AzTehsil.com

Xəbərlər / Valideyn / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
16 may 2025
1 167

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ



“Monitorinqin məqsədi yalnız şagirdlərin bilik səviyyəsini ölçmək deyil, eyni zamanda, müəllimlər, proqram tərtibatçıları və təhlil aparan idarəedici orqanlar üçün vacib məlumatların toplanması və təhlilinin aparılmasıdır. Bu il monitorinq 300 mindən çox şagirdi əhatə edəcək. IV sinif şagirdləri tədris dili və riyaziyyat fənləri üzrə sualları cavablandıracaqlar. VI sinif şagirdləri isə təbiət, tədris dili və riyaziyyat fənləri üzrə monitorinqə cəlb olunacaqlar. Suallar mövcud tədris proqramına uyğun hazırlanıb. Bu monitorinqin özəlliyi odur ki, suallar hazırlanarkən kifayət qədər ciddi elmi-metodik iş aparılıb”.


AzTehsil.com xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib. 


O bildirib ki, bu monitorinqdə şagirdlərin təhlil və düşünmə bacarıqları tələb edən suallarla da qarşılaşması nəzərdə tutulub. Bu cür suallar həm də müəllimlər üçün bir göstərici rolunu oynayır. Belə ki, bu nəticələr əsasında həm kiçik, həm də böyük summativ qiymətləndirmələrin gələcəkdə daha keyfiyyətli şəkildə hazırlanması mümkündür:


“Bu ilin yeniliklərindən biri də odur ki, ölkə üzrə 10 000 şagird rəqəmsal qiymətləndirməyə cəlb olunacaq. Həmin şagirdlər xüsusi təchiz olunmuş mərkəzlərdə, kompüter vasitəsilə, rəqəmsal formatda keçiriləcək monitorinqdə iştirak edəcəklər. Qalan şagirdlər isə əvvəlki illərdə olduğu kimi, kağız daşıyıcı üzərində aparılan monitorinqə qatılacaqlar”.


Onun sözlərinə görə, rəqəmsal qiymətləndirməni daha çox şagirdi əhatə edəcək şəkildə davam etdirmək planlaşdırılır. Bu yanaşma bir tərəfdən kağız daşıyıcılardan qənaətlə istifadəyə, digər tərəfdən isə monitorinq materiallarının yoxlanmasının rəqəmsallaşdırılması sayəsində prosesin sadələşdirilməsinə və zamana qənaətə imkan verir:


“Eyni zamanda, bu addım həm şagirdlərdə, həm də təhsil verənlərimizdə rəqəmsal bacarıqların formalaşmasına töhfə verir”,- deyən müsahibimiz valideynlərə müraciət edib:


“Sabah övladlarının monitorinqdə iştirakına dəstək göstərsinlər, onların təyin olunmuş məktəblərə vaxtında gəlmələrini təmin etsinlər. Növbəti mərhələlərdə valideynlər öz övladlarının, məktəblərinin nəticələri barədə də məlumatlı olacaqlar”. 


Nəticələrə gəldikdə isə Vəfa Yaqublu deyib ki, rəqəmsal formatda keçirilən qiymətləndirmənin nəticələri dərhal əldə edilir. Kağız daşıyıcı üzərində aparılan qiymətləndirmənin nəticələrinin yoxlanılması isə müəyyən vaxt tələb edə bilər: “İstənilən halda nəticələrin açıqlanması vahid və şəffaf qaydada həyata keçiriləcək”.




Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili