AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Bölgə / Manşet
15 noyabr 2025
1 539

“Məktəblər bağlansa, kəndlər boşalacaq”- EKSPERT



Aparılan təhlilər və tədqiqatlar göstərir ki, şagird sayı az olan məktəblərdə tədris göstəricisi o qədər də yaxşı deyil. Hazırda bu göstəricilər buraxılış və qəbul nəticələrinə uyğun olaraq hesablanır. Statistikaya əsasən, Dövlət İmtahan Mərkəzinin qeyd olunan imtahanlarında ucqar kənd məktəblərinin nəticələri o qədər də qənaətbəxş olmur”.


AzTehsil.com xəbər verir ki, bu sözləri açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.


Onun fikrincə, amma bu göstəricilər həmin məktəblərin bağlanması üçün əsas olmamalıdır:


“Əksinə, alternativ yollar araşdırılmalıdır. Hər bir kənd məktəbi bir növ mədəniyyət mərkəzi rolunu oynayır. Həmin məktəblər insanların kəndə bağlılığını təmin edən əsas vasitələrdən biridir. Hazırda şagird sayı az olan məktəblər əsasən Quba, Qusar, Lerik kimi rayonlarda yerləşir. Bəzi kəndlərdə cəmi 5-6 ev qalıb. Əgər bu məktəblər bağlansa, həmin kəndlər tam boşalacaq”.


Kamran Əsədov qeyd edib ki, Elm və Təhsil Nazirliyi məktəbli avtobuslarının təşkili ilə problemi həll etməyə çalışsa da, bu, ucqar ərazilərdə mümkün deyil:


“Çünki həmin bölgələrin nəqliyyat infrastrukturu zəifdir. Qusarın və ya Lerikin dağ kəndlərində qış aylarında nəqliyyatın hərəkəti mümkünsüz olur. Təhsil sahəsinə kifayət qədər vəsait ayrılsa da, dağlıq və dağətəyi ərazilərdə məktəblərin bağlanması düzgün addım deyil. Biz yalnız imtahan üçün deyil, vətəndaş yetişdirmək üçün çalışmalıyıq”.




Ekspert bildirib ki, bəzi cənub bölgələrində bağlanan məktəblərin köçürülmə prosesi hələ də yekunlaşmayıb:


“Davamiyyətlə bağlı da çətinliklər qalır. Nazirlik düşünür ki, 10 şagirdi olan məktəblə 200 şagirdi olan məktəbə eyni məbləğdə vəsait ayrılır. Amma dövlətin öhdəliyi var və təhsilə ayrılan maliyyə vəsaitinin çoxluğundan çəkinmək olmaz. Necə ki, futbol üçün vəsait ayrılır, amma nəticə yoxdur. Əsas məqsəd savadlı, cəmiyyətə faydalı şəxsiyyətlər yetişdirmək olmalıdır”.


Kamran Əsədov həmçinin əlavə edib ki, şagird sayı az olan məktəblərin bağlanması əvəzinə onların maddi-texniki bazası gücləndirilməli, savadlı müəllimlər yüksək maaşla həmin məktəblərə cəlb edilməlidir:


“Bu, həm tədrisin keyfiyyətini artırar, həm də bölgələrin boşalmasının qarşısını alar. Musiqi, idman və təsviri incəsənət fənləri üzrə qabiliyyətlər məktəbdən deyil, fərdi bacarıqlardan qaynaqlanır. Bilik və bacarıq fərqlidir, biz isə ilk növbədə şagirdlərə bilik verməyi bacarmalıyıq”.


Qeyd edək ki, Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür. O həmçinin əlavə edib: “Bütün məktəbdə 10 nəfər şagird, hər sinifdə isə 2 şagird varsa, ona necə musiqi dərsi keçək, xorda oxumağı, kollektiv oyunu necə öyrədək? Bu uşaq məktəbi bitirəndə neçə sinif yoldaşı, dostu olacaq?! Ümumiyyətlə, onun gələcəyinə 10 nəfərlik məktəb necə təsir edəcək?! Başa düşürəm ki, orada 10 nəfər təhsil alanda 20 nəfərin işi olur. Amma bizim işimiz təhsilin keyfiyyətini qaldırmaqdır”.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri