Regionlarda sertifikatlaşdırma prosesinə hazırlıq davam edir
Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov təhsilverənlərin sertifikatlaşdırma prosesinin keçiriləcəyi Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində olub.
AzTehsil.com xəbər verir ki, Təhsilverənlərin sertifikatlaşdırma prosesinin keçirilməsi ilə bağlı görülmüş işlərlə tanış olan Rabil Şahbazova bildirilib ki, mərkəzdə 168 ədəd kompüter quraşdırılıb və prosesinin keçiriləsi üçün hər bir şərait yaradılıb.
Rabi Şahbazov mərkəzdə yaradılmış şəraitlə tanış olduqdan sonra sertifikatlaşdırma prosesinin keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.