AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
19 iyun 2025
963

Millət vəkilləri və ictimai xadimlər sertifikatlaşdırma prosesi ilə tanış olublar



..Bu gün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma prosesini izləmək məqsədilə millət vəkilləri və ictimai xadimlər üçün infotur təşkil olunub. AzTehsil.com  “Azərbaycan müəllimi”nin xəbərinə istinadən bildirir ki, infotur çərçivəsində iştirakçılar imtahan prosesinin təşkili və gedişi ilə yaxından tanış olublar. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov tədbir iştirakçılarına sertifikatlaşdırma prosesinin məqsədi, əhəmiyyəti və mərhələləri barədə ətraflı məlumat verib.Onun sözlərinə görə, hazırda sertifikatlaşdırma imtahanlarının ikinci günü keçirilir və bu proses şəffaflıq prinsipləri əsasında təşkil olunub. O qeyd edib ki, imtahanlara ictimai nəzarət təmin olunur, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı üçün imkanlar yaradılıb.Agentliyin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, imtahanlar ölkə üzrə vahid sistem vasitəsilə izlənilir. Bu sistem müasir texnoloji infrastrukturla təmin olunub və ədalətli, şəffaf və etibarlı imtahan mühiti yaradır. Onun sözlərinə görə, bütün müəllimlərə eyni suallar təqdim olunur və bu suallar yalnız məktəb proqramı əsasında hazırlanır. Bu da obyektiv və ədalətli qiymətləndirmə üçün imkan yaradır.Agentliyin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, imtahanlar ölkə üzrə vahid sistem vasitəsilə izlənilir. Bu sistem müasir texnoloji infrastrukturla təmin olunub və ədalətli, şəffaf və etibarlı imtahan mühiti yaradır. Onun sözlərinə görə, bütün müəllimlərə eyni suallar təqdim olunur və bu suallar yalnız məktəb proqramı əsasında hazırlanır. Bu da obyektiv və ədalətli qiymətləndirmə üçün imkan yaradır. İnfotur iştirakçıları imtahan prosesini yerində izləyərək şəffaflığın və obyektivliyin təmin olunmasının şahidi olublar. İmtahandan sonra onlar müəllimlərlə söhbət edərək təəssüratlarını öyrəniblər. Müəllimlər imtahan suallarının dərs prosesində istifadə etdikləri mövzulara uyğun olduğunu, təşkilati məsələlərin isə yüksək səviyyədə qurulduğunu bildiriblər.İnfoturun sonunda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA və nazirlik əməkdaşları ilə millət vəkilləri arasında dəyirmi masa formatında görüş keçirilib. Görüşdə Aparat rəhbəri Mətin Kərimli bildirib ki, bu proses müəllimlərin ixtisas üzrə əsas kompetensiyalarını müəyyənləşdirməyə imkan verir. Onun fikrincə, tətbiq olunan mexanizm sağlam rəqabət mühiti formalaşdırır və müəllimlərin peşəkar inkişafına təkan verir: “Bu isə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Ümumi mənzərə onu deməyə əsas verir ki, ictimaiyyət sertifikasiya prosesinin lehinədir”.Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov qeyd edib ki, bu fəaliyyətlərin nəticəsi olaraq müəllimlərin əməkhaqqı artırılıb. O əlavə edib:

“Müəllim nüfuzunun artırılması olduqca vacib bir missiyadır. Bu istiqamətdə səylər davam etdirilməlidir. Sertifikasiya müəllimlərin peşəkarlığının və əməkhaqqının artımına səbəb olmaqla yanaşı, nüfuza da müsbət təsir göstərir”.Millət vəkillərinin imtahan suallarının hazırlanması və əməkdar müəllimlərin iştirakı ilə bağlı suallarını cavablandıran Eşqi Bağırov bildirib ki, suallar asan, orta və çətin səviyyələrə bölünür və bu bölgü müəllimlərin bilik və bacarıqlarının daha dəqiq qiymətləndirilməsinə xidmət edir.“Sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin və peşəyə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır. Suallar peşəkar mütəxəssislər tərəfindən hazırlanır və həmin şəxslər də özləri bu prosesi keçiblər. Onlar arasında aparıcı müəllimlərimiz, dərslik müəllifləri, eyni zamanda ölkədə uzun illər təşkil olunan imtahan proseslərində iştirak edən, təcrübəsi olan peşəkar mütəxəssislərdən ibarət bir komandadır”, – deyə Eşqi Bağırov qeyd edib.O əlavə edib ki, əməkdar müəllimlər də imtahanda iştirak edib: “Sevindirici haldır ki, imtahanda iştirak edən əməkdar müəllimlər arasında kəsilən olmayıb və nəticələri yüksək olub.Millət vəkillərinin sertifikasiyadan keçməyən müəllimlərin məşğulluğu ilə bağlı suallarına cavab olaraq bildirilib ki, indiyə qədər 1200 belə müəllim işlə təmin edilib.Sonda millət vəkilləri sertifikatlaşdırma prosesini dəstəklədiklərini vurğulayıb, bu təhsil islahatına ictimai və siyasi dəstəyin vacibliyini qeyd ediblər.Görüşdə, həmçinin elm və təhsil sahəsindəki aktual məsələlər, təhsil siyasətinin əsas istiqamətləri və müəllimlərin sertifikatlaşdırma imtahanlarının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.




Həmçinin oxuyun:
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri