Nişanlısı tərəfindən amansızlıqla öldürülən 16 yaşlı məktəbli qızla bağlı YENİ FAKTLAR
Dünən Abşeron rayonu Hökməli qəsəbəsində nişanlısı tərəfindən qətlə yetirilən 16 yaşlı H.Rəcəbovanın orta təhsili yarımçıq qalıbmış.
Hökməli qəsəbə tam orta məktəbindən “Qafqazinfo”ya bildirilib ki, H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub.
“Onun atası bir müddət əvvəl vəfat edib, qapalı ailə olduqları üçün anasını çölə buraxmırlar. Nənəsi orta məktəbə gəlib təkidlə nəvəsinin məktəbdən çıxarılmasını tələb etdi. O, nəvəsinin nişanlandığını və 8-ci sinifdən sonra təhsilə davam etməyəcəyini bildirdi. Bundan sonra H.Rəcəbovanın məktəbdən çıxarılmasını aktlaşdırdıq və məktəbi tərk etdi”, – deyə bildirib.
Qeyd edək ki, ailənin H.Rəcəbovadan başqa bir oğlu var.
Xatırladırıq ki, dünən Abşeronda dəhşətli hadisə baş verib. 16 yaşlı qız xüsusi amansızlıqla qətlə yetirilib.
Hadisə Hökməli qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü qız 26 yaşlı nişanlısı Murad Həsənovla şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı bıçaqlanıb. Hadisədən sonra xəstəxanaya aparılan 16 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Qətl baş verən ərazidə Baş Prokurorluğun kriminalist ekspertləri olublar. Müayinələr aparılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar toplanılıb.
Qəsəbə sakinlərinin İTV-yə verdikləri məlumata görə, qətldə şübhəli bilinən şəxs Hökməlidən olsa da, Xırdalanda yaşayıb. Nişanlısı ilə görüşmək üçün qəsəbəyə gəlib. Əvvəlcə onu evlərinin yaxınlığındakı məscidin yanına söhbətə çağırıb. Söhbət zamanı 16 yaşlı qızı başqa bir oğlanla danışmaqda ittiham edərək mübahisə yaradıb. Bu zaman qız onun bu söhbətlərindən bezdiyini və nişanı geri qaytaracağını söyləyib.
Aralarında yaranan münaqişə nəticəsində oğlan bıçaqla ona bir neçə dəfə xəsarət yetirib. Bıçaq zərbələrindən biri yeniyetmənin boğaz nahiyəsinə vurulub. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin qız bir il yarım bundan əvvəl 14 yaşı olarkən nişanlanıb. Lakin toyları qızın 18 yaşı olacaqdan sonra baş tutacaqdı.
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"
Biz sizinlə fəxr edirik
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri
Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı
Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI
37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi
Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
O dəhşətli hadisədən 9 il keçir - Qurbanların siyahısı
Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı
Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib
Paytaxt təhsili 2021-ci təqvim ilində
Əmək pensiyaları yaşa görə belə hesablanacaq
Peşə məktəbindən universitetə açılan qapı
Həkim olmaq istəyirdi, özünü öldürdü - Abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI - FOTOLAR
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi
Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili
Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi