AzTehsil.com

Xəbərlər / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
31 may 2025
780

Kollec bitirən işsiz qalırsa, bu diplom kimə lazımdır?



Hazırda bir çox kollec məzunları iş tapa bilmədiklərini, diplomlarının əmək bazarında keçərli olmadığını bildirirlər. Bu şəraitdə belə bir sual yaranır: əgər kolleci bitirən gənclər nə dövlət, nə də özəl sektorda öz ixtisaslarına uyğun iş tapa bilmirlərsə, bu təhsil müəssisələrinin fəaliyyət məqsədi nədir? 


AzTehsil.com xəbər verir ki, bu barədə moderator.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, orta ixtisas təhsil pilləsində – kolleclərdə çalışan müəllimlərə, rəhbər işçilərə, həmçinin orada təhsil alan çoxsaylı tələbələrə qarşı heç bir sayğısızlıq etmək fikrində deyiləm.

Onun sözlərinə görə, onların çəkdiyi əziyyətin, göstərdiyi zəhmətin nə qədər böyük olduğunun tam şəkildə fərqindəyəm:

“Lakin bir reallığı da etiraf etməyə məcburuq. Bu reallıq ondan ibarətdir ki, ölkəmizdə orta ixtisas (subbakalavr) təhsili daha çox formal xarakter daşıyır və çox təəssüf ki, bu hal hələ də davam etməkdədir. Düzdür, son illər bu sahədə müəyyən irəliləyişlər var. Bu irəliləyişin əsas səbəbi isə bir neçə il əvvəl kollecləri ortalama bal göstəricisi ilə bitirən şəxslərə imtahansız şəkildə universitetlərə qəbul olmaq imkanı verilməsidir.

Məsələn, kolleclərə maraq əvvəlki illərlə müqayisədə xeyli artmışdı. Ötən il ixtisas seçimi zamanı az qala kolleclər universitetlərlə rəqabət aparırdı. Təbii ki, universitet səviyyəsində ola bilməz, amma onlardan geri də qalmırdı. Nəyə görə? Çünki abituriyent düşünür ki, əgər universitetə qəbul ola bilməsə belə, kollecdə iki-üç il təhsil alaraq yüksək nəticə göstərməklə imtahansız və müsabiqəsiz şəkildə universitetə qəbul olmaq imkanı qazanacaq. Yalnız bu imkan kolleclərə olan marağı müsbət istiqamətdə ciddi şəkildə artırmış oldu. Ümumilikdə kolleclər təhsil sistemimizdəki rolu və əmək bazarındakı yeri baxımından o qədər də faydalı deyildi. Mən bunu bir irad, ya da şikayət kimi yox, ürək ağrısı ilə deyirəm. Təəssüf ki, reallıq budur. Təsəvvür edin, elə peşə təhsili müəssisələri var ki, orada oxuyanların iş tapmaq potensialı kolleclərlə müqayisədə dəfələrlə çoxdur. Mən hətta yüksək standartlı, müasir peşə təhsil mərkəzlərini nəzərdə tutmuram. Sadə, orta səviyyəli peşə məktəblərinin məzunları ilə kolleci bitirənlər arasında iş tapmaq potensialı baxımından böyük fərq mövcuddur. Burada üstünlük, təbii ki, peşə məktəbini bitirən şəxsin tərəfindədir. Əmək bazarı bəzi məsələləri öz tənzimləyir”.

 

Təhsil eksperti vurğulayıb ki, kolleclərlə bağlı vəziyyətin getdikcə yaxşılaşacağına inanıram:

“Birincisi, dediyim kimi, kolleci bitirənlərə universitetə qəbul imkanı verilməsi bu inamı yaradır. İkincisi isə, xüsusilə son illərdə daha aydın hiss olunur ki, əmək bazarı üçün bəzi zəruri ixtisaslar yalnız kolleclərdə mövcuddur. Məsələn, tibb yönümlü ixtisaslar. Hazırda bu sahədə əsas tədris məhz kolleclərdə həyata keçirilir. Bakıda və bölgələrdə ümumilikdə ona yaxın tibb kolleci fəaliyyət göstərir və bu kolleclərdə tədris olunan ixtisaslar olduqca vacibdir. Bu gün tibb bacısı, tibb qardaşı, diş texnikliyi, mamaçalıq,aptek işi, ortopedik müayinə kimi ixtisaslara əmək bazarında böyük ehtiyac var. Bu sahələrin bir çoxu yalnız kolleclərdə tədris olunur, ali təhsil müəssisələrində isə bu ixtisaslara rast gəlmək olmur. Bu gün peşəkar tibb bacılarına, diş texniklərinə, mamaçalara, tibb qardaşlarına ciddi ehtiyac duyulur. Deməli, bu, kolleclərin müsbət tərəflərindən biridir və mütləq vurğulanmalıdır”.

 

E.Nuri onu da əlavə edib ki, digər sahələrdə də elə ixtisaslar var ki, onlar yalnız kolleclərdə mövcuddur:

 “Bu iki faktoru nəzərə alaraq deyə bilərik ki, kolleclərin əmək bazarındakı gələcək rolu müəyyən qədər artacaq,amma bu gün üçün bunu tam ürəklə demək çətindir. Çünki hər şey tibb kollecindən ibarət deyil. Axı müxtəlif profilli kolleclər var. Desək ki, onların hamısında tədris olunan ixtisasların əmək bazarındakı mövqeyi yüksəkdir, bu, reallığı əks etdirməz və yanlış olar”.



Həmçinin oxuyun:
Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Nazir daha üç kolleci birləşdirir

Nazir daha üç kolleci birləşdirir

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı