AzTehsil.com


Xəbərlər / Psixoloq
09 sentyabr 2020
3 023


Psixoloqların Təhsil Nazirliyinə müraciəti



Psixoloqların Təhsil Nazirliyinə  müraciəti

 

Bu günlərdə hələlik bizə məlum olan bu 2 rayonun, Göygöl və Şuşa rayonlarının Təhsil Şöbələri rayon məktəblərində çalışan psixoloqlara analoqu olmayan, absurd və gülünc göstəriş veriblər:

Onlar hər gün məktəbə gələn şagirdlərin tempraturunu ölçüb, əllərini dezinfeksiya etməlidirlər .
Özü də tibb bacısı, labarantlar, UBR, sinif rəhbərləri, müavinlər yox, məhz 5 aydır pandemiya üzündən evlərə qapadılmış uşaqları və məktəb kollektivini bu psixoloji gərginlikdən çıxarmalı olan məktəb psixoloqları!!! Üstəlik dərs ilinin başlaması ilə əlaqədar gərgin iş rejimi zamanı...
Azərbaycanın bütün təhsil psixoloqları adından ölkə təhsilinin rəhbərliyindən xahiş edirik, məktəb psixoloqlarına qarşı illərdir davam edən bu haqsızlığa, biganəliyə, ögey münasibətə, etinasızlığa və güvənsizliyə son qoyun. Sizlər yaxşı bilirsiniz bu peşə sahibləri indiyəcən hansı dözülməz şəraitdə çallışmaq məcburiyyətində olublar.

Çox təəccüblüdür, nə üçün illərdir təhsilin ayrılmaz bir hissəsi olan psixoloji xidmətin fəaliyyətini tənzimləyəcək normativ hüquqi aktlar və alt sənədəri hazırlanıb təsdiq olunmur?

Nə üçün bu peşə sahiblərinin fəaliyyəti üçün məktəblərdə elementar bir əmək şəraiti yaradılmır?

Nə üçün illərdir DQ-dən keçidi ubadılan psixoloqlar nəhayət keçən ilin sonunda bu imtahandan yüksək nəticələrlərlə keçmələrinə baxmayaraq, Prezidentin müvafiq Sərancamına məhəl qoyulmadan, məhz onların əmək haqları Diaqnostik Qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılmadı?

Nəyə görə bu ali təhsilli mütəxəssislər texniki işçilərlə bir tutulmalı, rəhbərlik də onları dalandar, katibə, kargüzar, indi isə tibb bacısı əvəzinə işlətməlidir?

Cənablar, inanın hazırda Azərbaycan təhsilində yüzlərlə öz işini layiqincə və vicdanla yetirən peşəkar, səriştəli psixoloqlar çalışır. Son illərdə təhsilimizə ölkədə və xaricdə təhsil almış xeyli yüksək nəzəri hazırliqlı, istəkli və perspektivli gənc psixoloqlar gəlib. Amma çox təəssüf ki, onlar bərabər çalışdıqları gənc müəllimlərə verilən bütün imtiyazlardan məhrumdurlar. Cənablar, əgər siz doğrudan da təhsilin bu sahəsinin inkişafında qərarlısınızsa, yetər ki, bu insanlara dəstək olasınız və illərdir davam edən bu səbəbi anlaşılmayan ayrı-seçkiliyı aradan qaldırasınız.
 
AZƏRBAYCAN TƏHSİL PSİXOLOQLARI İCTİMAİ BİRLİYİNİN təhsildə psixoloji xidmətin inkişafına dair təklifləri bu müraciətə əlavə olunur.

ATPİB-in sədri : Famil Səfərov
Region rəhbərləri:
İlhamə Həsənova, Bakı
Xanım İsmayılzadə, Abşeron
Zeynəb Məmmədova, Kürdəmir
Fərrux Əliyev, Astara
Təranə Mehdiyeva, Neftçala
Aynur Fərmanova, Şabran
Zamin Fərəcov, Şamaxı
Maşallah Mirzəyev, Zaqatala
Mənsurə Yusifova, Qarabağ
Yeganə Rzayeva, Gəncə
Afət Əsgərova, Qazax
Pərvanə Dəmirova, İmişli

AZƏRBAYCAN TƏHSİL PSİXOLOQLARI İCTİMAİ BİRLİYİNİN Təhsildə psixoloji xidmətin işlək vəziyyətə gətirmək yolları barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə TƏKLİFLƏRİ

