadələri tamamilə fərqli mənalarda işlənilmişdir. İlk misradakı "torki sefət” birləşməsi divan ədəbiyyatında mövcud olan "hikəmi tərzdə yazılmış” əsəri ifadə edir. Şirvanşah Axsitan öz məktubunda Firdövsinin qələmə aldığı "Şahnamə” tərzində olan hikmətli misralar məcmuəsi istəmədiyini bildirir.


"Torki –  تركی”  – sözünün lüğətlərdə müxtəlif mənaları var: "gözəl, bəyaz, insafsız, güclü, xoş, böyük, dəbilqə”.  Axsitan "müdriklik haqqında” əsərlə maraqlanmadığını, eşq-məhəbbət, əyləncə tərzində olan əsərə rəğbəti olduğuna işarə edir.

 

İkinci misradakı "torkanə soxən” ifadəsində isə Şirvanşah Axsitan yenə də Firdövsini və ona verdiyi sözü tutmayan Sultan Mahmud

 Qəznəliyə eyham vurur: yəni, sən əsəri yaz, bizə insafız söz (Sultan Mahmud insafsız şəkildə Firdövsinin yazdığı əsərin dəyərsiz olduğunu bildirmişdi) söyləmək yaraşmaz, əməyin boşa getməz.


Başqa sözlə desək, Nizami Gəncəvi qeyd olunan beytdə Şərq ədəbiyyatında "təlmih  تلمیح   ” və  "tövriyyə –  توریه "– adlanan bədii ifadə və bədii təsvir  vasitəsindən məharətlə istifadə etmişdir. Bu üsulla şair öz nüqtədanlığını göstərmək üçün fars dilində müxtəlif mənaları bildirən "tork”-  ترك –  sözündən bacarıqla yararlanmışdır.


Nizami Gəncəvinin Azərbaycan şairi olmadığını sübut etmək istəyənlərin əsas "sübut”larından digəri yenə də "Leyli və Məcnun” poemasında 10-cu yarımbaşlıqdakı – "Dünyadan köçənlərimin bəziləri haqqında” olan hissədəki— 15-ci beytdir:


گر مادر من  رئیسه‌ی کرد              مادر صفتانه پیش من مُرد


( Gər madəre- mən rəisəye gord,  Madər sefətane pişe mən mord )


Qeyd etməliyik ki, bu beytin birinci misrasındakı "  گرد"  sözünü yanlış oxumuşlar. Bu yanlışlığın səbəbi  orta əsrin ilk mərhələlərində "k” və "g”  səslərinin eyni cür – ك " kaf” hərfi ilə yazılmasıdır. Başqa sözlə, "گرد”- "gord” sözünü yanlışlıqla "كرد” – kord” oxumuşlar. Beytdəki  " رئیسه‌ی کرد " –"rəisəye- gord” ifadəsi də yanlış başa düşülmüşdür. "Rəisə” sözünün mənalarından biri də "ana”dır. " گرد " – gord” sözü isə "pəhləvan, qəhrəman, cəsur, qorxmaz” mənaları ifadə edir.


Beytdə dilçilikdə qarşılıq-güzəşt budaq cümləsi  adlanan nümunə var: bir fikir digər fikrə qarşı qoyulur. Beytin mənası isə belədir: "Anam cəsur qadın olsa da yanımda ana kimi (şəfqət və nəvazişkar sifəti ilə) öldü". Təəssüf ki, bu beyti də dilimizə yanlış çevirmişlər:


Kürd qızı anam da bizi tərk etdi


Bir ana qəlbiylə dünyadan getdi…


Nizami Gəncəvinin Azərbaycan şairi olmadığını israr edənlər Aya Sofya nüsxəsindəki


پدر بر پدر مر مرا ترک بود


به فرزانگی هر یکی گرگ بود


(Pedər bər pedərəmrə məra tork bud


Be fərzanegi hər yeki gorg bud


Ata-babamız türk olubdur, aqillikdə hər biri güclü ( qurd) olubdur.)


beytinin səhihliyinə inanmırlar. Əsasları da budur ki, Həmin beytdəki " مر مرا  "  birləşməsi Xorasan tərzinə ( səbke-Xorasan ) məxsusdur, Nizami Gəncəvinin zamanında bu tərz işlənmirmiş və Nizami İraq tərzində (səbkə – Ərağ) yazırmış. Guya, bu beytdəki "tork” –   ترك  – gorg-  گرگ – " sözləri də naqis qafiyədir və Nizami bu cür sözlərdən qafiyə yaratmazdı. 


Bizcə, bu fikirlər çox tutarsız "dəlillər”ə dayanmışdır. Hər şeydən öncə, mister Edmund Herziq bilməlidir ki, öz əsərlərini əruz vəznində yazmış Nizami Gəncəvi bu beyti mütəqarib bəhrinin ölçülərinə uyğunlaşdırmaq üçün (dörd dəfə təkrarlanan "müsəmməne – salim” ölçüsü— فعولن فعولن فعولن فعولن ) divan ədəbiyyatında mövcud olan "imalə” və "zihaf” üsullarından yararlanmışdır. Heç kim səbke-Xorasan və səbke-Ərağ arasına Çin səddi çəkməmişdi və Nizami Gəncəvi də yalnız və yalnız səbke-Ərağı işlətməyə məhkum deyildi.


