AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
23 may 2025
1 363

Gimnaziyanın valideynlərindən ETİRAZ



Respublika İncəsənət Gimnaziyasında təhsil alan şagirdlərin valideynləri bu gün etiraz aksiyası keçiriblər.

 

AzTehsil.com xəbər verir ki, Oxu.Az-a danışan valideynlər qeyd ediblər ki, İncəsənət Gimnaziyası 2024-25-ci tədris ili üçün əsaslı təmirə bağlansa da, heç bir bərpa-quruculuq işi aparılmayıb.

 

Valideynlərin sözlərinə görə, təmir müddəti bir il olsa da, real iş icra olunmayıb. Onlar qeyd ediblər ki, bu məsələ çoxsaylı şagird və müəllim kontingenti olan məktəbin təhsil işçilərini və valideynlərini aldatmaq deməkdir.

 

Şikayətçi valideyn Səbinə Abbasova qeyd edib ki, övladı təmirdən öncə sözügedən məktəbdə təhsil alıb:"Bir il müddətində hər hansı bir iş görmədilər. Ölkədə bir İncəsənət Gimnaziyası var. Bu məktəbə qarşı belə laqeyd münasibət göstərilməməlidir. Bizə deyirlər ki, narahat olmayın, təmir ediləcək. Amma ortada real addım atılmır. Çox nadir hallarda iki-üç usta görürük. İki-üç usta ilə bu məktəbi təmir etmək mümkün deyil. O ustalar da hər gün buraya gəlmirlər. Aidiyyəti qurumlar məsələyə laqeyd yanaşırlar".

 

Digər şikayətçi valideyn Gültəkin Cəfərovanın sözlərinə görə, uşaqları uzun müddət gimnaziyada səhər növbəsində oxuyublar:"Övladlarımız indi günorta növbəsində dərsə gedirlər, təhsil aldıqları məktəb isə çox narahat yerdədir. Orada qarışıqlıq və təhlükə çoxdur. Biz övladlarımızın normal təhsil hüququnun bərpa olunmasını istəyirik. Gimnaziya incəsənət sahəsində önəmli şəxsləri yetişdirib. Bizim bu məktəbi seçmə səbəblərimizdən biri də incəsənət sahəsinin olması idi. Uşaqlarımız rəqsi onlayn necə öyrənəcəklər? Onlar indi təhsil aldıqları məktəbdə dərsdən tamamilə soyuyublar, ruhdan düşüblər. Həm mənəvi, həm də maddi baxımdan çətinliklərimiz var. Ya məktəbin bərpa olunmasını, ya da bu profildə başqa məktəbin səhər növbəsində istifadəyə verilməsini istəyirik. Övladlarımız 189-190 saylı məktəbdə ikinci növbədə təhsillərini davam etdirirlər. Uzaq məsafədə yaşayan ailələr var. Axşam saat 18:00-da dərsdən çıxan uşaqlarımız, tıxacı da nəzərə alsaq, saat 20:00 və ya 21:00-da evə çatırlar. Bu isə onların təhsil keyfiyyətinin düşməsinə səbəb olur".

 

Valideyn Ləman Nuriyeva isə qeyd edib ki, gimnaziyada təhsil alan şagirdlər xüsusi qabiliyyətə malik olduqları üçün burada oxuyurlar:Mövcud vəziyyətin bir il davam etməsi onların öz sahələrində bacarıqlarını inkişaf etdirmələrinə mane olur. Gimnaziya ixtisasyönümlüdür, lakin burada təhsil alan şagirdlər köçürüldükləri məktəbdə ixtisas dərsi ala bilmirlər".


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binasında bərpa işləri çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi mərhələsi artıq başa çatıb.


"Hazırlanmış müvafiq sənədlər aidiyyəti qurumlara təqdim olunub. Yenilənmiş layihə üzrə məktəb binasının əsaslı təmir-bərpa işləri müvafiq qaydada davam edir. Bu yenidənqurma işləri, gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək", - deyə məlumatda qeyd olunub.


 



Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir