AzTehsil.com

Xəbərlər / Kitabxanaçı
12 dekabr 2017
2 416

MEK qədim xəritələrin təqdimatını keçirib

MEK qədim xəritələrin təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) kitabxananın fondlarında mühafizə olunan "Qədim xəritələr kolleksiyasının (elektron)” təqdimatını keçirib.

MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova xəritələrin təsnif edildiyi slayd üzərində çıxış edərək kitabxananın elektron bazasına 419 nüsxə xəritə daxil edildiyini, bunlardan 51-nin Azərbaycanla bağlı olduğunu və Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib.

O, ilk yaranan xəritələr haqqında məlumat verərək onların səmaya və ulduzlara əsasən hazırlandığını bildirib. Qeyd olunub ki, e.ə 6-cı əsrə aid olan ilk xəritədə gil lövhəcik üzərində qədim Babilistan təsvir olunub. Antik yunan tarixçisi və yazarı, sələflərindən fərqli olaraq çoxlu səyahətlər etmiş Avropa, Asiya və Afrikada olmuş Herodot gəzdiyi ərazilərin coğrafiyasına xüsusi diqqət ayırıb. Onun əsərlərində dünya və xəritələr haqqında geniş məlumat verilir. Xəritəşünaslığın çiçəklənməsi isə "Böyük coğrafi kəşflər” (1300-1700-cü illər) dövrünə aid olub.

Məhz, bu dövrlərdə Hollandiyada görkəmli xəritəşünaslar meydana gəliblər. Təqdimatda həmçinin, 1903-cü ildə Qafqaz hərbi dairəsinin tərtib etdiyi "İrəvan quberniyasının xəritəsi”, I Pyotrun əmri ilə tərtib edilən "Xəzəryanı torpaqların xəritəsi”, "Gülüstan sülh müqaviləsi əsasında sərhədlər üzrə Zaqafqaziya vilayətində 1809-cu ildən 1817-ci ilə qədər hərbi əməliyyatlar xəritəsi” və digər xəritələrdən də bəhs edilib.

AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov keçirilən təqdimatı yüksək qiymətləndirib, MEK-in elekton bazasında saxlanan xəritələrin tariximizin mübahisəli və gizlin qalmış məqamlarını aydınlaşdırmaq baxımından əvəzsiz mənbə olduğunu vurğulayıb.

Azərbaycanın tarixi ilə bağlı bir sıra faktları açıqlayan C.Bəhramov Cənubi Qafqaz ərazisində 1918-ci ilə qədər Ermənistan adlı dövlətin olmadığından, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımlardan, işğal siyasətindən danışıb. Geopolitik maraqların qurbanı olan Azərbaycanın ərazi itkilərindən, onun sərhədlərinin qonşu dövlətlər arasında bölüşdürülməsindən bəhs edən natiq bununla bağlı bəzi məqamlara aydınlıq gətirib, tarixi Azərbaycan coğrafiyasının hüdudlarını göstərib, həmçinin ermənilərin Cənubi Qafqazda yerli xalq olmadığını xəritələr və mənbələr vasitəsilə əsaslandırıb.

AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov, Bakı şəhəri 72 saylı orta məktəbin tarix müəllimi, təhsil eksperti Aydın Allahverdiyev təqdimatın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Onlar MEK əməkdaşları tərəfindən təşkil edilən bu təqdimatların Azərbaycan tarixinin öyrənilməsi baxımından mühüm olduğunu, önəmli xəritələrin ictimaiyyətin diqqətinə çatdırıldığını qeyd ediblər.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-i müzakirə meydançası adlandırıb. O, burada 1,5 milyona yaxın sənədin mühafizə olunduğunu və o sənədlərin içərisində tariximiz üçün faydalı olan öyrənilməmiş qiymətli mənbələrin olduğunu vurğulayıb.

L.İmanova qeyd edib ki, təqdimatları keçirməkdə məqsəd böyük məlumat okeanının içindən inciləri seçib elmi ictimaiyyətin, oxucu auditoriyasının diqqətinə çatdırmaq, ölkəmizin, xalqımızın maraqlarına uyğun tədqiqat obyektinə çevirməkdir.

MEK qədim xəritələrin təqdimatını keçirib

MEK qədim xəritələrin təqdimatını keçirib

MEK qədim xəritələrin təqdimatını keçirib

MEK qədim xəritələrin təqdimatını keçirib

Загрузка...
Həmçinin oxuyun:
Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

MEK noyabr ayı ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Azərbaycan və rus tarixçilər arasında MÜBAHİSƏ: "Erməniləri buraya siz köçürmüsüz?" - VİDEO

Azərbaycan və rus tarixçilər arasında MÜBAHİSƏ: "Erməniləri buraya siz köçürmüsüz?" - VİDEO

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

Özbəkistanın Azərbaycan Səfirliyindən MEK-ə kitablar hədiyyə edilib

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib