AzTehsil.com
RU


Xəbərlər
25 yanvar 2024
471


Hepatit A virusunu necə tanımalı? - Hepatoloq açıqladı - MÜSAHİBƏ + FOTO



Son vaxtlar insanları narahat edən bir məsələ var - dədə-babadan sarılıq kimi tanıdığımız hepatit A virusunun yayılması. Bakının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə bəzi orta məktəb və məktəbəqədər təhsil müəssisələrində hepatit A virusunun yayılması barədə xəbərlər valideynlərin narahatlığının bir az da artmasına səbəb olub.


İnsanların cavabını tapmağa çalışdıqları sualları qastroenteroloq-hepatoloq Aqil Ağakişiyevə ünvanladıq. aztehsil.com-a suallarını cavablandıran həkim hepatit A virusunun simptomları, hansı yaş qrupu üçün təhlükəli hesab olunması, ölümcüllük dərəcəsi ilə bağlı ətraflı məlumat verdi. Müsahibəni təqdim edirik:



- Aqil həkim, hepatit A-nın əsas simptomları nədir?


- Hepatit A-nın əsas simptomları, əsasən, bunlardır - dəri və görülən selikli qişalarda saralma, halsızlıq, yorğunluq, ürək bulantısı, bəzən qusma, temperatur və sidik rənginin tündləşməsi, əzələ-oynaq ağrısı, əsasən, ishal və dispeptik əlamətlər.


- Hepatit A daha çox hansı yaş qrupu üzrə təhlükəlidir?


- Hepatit A, əsasən, 14 yaşına qədər uşaqlarda daha sıx görülür. Əlbəttə, yaşlılarda da rast gəlmək olur, amma çox az. Qeyd edim ki, yaşlılarda daha aqressiv kliniki əlamətlər olur, hətta kəskin qaraciyər çatışmazlığı ilə də nəticələnə bilər.


- Yeni doğulan körpələr də yoluxa bilərlərmi?


- Çox nadir hallarda. Çünki hepatit A daha çox ağız yolu ilə yoluxur, alimentar, fekal yolla. Hepatit A virusu, digər ümumi viruslar kimi, zülalmənşəli infeksion xəstəlik törədir. Əsasən, qaraciyərdə məskən salan və onu zədələyən virus olduğu üçün hepatit virusu deyilir. Hepatit A virusu xəstəliyi el arasında sarılıq adı ilə daha çox tanınır.

- Virusun xüsusi müalicə kursu var, yoxsa qızılca kimi evdə müalicə olunur?


- Müalicəsi var, əlbəttə. Əsasən, üç həftə karantin və yataq rejimi ilə müalicə göstərişi var. Müalicə də - çoxlu maye qəbulu və immunoterapiya.


- Hepatit A ölümə səbəb ola bilərmi? Bilərsə, hansı halda?


- Əsasən, yaşlılarda rast gəlinərsə və fulminan (ildırımvari) gedişli olarsa, kəskin qaraciyər çatışmazlığından ölümlə nəticələnə bilər. Bu isə daha çox, diaqnoz və müalicəsinə gec qalınmış pasiyentlərdə və ya immun sistemi aşağı olan şəxslərdə ola bilər.


- Övladı hepatit A-ya yoluxan valideynlər nəyi bilməli, nə etməlidirlər?


-  Valideynlər bilməlidirlər ki, evdəkilərdən birinin hepatit A ilə yoluxması halında və ya öncədən qorunma kimi planlamada ən təsirli yol peyvənd edilməsidir. Peyvəndin qoruyuculuğu 94-100% olub, təsirini təxminən 20 il saxlayır. Ümumi iaşə obyektlərində - restoranlarda, yataqxanalarda, körpələr evində, yaşlılar evində, bufetlər olan yerlərdə epidemioloji və gigiyenik qaydalara ciddi əməl olunmalıdır.




Загрузка...
Həmçinin oxuyun:
Dədə Qorqud haqqında maraqlı FAKTLAR - O, Azərbaycanda dəfn edilib?

Dədə Qorqud haqqında maraqlı FAKTLAR - O, Azərbaycanda dəfn edilib?

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Xroniki yorğunluq sindromunun səbəbi nədir?

Xroniki yorğunluq sindromunun səbəbi nədir?

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Xroniki yorğunluq nədir? Necə müalicə edilir? - MƏŞHUR HƏKİM ŞƏRH ETDİ

Xroniki yorğunluq nədir? Necə müalicə edilir? - MƏŞHUR HƏKİM ŞƏRH ETDİ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı və qəsəbələrində tikintisi və bərpası nəzərdə tutulan məktəblərin siyahısı açıqlanıb

Bakı və qəsəbələrində tikintisi və bərpası nəzərdə tutulan məktəblərin siyahısı açıqlanıb

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əzələ qıcolması. Səbəblər və yardım

Əzələ qıcolması. Səbəblər və yardım

Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Psixoloq Babək Bayramov: “Qorxu olmasa, insanlığın kökü kəsilər” - MÜSAHİBƏ

Psixoloq Babək Bayramov: “Qorxu olmasa, insanlığın kökü kəsilər” - MÜSAHİBƏ

Qarşıya çıxan ÇƏTİNLİKLƏR: Müəllimlər və valideynlər  mütləq oxuyun

Qarşıya çıxan ÇƏTİNLİKLƏR: Müəllimlər və valideynlər mütləq oxuyun

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi