AzTehsil.com


Xəbərlər / Cəmiyyət
20 iyul 2017
3 939


Deputat müəllimləri həbs etdirib?



 

Bu gün bəzi KİV-lərdə Şamaxı şəhəri Cəlil Məmmədquluzadə 21 üvanında yaşayan Cəbrayılov Ağamikayıl Oruc oğlunun Sabirabad rayon Nizami kənd orta məktəbində müəllim işləyən oğlu Cəbrayılov Kazım və qardaşı, yenə kənddə müəllim işləyən Cəbrayılov Şahlar Oruc oğlunun qanunsuz həbs olunması ilə bağlı məlumatlar yayılıb.
 
Şikayətçilər bildirib ki, hər iki müəllimi Sabirabad rayonundan deputat Rüstəm Xəlilov və onun qardaşı, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Təsərrüfat İdarəsinin rəisi, ədliyyə polkovniki Ağəli Xəlilov həbs etdirib.
 
"Hər iki məmur rayonda qoçuluq edir. Bütün güc strukturlarına təzyiq edən bu məmurlar bizim ailəmizə qənim kəsilib. Qardaşımın və oğlumun həbsindən sonra da ürəyi sakitləşməyən bu məmurlar indi də onların ailəsinə hədə-qorxu gələrək Sabirabad rayonu Nizami kəndindən köçmələrini tələb edir. Rayonda qoçuluq edən deputat Rüstəm Xəlilov qohumları vasitəsilə mesaj göndərib ki, kənddən köçməyəcəkləri tədqirdə oğlumun və qardaşımın həbsdən azad olunmasına imkan verməyəcək. Qardaşım və oğlumun ailəsi bu 2 məmurun qorxusu altında yaşayır"-deyə bildiriblər.
 
Aztehsil.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Rüstəm Xəlilov Modern.az-a açıqlama verib.
 
Deputat ona qarşı şikayətçi olan şəxslərdən heç birini, heç vaxt görmədiyini və onları ümumiyyətlə tanımadığını deyib.
 
"Bu mənim haqqımda kimlərinsə qarayaxmasıdır. Mən heç kimi həbs də etdirməmişəm. Nəyə görə kimisə həbs etdirməliyəm ki? Sabirabad rayonundan deputat seçilmişəm. Rayon sakinlərinin də məndən heç bir şikayəti yoxdur. Bunların kim olduğunu isə heç tanımıram. Biz heç kimin ailəsinə hədə-qorxu gələrək Sabirabad rayonundan köçmələrini tələb etməmişəm".
 
"Bu cəfəngiyyatdan başqa birşey deyil. Biz hüquqi dövlətdə yaşayırıq, əgər bu şəxslərin mənə qarşı iddiaları varsa, onlar məhkəməyə və ya digər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Ortaya belə sual çıxır ki, əgər bunu mən etmişəmsə, niyə etmirlər? Buradan da görünür ki, onlar kimdirsə, yalançı və fırıldaqlardır.  Mən nə qohumlarım, nə də kiminsə vasitəsilə, heç kimin kəndi tərk etməsini istəməmişəm”.



Загрузка...
Həmçinin oxuyun:
Ağdaşda müəllim faciəvi şəkildə həyatını itirib

Ağdaşda müəllim faciəvi şəkildə həyatını itirib

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Maşın 2-si sinif şagirdini vurub öldürdü - UCARDA

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?

Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Şabranda Respublika fənn olimpiadaları üzrə yarışda Murad Cəbrayılov I yerə layiq olub

Şabranda Respublika fənn olimpiadaları üzrə yarışda Murad Cəbrayılov I yerə layiq olub

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var