Azərbaycanda məktəbəqədər təhsil xərcləri 50 milyon manata yaxın artırılır
2024-cü il Azərbaycanda dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri artırılır.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Layihəyə əsasən, gələn il məktəbəqədər təhsil xərcləri 453 018 349 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,9% və ya 48 182 248 manat çoxdur.
Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri 404 836 101 manat proqnozlaşdırılıb.