AzTehsil.com

Xəbərlər / Ekspert / Müəllim
02 mart 2023
903

Məktəblərdə niyə kişi müəllimlərin sayı azdır ?-CAVAB

 “Bir çox məktəblərdə yaranan özbaşınalıqların baş vermə səbəblərindən biri və ən əsası elə kişi müəllimlərin azlığı, kişi zəhminin yoxluğudur”

img

Bu gün ölkənin ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir. Qadın pedaqoqlardan fərqli olaraq, məktəblərdə çalışan kişi müəllimlərin sayı nəzərəçarpacaq dərəcədə azdır. İldən-ilə də onların sayında azalma müşahidə olunur.

Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanın ümumtəhsil sektorunda işləyənlərin 83%-i qadın müəllimlərdir. Araşdırmalara görə, qadın müəllimlərin sayına görə dünyada birinci yerə çıxmışıq. Azərbaycanda qadın müəllimlərin sayının artması tendensiya halını alıb.

“Pedaqoji təhsil verən universitetlərin və kolleclərin kontingenti əsasən qızlardan formalaşdığından, belə nəticə çıxarmağa əsas yaranır ki, bu tendensiya hələ ki, yüksələn xətlə davam etməkdədir”

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: 

“Məktəblərdə niyə kişi müəllimlərin sayı azdır sualına birmənalı cavab tapa bilməsək də fakt faktlığında qalır ki, ötən ilin rəsmi statistikasına görə,  məktəblərdə müəllimlərin 84,3 faizi qadındır, ölkənin ümumtəhsil məktəblərində 3642 direktordan 1352-si, 4677 direktor müavinindən 2753-ü, 143 902 müəllimdən 121 405-i qadındır. Onu da nəzərə alsaq ki, bu gün pedaqoji təhsil verən universitetlərin və kolleclərin kontingenti əsasən qızlardan formalaşdığından, belə nəticə çıxarmağa əsas yaranır ki, bu tendensiya hələ ki, yüksələn xətlə davam etməkdədir.

Baxmayaraq ki, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının məbləği 3 dəfə artıb və Nazirin də xüsusi olaraq vurğuladığı kimi, “2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib. Daha 2-3 ildən sonra isə orta əmək haqqı 1000 manatı keçəcək”- bununla belə yenə də əksəriyyət tərəfindən belə bir vəziyyətin yaranması  müəllimin əmək haqqının aşağı olması ilə izah olunur. Belə çıxır ki, bu yanaşmanın səhv olduğunu təsdiqləmək üçün daha 2-3 il gözləməliyik...

Hesab edirəm ki, körpülərin altında əlində drel, qaynaq aparatı və digər iş alətləri ilə saatlarla müştəri gözləyən, maşın alıb, “taksovatlıq” etmək üçün evini dəyər-dəyməzə satıb qaynana evində qalan, toy məclislərində tamadalıq, yas mərasimində mollalıq edən ali təhsilli müəllimlər, uzun illərdən bəri işlədiyi məktəbi tərk edərək, əlavə hazlıq kurslarına pənah aparanlar, repetitorluğu müəllimlıkdən üstün tutaraq   “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırılan qeyri-rəsmi fəaliyyət sahəsinə axın edənlər bu sualın daha dəqiq cavabını verə bilərlər”.

Həmsöhbətimiz hesab edir ki,  bir çox məktəblərdə yaranan özbaşınalıqların,  müəllim- şagird münasibətlərində kütləvi hal alan xoşagəlməz hadisələrin baş vermə səbəblərindən biri və ən əsası elə kişi müəllimlərin azlığı, kişi zəhminin yoxluğudur: “Bəlkə də məktəblərdə azlıq təşkil edən kişilərin uşaq döyənlər arasında çoxluğu valideynlərin narazılıqlarının əsas səbəblərindən biridir? Suallar çoxdur, konkret cavab isə hələ ki, yoxdur. Təbii proseslərin qarşısını isə süni yollarla almaq yolverilməzdir. Problemin optimal həllinin geniş müzakirələrə və əsaslı təhlillərə ehtiyacı var...”.

Загрузка...
Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Beynəlxalq Qadınlar Günü

Beynəlxalq Qadınlar Günü

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər