Ailə uşagın ilk təhsil ocagıdır
Ailə ictimai qurumlar arasında ən mühüm və ən qədim institutlardan biridir. Ailə uşagın ilk təhsil ocagıdır. Bu ,, tarixi institut" keçmişdən bu günə qədər müxtəlif dəyişiklərə məruz qalmışdır. Ailə nigah və qan baglılıgına söykənən , ər, arvad və uşaqlardan , onların münasibətlər məcmusundan ibarət olub cəmiyyətin ən kiçik qurumudur.
Ailə büten toplumlarda həmişə mövcud olub, hər cəmiyhətdə özünəməxsus cizgilər daşımaqla yanaşı , ümumbəşəri və ictimai qurum sayılır.
Ailəni bəzən insan münasibətləri cərəyan etdiyi bir səhnəyə bənzədirlər. Uşaq bu səhnədəinsanlar arası münasibətləri görərək, yaşayaraq, müşahidə edərək və ünsiyyətin ,, tərəf müqabili" kimi çıxış edərək öyrənir. Uşaq insanların münasibətlərində müəyyənedici rol oynamayan razılaşma, güzəştə getmə, əməkdaşlıq, yardımlaşma kimi müsbət cəhətləri , anlaşılmazlıq, çəkişmə , qarşıdurma kimi mənfi xüsusiyyətləridə məhz ailədə öyrənir. Ailə təhsil, iqtisadi fəaliyyətlər , asudə vaxtların dəyərləndirilmə kimi başqa qurum və təşkilatlarda yerinə yetirilən funksiyaların mənbəyini meydana gətirir.
Ailənin aşagıdakı xüsusiyyətləri vardır;
■ Ailə uşagın sosiallaşmasına və xarakterinin inkişafına zəmin hazırlayan ilk mühitdir.
■ Ailə cəmiyyətin ilk maketidir.
■ Ailə təməlində insani duygu və hisslər dayanır. İnsanlar sevgi ehtiyaclarını ailədə təmin edir.
■ Ailə müəyyən qaydaları ehtiva edir.
Ailə həm də cəmiyyət həyatında bir sıra vəzifələr yerinə yetirir.
Bioloji vəzifə: Nəslin davamını təmin etmək
İqtisadi vəzifə: İş bölgüsünün reallaşdırılması.
Himayədarlıq: Ailə üzvlərinin maddi və mənəvi
zərərlərdən qorunması.
Psixoloji vəzifə: Ailədə sevgi , hörmət və yardımlaşma mühitinin formalaşması.
Dini vəzifə: Ailə üzvlərinə dini bilikkərin öyrədilməsi.
Asudə vaxtların dəyərləndirilməsi: Ailə üzvlərinin boş vaxtlarını dəyərləndirmək üçün birlikdə gəzinti təşkil etmək.
İctimai zümrəyə daxil etmək: Valideynlərin aid oldigu ictimai zümrənin ailənin bütün üzvlərini ehtiva etməsi.
Təhsil: Uşaga həyata dair biliklər verilməsi və məktəbdə əldə edilən biliklərin tamamlanaraq möhkəmləndirilməsi.
İnsan öz mühitin övladıdır. Dolayısı ilə ailə şəxsiyyətin formalaşmasında , fərdin sosiallaşmasında və yetkin bir insan olmasında əsas rol oynayır. Uşaq ailə mühitində ana və atasını özünə nümunə götürür, onları təqlid edərək böyüyür. Cəmiyyəti meydana gətirən zəncirin halqaları məhz ailədə təşəkkül tapır. Cəmiyyət ailələrin meydana gətirdiyi baglarla saglamlaşır, və bir bütövə çevrilir. Bu baglar nə qədər güclü olarsa , cəmiyyətdə o qədər güclü və saglam olar.
Təhsil elminə giriş kitabından.