AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
22 may 2025
697

Professordan TƏKLİF: “Son zəng” məktəbin bufetində keçirilsin



AzTehsil.com - “Son zəng tədbirlərində kimlərinsə bu prosesdən qazanc əldə etməsi, sui-istifadə halları, eləcə də şagirdlərin gözü qarşısında sosial bərabərsizliyin nümayiş etdirilməsi uzun müddətdir ki, aradan qaldırılmalı idi”.

Bu fikirləri  açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.


Professorun sözlərinə görə, “Son zəng” tədbiri məktəbin özündə - məktəb bufetində və ya mədəniyyət zalında təşkil olunmalıdır:


 


“Həmin şagirdləri müəllimləri və yaxınları təbrik etməlidirlər. Yoxsa ‘Son zəng’i şəhərin mərkəzində, restoranlarda keçirmək nə verir axı? Kiminsə bu yolla qazanc əldə etməsi üçün belə bir mühitin yaradılmasına ehtiyac varmı. Bu istiqamətdə atılan addımlar doğrudur və yerindədir.


 


"Son zəng” tədbiri musiqili-bədii kompozisiyalar, məktəb daxilində hazırlanmış teatr səhnələri ilə müşayiət olunmalı, məzunlarla məktəb rəhbərliyi və müəllimlərin görüşü, eləcə də digər məktəblərdən gələn təbrik mesajları ilə tamamlanmalıdır.


 


Bütün bunlar sadəcə təmtəraqlı nümayiş üçün yox, məzunlara mənəvi təsir baxımından təşkil edilməlidir. Elə bir səhnə hazırlanmalıdır ki, şagirdlərə təsir bağışlasın. Bu, ‘Bir dövrün sonu və yeni həyatın başlanğıcı’ kimi təqdim edilməlidir. Tədbirdə onların məktəb illərində qazandıqları biliklər, yaşadıqları çətinliklər, sevincləri, dostluqları - yəni məktəb həyatının bütün rəngləri əks olunmalıdır”.


 


Professor Sovet dövründəki yanaşmalara da istinad edərək belə deyib:


 


“O vaxt uşaqlar səbirsizliklə Yeni il bayramını gözləyirdilər ki, ən gözəl teatr tamaşalarına baxmağa gedəcəklər. İndi də bu ruhda bir teatr hazırlanması mümkündür. Bu səhnəyə məktəbin ən təcrübəli, hörmətli müəllimi çıxmalı, öz xoş arzularını, tövsiyələrini və son sözlərini deməlidir. Onun çıxışı şagirdlərin yalnız attestatla yox, əxlaqlı və mənəviyyatlı şəxsiyyət kimi yetişməsinə yönəlmiş mesajlar daşımalıdır”.


 


Zahid Məmmədov qeyd edir ki, təəssüf ki, son illərdə bu tədbir bəzi şəxslərin tamahkarlığına, pul qazanmaq istəyinə alət olub:


 


“Əslində bəzi insanların tamahkarlığının qurbanı məhz şagirdlər oldu. Təəssüf ki, ‘Son zəng’dən şəxsi qazanc məqsədilə istifadə edən insanlar var idi. Nə qədər israfçılıq, qeyri-etik göstəriş vardı? Mən hesab edirəm ki, bu tədbirlər məktəbdə və ya mədəniyyət mərkəzlərində keçirilməlidir. Bu, həm daha təvazökar, həm də şagirdlərin xatirəsində mənəvi iz buraxan bir tədbir olar”.



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

10 Mart - MİLLİ TEATR GÜNÜ

10 Mart - MİLLİ TEATR GÜNÜ

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 80 illiyi qeyd olunub

Müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 80 illiyi qeyd olunub

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Repetitorlar nazirlik tərəfindən rəsmi sertifikasiyadan keçməlidir

Repetitorlar nazirlik tərəfindən rəsmi sertifikasiyadan keçməlidir

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Metodbirləşmələr

Metodbirləşmələr