Heç zaman işləməyən şəxslər nə qədər PENSİYA ala bilər? – Hüquqi İZAH
“Heç bir vaxt əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər, evdar qadınlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə (pensiya yaşına) çatdıqda işləmədikləri üçün pensiya deyil, yalnız yaşa görə ömürlük müavinət verilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri sosial hüquq və əmək qanunvericiliyi üzrə ekspert Ruslan Hümbətov açıqlamasında bildirib.
Sözügedən şəxslər:
- Yaşa görə müavinət;
- 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət;
- Ailə başçısını itirməyə görə müavinət;
- Dövlət qulluqçularına ömürlük müavinət;
- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
- Beşdən çox uşağı olan qadınlara müavinət;
- Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlər; bu kimi hər hansı müavinətlərdən yararlanmırsa, yalnız yaşa görə müavinət alır və onun da hazırkı məbləği 180 manatdır.
“Bu məbləğ fərqli vaxtlarda fərqli məbləğ ola bilir. Məsələn Yaşa görə müavinətin məbləği 2019-cu il aprelin 1-dən etibarən 130 manat, 2022-ci il yanvarın 1-dən 180 manat təşkil edir.
Yəni məbləğin artması “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezidentin fərmanı tənzimlənir.
Eyni zamanada beş və daha çox uşaq dünyaya gətirən onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 il azaldılır.
Və daha çox uşağı nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla onlara müavinət verilir”, - deyə R.Hümbətov qeyd edib.