Xəbərlər / Video
03 dekabr 2022
669


16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı YENİ DETALLAR - VİDEO


Bir neçə gün öncə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında öldürülən 16 yaşlı Turan Rüstəmovun ailəsi hadisə barəsində danışıb.


Turanın ailəsi onun idmana olan həvəsinə görə 3 ay əvvəl Yevlaxda yaşadıqları kənddən Mingəçevir şəhərinə köçərək burada kirayə qalmağa başlayıb. 


Mərhumun müəllimi isə hadisə baş verən zaman idman zalında, Turanla birgə olub:


“Turan 2 görüşdə qalib gəlib, oturub istirahət edir, 3-cü görüşə hazırlaşırdı. O, mənim arxamda əyləşmişdi. Arxaya çevrilib dedim ki, Turan, 5 görüş qalıb, 1-2 qarşılaşmadan sonra dur bədənini qızışdır, hazırlaş. O, da mənə “baş üstə, oldu müəllim” dedi. Mən yenə çevrilib hakimlər tərəfdə öz yerimi aldım. 2-3 dəqiqə keçərdi, ya keçməzdi, eşitdim ki, arxadan səs-küy gəlir. Aralarında baş verən hadisənin ilk başda nə olduğunu bilmədim, içəridə səs çox idi deyə mən gec xəbər tutdum. Arxaya çevriləndə 2 nəfərin bir-birini tutduğunu gördüm. Qətlə yetirənin arxası mənim tərəfə dönük idi. Bilmədik ki, mübahisə etdiyi Turandır. Bunu arxaya çəkmək istəyəndə Turanı qanlı vəziyyətdə gördüm”. 


Qətlə yetirilən idmançının qohumu isə ərazidə tibbi personalın olmamasından, yaxınlıqdakı insanların məsələyə müdaxilə etməməsindən şikayətlənib. Hadisə baş verən cüdo klubunun məşqçisi bildirib ki, orada həkim olub, ancaq bıçaq yarası çox olduğundan həkim müdaxilə edə bilməyib:


“Anında Turanı çölə çıxarıb xəstəxanaya çatdırmaq istədik, alınmadı. Kompleksdəki həkim ürəyi gedən olanda naşatır spirti iylədir, sınığa-çıxığa müdaxilə edir. Yarışlarda belə hadisələr olmur deyə peşəkar həkimlər də olmur. Ətrafda hamı elə bilir ki, Turana yumruq vurur. Bir də aralanandan sonra qanı görəndə bildik ki, sən demə bıçaqlayırmış”.


Qətlə yetirilən idmançının atası deyir ki, Turanın ürəyindən 2, başından 3-4 və boynunun arxasından bıçaq zərbələri vurulub. Hətta meyiti yuyanda da qanaxması dayanmırmış. 


Daha ətraflı süjetdə: 


https://baku.tv/az/cemiyyet/65696/

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

8 yaşlı qızı intihar edən anadan DƏHŞƏTLİ İDDİA: Fərəhi pəncərədən atası atıb

8 yaşlı qızı intihar edən anadan DƏHŞƏTLİ İDDİA: Fərəhi pəncərədən atası atıb

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Su həsrəti (hekayə)    Ağababa İbrahimov

Su həsrəti (hekayə) Ağababa İbrahimov

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Tərəddüd etdiyin anlarda cəsarətini toplayıb addım atanda, bax o zaman insan uğur qazanır.

Tərəddüd etdiyin anlarda cəsarətini toplayıb addım atanda, bax o zaman insan uğur qazanır.

Təhsildə keyfiyyət müəllimdən başlayır

Təhsildə keyfiyyət müəllimdən başlayır

Baxış müəllimin müharibə xatirələri

Baxış müəllimin müharibə xatirələri

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb