Xəbərlər / Psixoloq
24 oktyabr 2022
716


Famil Səfərov -"İntizam şuraları" təhsildə nə vəd edir?..


 Təəssüf ki, ölkə təhsilinə rəhbərlik edən adamlar təhsilimiz və cəmiyyətimiz üçün önəmli olan əhəmiyyətli məsələlərdə artıq illərdir təhsil ictimaiyyətinə son dərəcə sayğısızlıq və etinasızlıq göstərir, onlardan gələn bütün təkliflərə heç bir reaksiya vermək istəmir və sanki görməzdən gəlirlər.

 

Elə bu günlərdə Elm və Təhsil Nazirliyinin məktəblərdə yaradılmasını təklif etdiyi İntizam Şuralarının görəcəyi işlərin  məğzi və onun tətbiq edəcəyi inzibati  tədbirlər siyahısındakı absurd, gülüş doğuran üsullardan bəlli oldu ki, bu Qaydaları hazırlayanlar pedoqoq deyil və bir müəllim kimi hər gün məktəblərdə baş verənlərlə üz-üzə qalmayıblar. Məsələn: müəllim baxışı(???), rəngli kartlarla xəbərdarlıq(😊), uzaqlaşdırma(hara?) və dərsdən sonra məktəbdə saxlama kimi ağılasığmaz cəzalar hansı müəlimin ağlına gələ bilər?. 


İllərin təcrübəsi köstərir ki, bu tipli şuraların və komitələrin f.i.ə. 0-a bərabər olur. Necə ki, E və TN-nin təhsilə aidiyyəti olmayan təşkilatlardan yığıb topladığı  İctimai Şuranın və nəktəblərdəki Valideyn  Komitələrinin işi. Aydın məsələdir, istənilən ödənişsiz işdə vəzifə öhdəliyi də yoxdur. İməcilik Sovet dövründə olurdu. İndi bu Şüranın adı da nə qədər gurultulu səslənsə belə, heç bir əməli işi olmayacaq.


Kiçik bir məsləhət:

Cəmiyyətdə olduğu kimi, məktəbdə də yaranmış istənilən problemin baş vermə səbəbləri və kökləri olur. Bizim vəzifəmiz isə ilk növbədə onları axtarıb üzə çıxarmaq və aradan qaldırmaq yollarını göstərməkdir ki, bunu da təhsil adamları edirlər. Onlar tərəfindən bu barədə mətbuatda, sosial şəbəkələrdə kifayət qədər yazılır və əməli təkliflər irəli sürülür.


Qısası, göründüyü kimi, biz nəticə ilə mübarizə aparmaq istəyirik və cəza yolları arayırıq. Səbəblər, törədici faktorlar isə yerində qalır, get-gedə onların sayı artdıqca, ildən ilə təhsildən yayınan, intizamsız və "çətin" uşaqların sayı da durmadan artır. 


Təklif edirəm ki, məktəblərdə inzibati-cəza rejimi qurmaqdansa, Şagird Mükafat Fondu yaradılsın!  Təhsilə başladıqları ilk illərdən əlaçı, davamiyyəti mütəşəkkil, intizamlı və səliqəli, ictimai fəal şagirdləri kiçik də olsa, bir məbləğdə mükafatlandırmaq lazımdır. İnanın, bunun effekti vətəndaşların hazırkı durumunda çox böyük olacaq. Əvvəli, rəğbətləndirmənin uşaqlara təsiri cəzalandırmadan qat-qat üstün olur. 2-cisi, təəssüflər olsun ki, artıq illərdir uşaqlar dövlətdən heç bir müavinat almırlar. Bu kiçik maddi həvəsləndirmə ailələri məktəbə daha sıx bağlayacaq və valideynləri uşaqların dərslərinə diqqətini artıracaq. 


Ən başlıcası isə, indi cəzalandırmaq istədiyimiz intizamsız uşaqlar düzgün təlim-tədris şəraiti qurulsa, ruhlandırıcı və həvəsləndirici təhsil mühiti yaradılsa, bəlkə də o mükafatlandırılan şagirdlər sırasında olacaqlar. 


Yəqin, indi hamını bu Fondun hansı mənbədən maliyyələşməsi maraqlandırır.((( 

Hər il ölkədə milyardlarla dövlət vəsaitini talayan neçə-neçə məmur tutulub əmlakı müsadirə olunur. O pulların hara getməsində şəffaflıq olsun deyə, geri alınacaq bu vəsaitin kiçik bir hissəsini Şagird Mükafat Fonduna köçürmək, yaxud Şəhid ailələrinin və Qazilərin hər birinə adlı nəğd pul yardımı göstərmək olardı. 


Bu addım, həmçinin, dövlətlə vətəndaş arasındakı inam və həmrəylik körpüsünü möhkəmlədər, eləcə də cəmiyyətdə son zamanlar həllini tapmayan bir neçə ağrılı problemləri qismən də olsa həll edər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Şagirdlər məktəbdən uzaqlaşdırılacaq, yoxsa təhsildən kənarlaşdırılacaq?

Şagirdlər məktəbdən uzaqlaşdırılacaq, yoxsa təhsildən kənarlaşdırılacaq?

Şəhid müəllimin ən mükəmməl dərsi

Şəhid müəllimin ən mükəmməl dərsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Şagirdlər üçün cəza tədbirləri müəyyənləşdi… – Məktəblərdə nə dəyişəcək?

Şagirdlər üçün cəza tədbirləri müəyyənləşdi… – Məktəblərdə nə dəyişəcək?

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?

Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..