Ölkə təhsilində psixoloji xidməti günün tələbləri səviyyəsində qurmaq üçün ilk növbədə Təhsil Nazirliyində bu sahəyə dərindən bələd olan mütəxəssislərdən ibarət bir koordinasiya mərkəzi yaratmaq lazımdır. Bu ya "Psixoloji xidmət üzrə kuratorluq", ya "Təhsilə psixoloji xidmət sektoru" və sair adı altında yaradıla bilər. Yaradılacaq mərkəz ölkə ərazisini regionlara bölərək ( məs. Bakı və Abşeron, Şimal, Cənub, Qərb və Mərkəzi) qısa bir zamanda ölkənin təhsil müəssisələrində çalışan psixoloqların peşə fəaliyyətinin yoxlanılması və nizama salınması, ümumilikdə psixoloji xidmət işinin optimallaşdırılması üçün kompleks tədbirlər hazırlayıb həyata keçirməlidir:

1. Bu sahədəki hazırki durum dərindən öyrənilməli və geniş hesabat hazırlanmalıdır. Bu işin həyata keçirilməsi üçün biz hazırda ölkə psixoloqlarının yarıdan çoxunu özündə birləşdirən AZƏRBAYCAN TƏHSİL PSİXOLOQLARI İCTİMAİ BİRLİYİNİN (ATPİB) regional strukturları vasitəsi ilə öz köməyimizi təklif edirik.
2. Azərbaycan təhsilində təcrübəli və öz fəaliyyətini yüksək peşəkarlıqla quran psixoloqların, habelə digər ölkələrin qabaqcıl iş təcrübəsi öyrənilməli və təhsil sistemimiz üçün uyğun və faydalı tərəfləri tətbiq olunmalıdır.
3. Psixoloji xidmət işinin normal fəaliyyətini bərpa etmək və tənzimləmək üçün vacib normativ aktlar təcili təsdiq edilməli və bütün müvafiq alt sənədlər işlənib hazırlanaraq bütün təhsil subyektlərinə çatdırılmalıdır.
4. Psixoloqların peşə hazırlığının yüksəldilməsi, onların nəzəri və praktiki biliklərinin artırılması üçün vaxtaşırı təlimlər, seminarlar və yenidən hazırlanma kursları təşkil edilməlidir.
5. Bu peşə sahiblərinin əməyinin düzgün qiymətləndirilməsi və stimullaşdırılması üçün DQ-dən keçmiş bütün məktəb psixoloqlarının, imtahan nəticələrindən asılı olmayaraq, onların əmək haqları da DQ nəticələrinə müvafiq hazırkı tarif dərəcələrinə uyğunlaşdırılmalıdır.
6. Ölkə üzrə psixoloji kadrların düzgün seçilməsi, yerləşdirilməsi və hazırda fəaliyyət göstərən psixoloqların təhsil sənədlərinin uyğunluğunun yoxlanılması üçün geniş tədbirlər planı hazırlnmalı və həyata keçırilməlidir. (Psixoloqların işə qəbulunda [PİQ] Bakı şəhər Təhsil İdarəsinin təcrübəsindən yararlanmaq olar).

Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin təsis Konfransından.
1 fevral 2020-ci il
 

Psixoloqların Təhsil Nazirliyinə  müraciəti

 

Psixoloqların Təhsil Nazirliyinə  müraciəti

 

Psixoloqların Təhsil Nazirliyinə  müraciəti

 





Загрузка...
Həmçinin oxuyun:
Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun, iş olsun

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Təhsil psixoloqları yeni qəbul olunmuş “Qaydalar”dakı xeyli məqamlarla razı deyil

Təhsil psixoloqları yeni qəbul olunmuş “Qaydalar”dakı xeyli məqamlarla razı deyil

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Məktəb psixoloqu qarşıya çıxan problemləri necə həll etməlidir ?

Nadir İsrafilov:  “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız  zamanıdır.“

Nadir İsrafilov: “Təhsilə ümummilli məsələ kimi yanaşmağımız zamanıdır.“

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Psixoloqların maaşı artır

Psixoloqların maaşı artır

Psixoloqlar və direktor müavinləri üçün təlimlər keçiriləcək

Psixoloqlar və direktor müavinləri üçün təlimlər keçiriləcək

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...