AzTehsil.com


Xəbərlər / Müəllim
26 iyun 2023
760


Məktəblərdə formativ qiymətləndirmə ilə bağlı tədqiqat aparılıb




Təhsil İnstitutu məktəblərdə formativ qiymətləndirmə zamanı rəqəmsallaşdırmadan istifadə ilə bağlı tədqiqat aparıb.


İnstitutdan  bildirilib ki, tədqiqat metodu kimi sorğudan, tədqiqat aləti kimi isə onlayn sorğu anketindən istifadə olunub. Sorğuda ölkə üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən və müxtəlif təhsil səviyyələrində tədris aparan 598 müəllim iştirak edib. Tədqiqatın nəticələrinə görə müəyyən edilib ki, təhsil müəssisələrində qiymətləndirmə ilə bağlı fəaliyyətlərin ləngidiyi iddiası öz təsdiqini tapır. Müəllimlərin müasir qiymətləndirmə nəzəriyyələrində, xüsusən əks əlaqə və qiymətləndirmənin məqsədlərinin praktikaya inteqrasiyasında boşluqları mövcuddur.


Tədqiqatda iştirak edən 590 (98.7 faiz) müəllim tədris prosesində formativ qiymətləndirmə apardığını təsdiq etdiyi halda, “Formativ qiymətləndirməni necə aparırsınız?” sualına cavabları ümumi olub. Belə ki, öyrənmə prosesində şagirdin davamlı irəliləyişini izləməyə, onun öyrənməsini dəstəkləməyə yönəlmiş qiymətləndirmə prosesi sorğuda iştirak edən müəllimlərin fikirləri ilə daha dar çərçivədə şərh edilib. Sorğu iştirakçılarının formativ qiymətləndirmənin effektivliyi ilə bağlı fikirləri öyrənilib. Onların böyük hissəsi formativ qiymətləndirmənin effektivliyini 4 (yaxşı) (59 faiz) və 5 (əla) (27 faiz) balla qiymətləndirib. “Şagirdlərə müntəzəm olaraq konstruktiv rəylər verirsiniz?” sualını sorğuda iştirak edən 90,1 faiz (539) müəllim müsbət cavablandırıb. Lakin konstruktiv rəyə dair yazılan nümunələr bunun əksini göstərib.


Sorğu iştirakçılarının formativ qiymətləndirmənin rəqəmsallaşdırılmasına dair fikirləri də öyrənilib. Respondentlərin 67 faizinin (400) formativ qiymətləndirmənin rəqəmsal formada keçirilməsinə münasibətləri müsbət olub.




Загрузка...
Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