Daha sonra, hörmətli tədqiqatçı unutmamalıdır ki, divan ədəbiyyatında "qafiyeye-müqəyyede” adlanan qafiyə növü var. Bu növ qafiyələrdə "rəvi” (qafiyəni yaradan söz kökünün sonuncu samit səsi) hərf ilə "qeyd” ( söz kökündəki sondan əvvəlki samit) arasında "hərəkə” (qısa sait ) olmur. Məsələn: mərd-dərd, məst-süst, kürk-ürk və s. Bu baxımdan, tərkibində iki səsi həmqafiyə olan  "tork” və "gorg/ gork” (öncəki səhifədə qeyd etdiyimiz kimi, "k və g” səsləri ortaq " ك " hərfi ilə yazılmışdı) sözləri hansı məntiqlə qafiyə sayılmamalıdır? Axı, kim də olmasa, mister Edmund Herziq şərqşünas olduğu üçün bilməyə borcludur ki, divan ədəbiyyatında tək səsi həmqafiyəyə  (qafiyeye- mocərrəd ) saysız miqdarda örnəklər mövcuddur.


Milli mənsubiyətindən qürur duyan Nizami Gəncəvi bütün əsərlərində türk olması ilə öyünür, onların geniş əraziyə yayılmasından məmnuniyyət hissi duyur, qüvvətli olmalarından riqqətə gəlir və öz hisslərini bariz şəkildə misralarında əks etdirirdi. Məsələn, "İsgəndərnamə”də şair belə yazmışdır:


ز کوهِ خزر تا به دریای چین                       همه تُرک بر تُرک بینم زمین


( Ze Kuhe- Xəzər ta dəryaye- Çin     Həme tork bər tork binəm zəmin


Xəzər dağından (Qafqazdan) Çin dənizinə qədər hər yerin büsbütün türklər  olduğunu görürəm.)


به پیکان تُرکانِ این مرحله                         توان ریخت بر پای روس آبله


(Be peykane- torkan in mərhəle      Təvan rixt bərpaye- rus abəle


Bu mərhələdə türklərin ox və nizələri rusları məğlub edə bildi )


"Yeddi gözəl” əsərində  ("Yeddi gümbəz” başlığında ) Nizami Gəncəvi öz milli mənşəyini sayqı ilə xatırladır:


تُرکی‌ام را در این حبش نخرند                 لاجرم دوغبای خوش نخورند


(Torkiyəm ra dər in həbəşe- nəxerənd   Lacərəm duğbaye- xoş nəxorənd


Mən  xoş dovğanı yeməyən bu nadanlar (həbəşlər) arasında əlacsızlıqdan qalmış bir türkəm (zəka sahibiyəm)).


Nizami Gəncəvi çox yerdə "torke-nazənin” və  "tork taz” ifadələrini işlətmişdir. Məsələn:


گفت: من تُرک نازنین اندام                            از پدر تُرکتاز دارم نام


گفتم :از همدمی و هم کیشی                      نامها را بهم بود خویشی


تُرکتاز است نامت، این عجب است                  تُرکتازی مرا همین لقب است


(Qoft: Mən torke- nazənin əndam   Əz pedəre- torktaz darəm nam


Qoftəm: Əz həmdəmiyo həmkişi   Namhara be həm bud xişi.


Torktaz əst namət, in əcəb əst    Torktazi məra həmin ləğəb əst.


Dedi: Mən bir gözəl əndamlı türkəm, Aqil türk atamdan adım var mənim.


Dedim: Həmdəmim və məsləkdaşım  özləri də belə adlanırdılar.


Ad-sanının "aqil türk” olması əcəbdir, mənim də digər adım "aqil türk”dür.)


Yazının başlanğıcında adları qeyd edilən alimlərimiz Nizami Gəncəvi haqqında müfəssəl və mötəbər bilgi verdiklərindən, onların da fikirlərini burada xatırlatmaq istəmədim. Buna nə vaxt, nə də yer çatar. Sadəcə olaraq, mister Edmund Herziqin elmin, obyektivliyin ziddinə gedərək, şərtlər nə olursa-olsun, kiminsə dəyirmanına su tökmək cəhdinə təəssüflənir və ona böyük  Azərbaycan şairi Nizami Gəncəvinin bir kəlamını xatırlatmaqla yazımı bitirirəm:


مکن کشتی چینیان را خراب


که افتد ترا نیز کشتی در آب


(Məkon kəştiye- Çiniyanra xərab


Ke oftad tora niz kəşti dər ab).


"Türküstanlıların (çinli uyğurların) gəmisini xarab etmə ki, gəmi səni də suya qərq edər"…

 


 


 




Загрузка...
Həmçinin oxuyun:
Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü

Pedaqoji təcrübə - dəyirmi masa..

Pedaqoji təcrübə - dəyirmi masa..

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Fəal dərsin təşkili....Dəyirmi masa

Fəal dərsin təşkili....Dəyirmi masa

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Avrasiya Universitetində Özbəkistanın xalq şairinə fəxri doktor adı verildi

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Vasif Talıbov 30 kitabın siyahısını tərtib edib SƏRƏNCAM imzaladı

Vasif Talıbov 30 kitabın siyahısını tərtib edib SƏRƏNCAM imzaladı

Deputat müəllimləri həbs etdirib?

Deputat müəllimləri həbs etdirib?

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Avqustun ən çox satılan kitabları - SİYAHI

Avqustun ən çox satılan kitabları - SİYAHI

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

Məktəblilərin PEŞƏ yönümü ilə bağlı istiqamətləndirilməsi

Məktəblilərin PEŞƏ yönümü ilə bağlı istiqamətləndirilməsi

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

"Müəllimlərə torpaq sahələri verilməli, nəqliyyat xərcləri qarşılanmalıdır"

"Müəllimlərə torpaq sahələri verilməli, nəqliyyat xərcləri qarşılanmalıdır"

ADU-da qazanılan şans

ADU-da qazanılan şans