AzTehsil.com

Xəbərlər / test / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird / Sual
25 may 2025
1 308

DİM-də etimad böhranı: nəhayət kim cavab verəcək?



DİM-də etimad böhranı: nəhayət kim cavab verəcək?


AzTehsil.com xəbər verir ki, bu haqda təhsil eksperti Məzahir Məmmədli öz fikirlərini bölüşüb.DİM sədrinin son mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər yenə də ciddi rezonans doğurdu. Açığını deyim, mən də DİM - in fəaliyyəti ilə bağlı dəfələrlə sosial şəbəkədə fikir bildirmişəm, müxtəlif TV kanalları, saytlar və qəzetlərdən həmkarlar münasibətimi soruşub. Açıq şəkildə demişəm ki, DİM-ə son illərdə etimad sürətlə azalır. Bu etimad itkisi elə-belə söz deyil, statistika ilə də təsdiqlənir – son 3 ildə apeliyasiya şikayətlərinin sayı DİM tarixində antirekord kimi qeydə alınıb. Bu təkcə mərkəzin deyil, düşüncə tərzinin böhranıdır. Mən demişəm ki, DİM -in bunker müəllimləri ayrı-ayrı kurslarda uşaqlar hazırlaşdırırlar, Alternativ dərsliklər hazırlayır, o dərsliklərə əli çatmayan abituriyentlər yüksək nəticə göstərə bilmirlər. Buraxılış imtahanlarının dərslərin bitməsinə 12-14 həftə qalmış keçirilməsi hansı pedaqoji məntiqə sığır? Məktəblərdə buraxılış siniflərində dərs mühiti tamam pozulub, buraxılış imtahanı vermiş şagird hansı məntiqlə dərsə gəlsin?! Alman dilində imtahan verən şagirdinin biliyini İngilis dili üçün olan alətlərlə ölçürsünüz, apellyasiya şikayəti verən 10 min 980 nəfərin işini onların iştirakı olmadan tələm tələsik elan edirsiniz. Haqqını israrla tələb edən 2 məzunun balının 300 olmasını çətinliklə də olsa etiraf etdiniz. Alternativ dərslik məsələsində qanun pozuntuları aşkardır. 

Bütün bu fikirləri mən sadə vətəndaş yox, "Məktəb guşəsi" jurnalı və saytının baş redaktoru olaraq əsaslandıraraq bildirmişəm. Ən ciddi tənqidlərimi də ölkənin aparıcı TV-lərində səsləndirmişəm. Kecirdiyiniz mətbuat konfransında iştirak etsəm sizdən soruşardım:

Məlekə xanım Abbaszadə, düz deməmişəm?!

Əslində, mən hələ ehtiyatla danışmışam. Bildiyim hər şeyi desəm, bəlkə də yer-göy qarışar. Sadəcə tərbiyəmiz, ədəblə davranmaq prinsipimiz bizi saxlayıb. Amma bu yumşaqlığımızı zəiflik sanmayın.

Əgər daha açıq və sərt müzakirə istəyirsinizsə, buyurun, Fərman Abdullayevin AVMA-nın son qurultayında səsləndirdiyi fikirləri tapıb rəy bölməsinə yerləşdirə bilərəm – hamı tanış olar.

DİM-in bəxti gətirib ki, ictimaiyyətlə və mətbuatla işləməyi bacaran Xanlar Xanlarzadə kimi bir əməkdaşı var. Onun tərbiyəsi, ədəb-ərkanı, mətbuat nümayəndələri ilə olan xoş münasibəti  bəzi gərginlikləri yumşaldır. Amma bu o demək deyil ki, çılpaq həqiqətləri gizlətməliyik. İctimaiyyət susmamalıdır. Çünki təhsil  ümumixalq işidir - bizim gələcəyimizdir.





Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi