AzTehsil.com


Xəbərlər / Müəllim / Psixoloq
15 oktyabr 2022
874


Məktəblərdə xoşagəlməz halların yaranması – Psixoloq çatışmazlığı




Yeni tədris ilinin başlanmasından 1 ay keçməmiş məktəblərdə şagirdlər arasında xoşagəlməz halların şahidi oluruq. Şagird-müəllim, şagird-şagird münasibətlərində baş verən, sosial şəbəkələrdə yayılan görüntülər psixoloqların tədris müddətindəki əhəmiyyətində bir daha gündəmə gətirir.


Bir müddət əvvəl problemə toxunan elm və təhsil naziri də məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizminin, keyfiyyətinin dəyişməli olduğunu qeyd etmişdi.



Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, son illər məktəblərdə psixoloji xidmətlə bağlı bir sıra işlər görülüb, lakin tədbirlər hələki yetərli deyil:


"Görülən tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyət göstərməsi. Orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır.


Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir.


Ona görə də, düşünürəm ki, maariflənmə işi daha geniş formada aparılmalıdır. İkinci bir səbəb psixoloq ştatının açılması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır.


Çünki heç kimə sirr deyil ki, bir sıra orta məktəblərdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək ki, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar", - K.Əsədov bildirib.


O vurğulayıb ki, məktəblərdə psixoloq ştat vahidinin müəyyən olunması psixoloji işin daha yaxşı görülməsində motivasiya ola bilər:


"Orta məktəbdə çalışan psixoloqun aldığı əməkhaqqı da təxminən digər müəllimlərin aldığı məvacibə bərabər tutulmalıdır. Bu işlərin həll olunması, eyni zamanda orta məktəbdə çalışan psixoloqların mütəmadi təlimlərə, treninqlərə cəlb olunması vacibdir”, – deyə o bildirib".


Ekspert qeyd edib ki, uşaqların təkcə fiziki inkişafı üçün yox, həm də psixoloji inkişafı üçün işlər görülməlidir:


“Hesab edirəm ki, orta məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsinə, dünya təcrübəsinin tətbiqinə ciddi şəkildə ehtiyac var. Əsasən də ştat vahidlərinin sayı artırılmalıdır və ancaq bu sahə üzrə ali təhsili olanlar işə qəbul edilməlidir”, – deyə o əlavə edib.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Birincilərin birincisi

Birincilərin birincisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

Psixoloqların Təhsil Nazirliyinə  müraciəti

Psixoloqların Təhsil Nazirliyinə müraciəti

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?